Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Qeyd edək ki, mayın 10-u müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümüdür.