Azərbaycan Litvada keçiriləcək turizm sərgisində iştiak edəcək
Fevralın 26-28-i tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində “Vivat-Tur” beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin iki əməkdaşı təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən veriblər.
“Sərgidə Azərbaycanın turizm imkanları 24 kv. metr stend vasitəsilə nümayiş olunacaq. Burada Azərbaycanın görməli yerləri, mehmanxana turizm obyektləri, tarixi-memarlıq abidələri xüsusi reklam çap məhsulları vasitəsilə nümayiş olunacaq”,-deyə məlumatda bildirilib.