Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda ən qədim kitab, əlyazma və kitab abidələri müəyyən edir
    Mədəniyyət və Turizm Nazirliyində respublikada mövcud olan unikal və nadir nüsxəli kitabların, xüsusi əhəmiyyətli nəşrlərin, əlyazmaların aşkar edilməsi işinə başlanılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda milli-mədəni irsin mühafizəsi və gələcək nəsillərə çatdırılması sahəsində dövlət siyasətinin müəyyən etdiyi qanunvericilik aktları və digər qanun və sərəncamlara müvafiq olaraq “Kitab abidələri haqqında” Əsasnamə hazırlanıb.

    Bugünədək nazirlik tərəfindən 3566 adda müxtəlif formada kitab abidəsi dövlət reyestrinə daxil edilib. Onlardan 1320 adda kitab abidəsi Mədəniyyət və Turizm Nazirliyinin sistemində, 2002 adda kitab abidəsi digər nazirlik, idarə və təşkilatların kitabxanalarında və muzeylərində, 244 adda kitab abidəsi isə şəxsi kolleksiyalarda olan nüsxələrdir. Nazirliyə təqdim olunan məlumatlara əsasən Prezident Kitabxanasında - 1088 adda, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında 577, BDU-nun Elmi Kitabxanasında 287, Milli Arxiv İdarəsində 69, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 143, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda 14, Azərbaycan Texniki Universitetinin kitabxanasında 48, Azərbaycan Pedaqoji Universiteti 190, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasında 36, Azərbaycan Dillər Universitetinin kitabxanasında 8, Səhiyyə Nazirliyi Respublika Elmi Tibb Kitabxanasında 39, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Respublika Elmi Texniki Kitabxanasında 30, Kənd Təsərrüfatı Nazirliyi Respublika Elmi Kənd Təsərrüfatı kitabxanasında 50, C.Cabbarlı adına Dövlət Teatr Muzeyində 79, L.Kərimov adına Azərbaycan xalçası və xalq Tətbiqi sənəti Dövlət Muzeyində 39, Musiqi Mədəniyyəti Dövlət Muzeyində 4 və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan kitabxanalarda 14 adda kitab abidələri müəyyən edilib və qeydə alınıb. Azərbaycanda ən qədim kitab abidələri Prezident Kitabxanasında 1591-ci ildə italyan dilində çap olunpn Appresso Erasmo, Viotto Parma “Historia di Parma”, M.F.Axundov adına Milli Kitabxanasının Nadir kitablar fondunda saxlanılan 1595-ci ildə Almaniyanın Yena şəhərində alman dilində çap olunan “Türklər haqqında on nəsihət” kitabları qeydə alınıb. Reyestrin tərtibi zamanı şəhər (rayon) kitabxanalarında və tarix-diyarşünaslıq muzeylərində çoxlu sayda kitab abidələri aşkar edilib. Reyestrdə şəxsi kolleksiyalarda saxlanılan 244 kitab abidəsi aşkar edilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 777
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30