Problemləri İnstitutunun direktoru Adil Qəribov Koreyaya gedib
AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Koreyaya səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İnstitutdan veriblər.
Səfər Koreya Atom Enerjisi Tədqiqatları İnstitutu ilə ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə təşkil olunub.
Yanvarın 24-nə kimi davam edəcək səfər çərçivəsində A.Qəribov Seulda bir sıra görüşlər keçirəcək.