Azərbaycanın Müdafiə Nazirliyi Qazaxıstanda və İordaniyada keçiriləcək hərbi sərgilərə qatılacaq
Müdafiə Nazirliyinin nümayəndə heyəti Qazaxıstanda və İordaniyada keçiriləcək hərbi sərgilərə qatılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Müdafiə Nazirliyinin nümayəndə heyəti mayın 3-dən 6-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “KADEX-2012” beynəlxalq sərgisinə qatılacaq. Bundan başqa, Azərbaycan heyəti mayın 7-dən 10-dək İordaniyanın paytaxtı Əmman şəhərində keçiriləcək SOFEX-2012 xüsusi əməliyyat qüvvələri sərgisində iştirak edəcək.