Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qafqaz Müsəlmanları İdarəsində 20 yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı konfrans keçirildi
    Bu gün Qafqaz Müsəlmanları İdarəsində 20 yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin təşəbbüsü ilə təşkil olunan tədbirdə 20 yanvar faciəsi zamanı şəhid olan insanların ruhuna dualar oxundu. Daha sonra 20 yanvar faciəsini əks etdirən qısametrajlı film nümayiş olundu. Konfransda çıxış edən QMİ-nin sədr A.Paşazadə bildirdi ki, 1990-cı ilin 20 yanvarında baş verən hadisələrin təfsilatını çoxlarımız xatırlayırıq. Onun sözlərinə görə, baş vermiş faciəni törədən səbəbləri, qanlı qırğına aparan yolları, bu siyasi təcavüz aktının əsl senarilərini hələdə əksəriyyətimiz bilmirik. Şeyx baş vermiş hadisə ilə əlaqədar geniş və hərtərəfli araşdırma aparılaraq, yeni istintaq komissiyasının yaradılmasını, bu hadisələri törədənlərin başda M.Qarbaçov olmaqla ona rəvac verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını, beynəlxalq Haaqa məhkəməsinə çıxaprılmasını tələb edib.

    “Çox istərdik ki, tarixin acı dərslərinin təkrar olunmaması üçün siyasi xarakteri açıqlayan sənədli, xronikalar, filmlər, əsərlər yaransın və əsl həqiqətlərlə illərdən bəri xalqı narahat edən şübhələrə son qoyulsun. Biz bu təşəbbüslə xalqa müraciət etməyi düşünürük”,-deyə Bütün Qafqazın Şeyxi vurğuladı. Faciə ilə əlaqədar QMİ-nin fəaliyyətinin qırx günlük matəm mərasimləri ilə bitmədiyini diqqətə çatdıran A.Paşazadə qeyd etdi ki, bu 20 il ərzində həm 20 yanvar, həm də Qarabağ şəhidlərinin ailələrinə maddi və mənəvi yardımlar göstərilib. “Bü müddət ərzində yüzlərlə şəhid və əlil ailəsi müxtəlif yardımlarla təmin olunub. Onlar bu gün də bizim xeyriyyə işlərimizdə xüsusi güzəştlərə malikdirlər”,-deyə Şeyx vurğulayıb. A.Paşazadə bir daha ruhanilərin və dindarların adından şəhidlərin ailələrinə və yaxınlarına, Azəraycan xalqına Allahdan rəhmət, səbr və dəyanət dilədi. Millət vəkili Mübariz Qurbanlı dünyanın heç bir yerində 1990-cı ilin yanvarında olduğu kimi, 1 milyon insanın şəhidlərini bu cür dəfn etmədiyini söylədi. O, Azərbaycan xalqını 20 yanvardan dərs götürməli və hakimiyyəti naşılara verməməli olduğunu söylədi. Deputat Fəttah Heydərov isə çıxış edərək qazax yazıçısı Oljas Süleymenovun “Əgər Heydər Əliyev 1988-89-cu illərdə Azərbaycanda olsaydı, 20 yanvar hadisələri baş verməzdi” fikirlərini xatırlatdı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov 20 Yanvar hadisələrinin heç bir zaman unudulmayacağını bildirdi. Komitə sədri 1990-cı ilin 13-14 yanvarında Bakıda və Sumqayıtda ermənilərə qarşı baş verənlərin də Moskva tərəfindən təşkil olunduğunu söylədi. “Erməni qırğınını Moskva təşkil etmişdi. Həmin hadisələr baş verəndə azərbaycanlılar ermənilərin xilaskarı kimi çıxış edirdilər. Bu özü böyük faktdır. 20 yanvarda isə əksinə, ermənilər azərbaycanlıların qətlə yetirilməsində iştirak ediblər”,-deyə H.Orucov əlavə etdi. Millət vəkili Yaqub Mahmudov da 20 yanvar hadisələrinin lazımınca araşdırılmadığını bildirdi. Deputat qeyd etdi ki, 20 yanvar qəhrəmanlıq kimi qeyd olunmalı, hərbi hissələrdə döyüş marşları çalınmalı, “Heyratı” səsləndirilməlidir: “Şəhidlərin məzarına gül qoymaqla işi bitmiş hesab etmək olmaz”,-deyən Y.Mahmudov 20 yanvar hadisələrini törədən Mixail Qorbaçova Nobel mükafatının verilməsini dünyanın ikili standartı adlandırdı. Bakı və Xəzəryanı Yeparxiyanın Yepiskopu Aleksandr Ata isə 20 yanvarın Azərbaycan xalqının ən tarixi günlərindən biri, xalqın özünü dərk günü olduğunu vurğuladı. Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Semyon İxiilov çıxışında erməni xalqına müraciət ünvanladı. Onun sözlərinə görə, Azərbaycanda yaşayan ermənilər ən yüksək vəzifədə və digər yüksək səviyyəli məqamlarda fəaliyyət göstəriblər. Onların Azərbaycan xalqının başına gətirdiyi faciələrin dözülməz və ağlasığmaz səviyyədə oduğunu diqqətə çatdıran S.İxiilov Azərbaycan xalqını heç vaxt dizi üstdə çökdürməyin mümkün olmadığını vurğuladı. Konfransda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova müraciət qəbul olundu. Şeyxülislam Allahşükür Paşazadənin imzası ilə parlamentə göndəriləcək müraciətdə 20 yanvar faciəsinin Azərbaycan xalqına qarşı böyük bir cinayət olduğu bildirilir. Konfrans yekunlaşdıqdan sonra 20 yanvar faciəsində həlak olan soydaşlarımızın ruhuna hörmət əlaməti olaraq ehsan süfrəsi verildi.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 601
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30