Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycan nümayəndə heyətinin ABŞ-ın Luiziana ştatının qubernatoru ilə görüş olub
    Vaşinqtonda keçirilən “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər” konfransı çərçivəsində Amerika Birləşmiş Ştatları Luiziana ştatının qubernatoru Bobbi Cindal ilə görüş keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ARDNŞ-dən veriblər. Azərbaycan və Amerika xalqlarını bu əlamətdar hadisə münasibəti ilə təbrik edən qubernator Cindal ötən müddətdə iki ölkə arasında çoxşaxəli əlaqələrin inkişaf etdiyini bildirib, xüsusən enerji sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu və inkişaf etdiyini söyləyən qubernator Cindal iki ölkə arasında beynəlxalq təhlükəsizlik sahəsində yüksək səviyyəli münasibətlərin olduğuna diqqət çəkib. Enerji sektoruna qoyulan sərmayələrin əhəmiyyətini qeyd edən B.Cindal bunun yeni iş yerlərinin açılmasında, iqtisadiyyatın yüksəlişində böyük rol oynadığını deyib. Rəhbərlik etdiyi Luiziana ştatında bu sahədə həyata keçirilən işlərdən geniş söz açan qubernator Azərbaycan kimi Luiziana ştatının da enerji təhlükəsizliyinə xüsusi önəm verdiyini qeyd edib.

    O, başçılıq etdiyi ştatla Azərbaycanın oxşarlığına diqqət çəkərək, digər ştat və dövlətlərin dünyada enerji təchizatına verdiyi töhfələrin də əhəmiyyətini vurğulayıb. Görüşdə ABŞ-ın federal, ştat və yerli idarəçilik orqanlarının təmsilçiləri, müxtəlif ştatlardan gəlmiş qonaqlar, həmçinin Azərbaycandan gəlmiş nümayəndə heyətinin üzvləri, habelə ABŞ-da fəaliyyət göstərən Azərbaycan və Türkiyə ictimai təşkilatların təmsilçiləri iştirak ediblər. Tədbirdə Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən sonra ABŞ-la strateji münasibətlərin qurulduğu və durmadan inkişaf etdiyi söylənilib. Daha sonra Luiziana ştatının qubernatoru Bobbi Cindalın iştirakı ilə “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər” konfransına həsr edilmiş ziyafət olub. Qeyd edək ki, konfrans bu gün Vaşinqtonun ən böyük tarixə malik “Willard Intercontinental” otelində keçiriləcək. Tədbir Amerikalı və Avrasiyalıların “Turkaz” Şurası, USAN Amerika Azərbaycanlıları Şəbəkəsi, “Caspian” Strateji İnstitutu, ABŞ-ın Cons Hopkins Universiteti tərəfindən təşkil edilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 412
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30