Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əcnəbi abituriyentlərlə bağlı məlumat yayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Bildirilir ki, Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş İcazə vəsiqəsi ilə sınaq imtahanlarına yazılmaq mümkündür. Həmin abituriyentlər qeyd olunan sənədlə növbəti sınaq imtahanlarına yazıla biləcəklər.