Misir Mərdanov: “Eurovision–2012” ərəfəsində paytaxt məktəblərində dərslər dayandırılmayacaq”
“Gələn ay Bakıda keçiriləcək “Eurovision–2012” Mahnı Müsabiqəsi ərəfəsində paytaxt məktəblərində dərslərin dayandırılması gündəmdə deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.
O qeyd edib ki, belə bir qərar gözlənilmir. “Hesab edirəm ki, belə bir zərurət yoxdur. Çünki bu müsabiqə Bakının müəyyən bir hissəsində keçiriləcək və o ərəfədə də demək olar ki dərslər başa çatmaq üzrə olacaq. Ona görə də hesab edirəm ki, dərslərin yarımçıq dayandırılmasına ehtiyac yoxdur”-deyə o əlavə edib.