Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Prezident “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
    Prezident İlham Əliyev bu gün Bakı Sərgi Mərkəzində “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, 62 turizm istiqamətini təqdim edən “AİTF-2012” sərgisinə dünyanın 32 ölkəsindən 201 şirkət qatılıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” MMC şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə tərəfdaş ölkə kimi Türkiyə, rəsmi hava yolları qismində isə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti çıxış edir. Azərbaycanın “SW Travel” şirkəti ardıcıl olaraq ikinci ildir ki, “AİTF” sərgisinin sponsorudur. Sərgi ilə bağlı işlərə “İTE Group plc”nin dünya üzrə tərəfdaş və agentliklərindən ibarət geniş şəbəkəsi cəlb olunub. Onların sırasında “ITE” (London), “EUF” (Türkiyə), “GİMA” (Almaniya) və “ITE Gulf” (Dubay) kimi tanınmış şirkətlər var. Bildirilib ki, artıq ənənə halını almış bu sərgi çərçivəsində müxtəlif görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır.

    Azərbaycan Prezidentinin diqqətinə çatdırılıb ki, hər il sərgi iştirakçılarının sırasına yeni ölkələr əlavə olunur. Bu il Qətər, Polşa, Vyetnam, Slovakiya, Xorvatiya sərginin debütant ölkələridir. İştirakçılar arasında dünyanın aparıcı aviaşirkətləri də var. “AİTF-2012” sərgisində qonaq ölkə qismində isə Bolqarıstan iştirak edir. Dünya Ticarət Təşkilatının bu il “AİTF-2012”də öz stendi ilə iştirak etməsi beynəlxalq iştirakçıların bu sərgiyə göstərdikləri marağı bir daha təsdiqləyir. Qeyd edilib ki, builki sərginin fərqli cəhətlərindən biri də ekspozisiyanın bir hissəsinin sağlamlıq mərkəzləri və sanatoriyalara həsr olunmasıdır. Sərgidə Bolqarıstan, Sloveniya, Çexiya, Rusiya və Ukrayna kimi ölkələr müalicəvi kurortlarını təqdim edirlər. Məlumat verilib ki, Azərbaycanla bağlı ekspozisiyalarda ölkənin aparıcı turizm şirkətləri, istirahət zonaları və sanatoriyalarının yeni layihələri ilə tanış olmaq mümkündür. Bu il sərgidə iştirak edən yerli şirkətlərin ekspozisiyalarında gələn ay Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin loqosu və şüarı diqqəti cəlb edir. Prezident İlham Əliyev sərginin pavilyonları ilə yaxından tanış olub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 307
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30