AMEA Radiasiya Problemləri İnstitutunun direktoru A. Qəribov Koreyaya səfərə gedir
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Koreyanın Seul şəhərinə səfər edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
Səfərdə məqsəd Koreya Atom Enerjisi Tədqiqatları İnstitutu ilə ikitərəfli əməkdaşlıq münasibətləri qurulmaqdır.
Qeyd edək ki, səfər yanvarın 24-də başa çatacaq.