Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İlham Əliyev inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olub
    Prezident İlham Əliyev inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, məlumat verilib ki, dövlət başçısının imzaladığı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, inşaat işlərinin də həcmi ilbəil genişlənir Bildirilib ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən inşa edilən, ümumi ərazisi 56 hektar olan Qazax sement zavodunda işlərin xeyli hissəsi artıq başa çatdırılıb. Zavodun gündəlik istehsal gücü 2500 ton, illik gücü isə bir milyon ton olacaq. Burada sementin istehsalı müasir texnologiya əsasında quru üsulla aparılacaq.

    Prezident İlham Əliyev zavodun idarəedilməsində istifadə olunan yüksək texnologiya əsasında hazırlanmış aparatlara baxıb. Diqqətə çatdırılıb ki, bu avadanlıq zavodun kompyuter vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə olunmasına şərait yaradır. Bu, eyni zamanda, təhlükəsizlik normalarının da tam təmin olunmasına imkan verir. Sonra dövlət başçısı zavodun baş planı, texnoloji prosesi əks etdirən stendlər və müəssisənin maketi ilə tanış olub. Prezident İlham Əliyevə istehsal prosesi barədə məlumat verilib. Qeyd olunub ki, Qazax sement zavodu istismara veriləndən sonra Azərbaycana idxal olunan sementin həcmi 30 faiz azalacaq. Məlumat verilib ki, sement istehsalında müəssisənin mineral xammala olan tələbatını uzun müddət ödəmək məqsədi ilə faydalı qazıntı yataqları üçün 287,5 hektar torpaq sahəsi ayrılıb. Texnoloji avadanlığın 4 min 033 tonu, yəni 95 faizi idxal olunub və zavodun anbarında saxlanılır. 5,5 min ton qeyri-standart metal konstruksiyaların istehsalı üçün “Akkord”un Mingəçevir və Xırdalan zavodlarına sifarişlər verilib və istehsala başlanılıb. İndiyədək 2,8 min ton metal konstruksiyalar hazırlanaraq zavodun anbarına göndərilib. Zavodun tikinti kompleksinə 44 bina və qurğular daxildir. Onlardan 26-nı əsas bina, 18-ni isə yardımçı tikili və qurğular təşkil edir. Texnoloji proses xəttində və qeyri-istehsal binalarında inşaat işlərinin 80 faizi uğurla başa çatdırılıb. Layihənin sosial və iqtisadi əsaslandırılmasına görə, dağ-mədən, nəqliyyat və digər infrastrukturlar nəzərə alınmaqla, zavodda işçilərin ümumi sayı 650 nəfərə yaxın olacaq. “Akkord”un kadr siyasəti strategiyasına əsasən, işçilərin 80 faizi Qazax və ona yaxın olan rayonlardan seçiləcək. Onların bir çoxu təlim proqramı çərçivəsində Türkiyə və Çinə göndəriləcək. Zavod ərazisində mühəndislər və işçilər üçün ümumi sahəsi 3,7 min kvadratmetr olan 75 otaqdan ibarət altımərtəbəli, dörd ulduzlu mehmanxana, müasir avadanlıqla təchiz olunmuş 250 yerlik üçmərtəbəli yeməkxana, beşmərtəbəli inzibati bina, tibbi klinika, uşaqlar üçün əyləncə meydançasının tikintisi nəzərdə tutulub. Prezident İlham Əliyev Qazax sement zavodu ilə bağlı texnoloji prosesin videotəsvirlərinə baxıb. Bildirilib ki, inşaat planına əsasən, zavod 2012-ci ilin sentyabrında sement, 2013-cü ilin aprelində isə klinker istehsalına hazır olacaq və tikinti işləri tamamlanacaq. Prezident İlham Əliyev Qazax sement zavodunun tikintisi ilə bağlı görülmüş işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 382
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30