Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Yaradıcılıq təşkilatları ilə bağlı ayrıca qanun olmayacaq
    Nizami Cəfərovun sözlərinə görə, yaz sessiyasında "Mədəniyyət haqqında" qanun üzərində işləyəcəklər

    Hazırda Milli Məclis qış tətilindədir. Buna baxmayaraq, parlamentin yaz sessiyası ilə bağlı müzakirələr indidən start götürüb. Növbəti sessiyada müzakirə ediləcək əsas məsələlərdən biri kimi soyad sonluqlarının dəyişdirilməsi göstərilir. Məlum olduğu kimi, artıq Milli Elmlər Akademiyasının nəzdindəki Xüsusi Komissiya soyad sonluqlarının milliləşdirilməsi ilə bağlı konsepsiya hazırlayaraq Prezident Administrasiyasına təqdim edib. Konsepsiya bəyənilərsə, məsələ Milli Məclisin müzakirəsinə çıxarılacaq. Parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov soyad sonluqlarının milliləşdirilməsinin gündəmə gəlməsini günümüzün ən vacib məsələlərindən biri hesab edir. Onun fikrincə, təkliflər qəbul olunarsa, yeni doğulan uşaqlara yalnız milli soyadların verilməsi tələb ediləcək. Hazırda rus soyad sonluğu daşıyanlar üçün isə soyadlarının dəyişdirilməsi proseduru sadələşdiriləcək.

    - Nizami müəllim, qarşıdan Milli Məclisin növbəti yaz sessiyası gəlir. Bu baxımdan, komitəniz, eləcə də komitə sədri kimi şəxsən siz özünüz bu sessiyaya konkret hansı təkliflərlə, qanun layihələri ilə gedirsiniz?

    - Qeyd edim ki, bizim komitə bu sessiya ərzində əsasən bir qanun layihəsi üzərində işləməyi nəzərdə tutur. Başqa qanunlara əlavələr və dəyişikliklər olsa, bu, öz yerində, ancaq bir daha qeyd edirəm ki, biz "Mədəniyyət haqqında" mövcud qanun üzərində işlərə başlamağı planlaşdırırıq. Nəzərinizə çatdırım ki, artıq keçən sessiyadan - 2009-cu ilin payız sessiyasından başlayaraq bu qanuna əlavələr və dəyişiklikləri nəzərdə tutan məsələləri Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə müzakirə edirik. Onu da bildirim ki, bu qanuna əlavələr və dəyişikliklərin nəzərdə tutulması həmin qanunvericilik aktının köhnəlməsi, dövrün reallıqlarına və tələblərinə tam cavab verməməsi ilə bağlıdır.

    Bildiyiniz kimi, bu qanunun qəbulundan on ildən artıq müddət keçir. Ona görə də həmin sənədə çox ciddi, əhəmiyyətli dəyişikliklər etməyi nəzərdə tuturuq və çox güman ki, bunu da bu sessiyada edəcəyik. Hətta ola bilər ki, bu yöndə yeni bir qanun layihəsi hazırlayıb müzakirələrə çıxaraq.


    - Bəs bir xeyli müddət öncə komitəniz tərəfindən müzakirələrə çıxarılan, Milli Məclisin plenar iclasının birinci oxunuşunun müzakirəsindən keçən, eyni zamanda, ətrafında xeyli mübahisə gedən "Yaradıcı şəxslər və yaradıcılıq təşkilatları haqqında" qanun layihəsinin taleyi nə yerdədir? Nəhayət, bu məsələyə bir nöqtə qoyulub, yoxsa onun ikinci, üçüncü oxunuşun müzakirələrinə çıxarılması, qəbulu gündəlikdən tamamilə çıxarılıb?

    - Doğrudan da, bu qanun o zaman parlamentdə birinci oxunuşun müzakirəsindən keçdi, ancaq həmin sənədin ikinci oxunuşa çıxarılması ilə bağlı komitəmizdə aparılan müzakirələr zamanı xeyli problem ortaya çıxdı. Bu problemlər də əsasən maliyyə tutumlu məsələlərlə əlaqədar idi. Odur ki, biz bu məsələni bir daha Prezident Administrasiyası ilə müzakirə etməyi nəzərdə tuturuq. Sizə də məlum olduğu kimi, yaradıcı birliklərin maliyyələşdirilməsi məsələsi yalnız prezidentin səlahiyyətinə aid bir məsələdir. Ona görə müvafiq məsləhətləşmələrdən sonra yəqin ki, bu məsələ ətrafında yekun nəticəyə gəlmək mümkün olacaq və eyni zamanda, bu məsələ ayrıca qanunda yox, elə əlavələr və dəyişikliklər etməyi nəzərdə tutduğumuz "Mədəniyyət haqqında" qanunda öz əksini tapacaq.


    - Adlar və soyadlarla bağlı məsələ haqqında nə deyərdiniz? Milli Elmlər Akademiyasının nəzdindəki Xüsusi Komissiya adlar və soyadların, soyad sonluqlarının dəyişdirilməsi, milliləşdirilməsi ilə bağlı konsepsiya hazırlayıb...

    - Bəli, belə bir məsələ də uzun müddətdən bəri gündəmdədir. Özü də elə bilirəm ki, bu məsələ bəlkə mövcud dövrümüzün ən ciddi hadisələrindəndir. Ötən ilin iyun ayından Milli Elmlər Akademiyasının nəzdində adlar və soyadlar üzrə Xüsusi Komissiya fəaliyyət göstərir. Komissiyanın həm adlarla, həm soyadlarla bağlı müəyyən tövsiyələri var və o tövsiyələr işlənib hazırlanıb. İndi yəqin ki, həmin tövsiyələrə baxılacaq. Bu məsələnin həlli də daha çox cənab prezidentdən asılıdır. Bu baxımdan, bu tövsiyələr yuxarılarda bir daha müzakirə olunacaq və sonra çox güman ki, yekun bir qərar qəbul olunacaq. Ya sərəncam, ya qanun, yəni bu formaların birində bu məsələ ifadə olunacaq.


    - Siz necə hesab edirsiniz, adlar, xüsusilə soyad və soyad sonluqları ilə bağlı məsələdə artıq məcburiliyə keçməyin vaxtı deyilmi?

    - Elə bilirəm ki, bu yöndə sərəncam verildikdən, yaxud qanun qəbul edildikdən sonra mütləq məcburilik olacaq. Bu da əsasən yeni doğulan, dünyaya gələn uşaqlarla bağlı olacaq. Yəni bu yöndəki sərəncam və yaxud qanun yeni dünyaya gələn uşaqların soyad formalarını tənzimləyəcək. Uşaqlara rus və ya fars mənşəli soyad sonluqlarının qoyulması qadağan ediləcək. Eyni zamanda, mövcud soyad sonluqlarını dəyişdirmək istəyənlər üçün də bu prosedur nisbətən sadələşdiriləcək. Belə demək mümkünsə, kim istəsə, soyadını məlum prinsiplərə uyğun olaraq dəyişdirə bilər.


    - Eyni zamanda qeyd edək ki, Ədliyyə Nazirliyi soyadların dəyişdirilməsi məsələsi ilə bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməsi yönündə Milli Məclisə təklif ünvanlayıb. Həmin təklifdə də qeyd olunub ki, yeni doğulan uşaqlara babalarının adlarının soyad kimi verilməsinə icazə veriləcək. Buna necə yanaşırsınız?

    - Yəqin ki, bu məsələnin icra mexanizmi Ədliyyə Nazirliyində olacaq. Çünki vətəndaşlıq vəziyyəti aktları və qeydiyyatı məsələsi icra orqanı kimi Ədliyyə Nazirliyinin səlahiyyətinə aid məsələdir. Eyni zamanda, yuxarıda qeyd etdiyim kimi, bu məsələ ya prezidentin sərəncamından, ya da parlamentin qəbul edəcəyi qanundan asılı olacaq. Ədliyyə Nazirliyi də sadəcə, bu məsələni icra orqanı kimi icra edəcək. Ümumilikdə onların təklfi normal qəbul edilə bilər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 735
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30