Macarıstan parlamenti prezidentin istefasını qəbul edib
Macarıstan parlamenti prezident Pal Şmittin istefasını qəbul edib. O, öz vəzifəsindən elmi dissertasiyasını yazarkən plagiata yol verməsi ittihamı ilə bağlı qalmaqalla əlaqədar gedib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, 6 deputat bitərəf qalmaqla, 338 deputat prezidentin istefasının lehinə, 5 deputat əleyhinə səs verib.
Macarıstanın dövlət başçısı vəzifəsini müvəqqəti olaraq Macarıstan Dövlət Məclisinin (parlament) sədri Laslo Kyover icra edəcək.