Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İlham Əliyev: “Məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir və biz bunu edəcəyik”
    Avronest PA-nın toplantısının Avropa İttifaqının hüdudlarından kənarda keçirilməsi böyük cəsarətli qərardır. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda keçirilən Avronest PA-nın iclasında çıxışı zamanı prezident İlham Əliyev deyib. “Bu sessiya bizim tərəfdaşlıq ruhumuzu göstərir” deyən prezident İlham Əliyev bildirib ki, tədbir Avropa təsisatları ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrini daha da gücləndirəcək. Azərbaycanda müstəqillik illərində qazanılan nailiyyətlərdən, həyata keçirilən islahatlardan danışan prezident İlham Əliyev əldə olunan hüquq və azadlıqların artıq müasir Azərbaycanın reallıqlarına çevrildiyini söyləyib.

    Azərbaycan Prezidenti son 20 ildə ölkəmizdə dövlətçiliyin möhkəm əsaslarının qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, xalqımızın güclü iradəsi sayəsində ölkədə iqtisadi, siyasi islahatlar həyata keçirilib, möhkəm iqtisadi zəmin yaradılıb. “Son 8 ildə iqtisadiyyat 8 dəfə, ümumi daxili məhsul 300 faiz artıb, yoxsulluğun səviyyəsi azalıb, 1 milyondan çox yeni iş yeri açılıb. Azərbaycan adambaşına düşən xarici sərmayələrə görə hazırda MDB-də ilk yerlərdədir. Bundan əlavə, ölkədə xarici sərmayələr üçün münbit şərait yaradılıb. İndi Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir, ölkədə mindən artıq məktəb, çoxlu sayda tibb ocağı, olimpiya idman kompleksləri tikilib. Məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir və biz bunu edəcəyik” deyən prezident İlham Əliyev buna ölkədə mövcud olan aydın siyasi sistem, güclü iqtisadiyyat, sabit sosial siyasət, əlverişli coğrafi mövqe və digər mühüm amillər sayəsində nail olunacağını diqqətə çatdırıb. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin yeganə problemi olduğunu deyib. Bildirib ki, 300 minə yaxın azərbaycanlı Ermənistandan, 700 mindən artıq azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf rayonlardan qovulub, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir. İşğal edilən torpaqlarda hər şey yerlə-yeksan olunub, məscidlər və qəbiristanlıqlar dağıdılıb və bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarında da əksini tapıb. Ermənilər Xocalıda aralarında qadın və uşaqların da olduğu 613 dinc azərbaycanlını qətlə yetiriblər. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalı, BMT-nin qətnamələri yerinə yetirilməli, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Dövlət başçısı Azərbaycanda çoxmillətli cəmiyyətin mövcud olduğunu, ölkəmizdə heç vaxt dini və etnik zəmində münaqişənin baş vermədiyini vurğulayıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 265
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30