Avropa Parlamentinin 37 üzvündən ibarət nümayəndə heyəti Azərbaycana gələcək
Gələn həftə Avropa Parlamentinin 37 üzvündən ibarət nümayəndə heyəti Azərbaycana gələcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Avropa İttifaqının Azərbaycan nümayəndəliyindən veriblər. Nümayəndə heyətinə Kristian Vigenin rəhbərlik edəcək.
Səfərdə məqsəd aprelin 2-4-ü tarixlərində Bakıda keçiriləcək “Avronest” PA-nın plenar sessiyasında iştirak etməkdir.
Qeyd edək ki, “Şərq əməkdaşlığı”nın üzvü olan ölkələrin Parlament Assambleyası - “Avronest”in plenar sessiyası Bakıda keçiriləcək.
“Avronest” PA Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələr – Azərbaycan, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Ermənistan təmsilçilərini birləşdirir.