Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Elektron məktəb”lərin sayı 1000-ə çatdırılacaq
    Təhsil Nazirliyinin yaxın gələcək üçün İKT sahəsində əsas hədəflərindən biri “Elektron məktəb”lərin sayının 1000-ə çatdırılmasıdır. Bundan başqa, ümumtəhsil məktəblərinin hər bir sinif otağının 1 noutbuk və 1 proyektorla təmin edilməsi, hər şagirdə 1 netbuk və ya 1 planşetin verilməsi proqramının reallaşdırılması da qarşıda görüləcək işlər sırasındadır. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə “İCTnews” Təhsil Nazirliyinə istinadən xəbər verir. Nazirlikdən bildirilib ki, bütün təhsil müəssisələrinin internetə qoşulması ilə yanaşı, hər bir təhsil müəssisəsinin müasir tələblərə cavab verən İKT avadanlıqları ilə müntəzəm olaraq təmin edilməsi və bu əsasda təhsilin informasiya təminatının reallaşdırılması da hədəflərə daxildir. Nazirliyin qarşısında duran digər məsələlər hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılması və onun resurs bazasının formalaşdırılmasıdır.

    Eyni zamanda, bütün təhsil pillələri üzrə Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) əsasında hesabatvermə, təhlil və proqnozlaşdırma sisteminin yaradılması və müntəzəm yeniləşməsinin təmin edilməsi nəzərdə tutulur. Nazirlik təhsilin vahid informasiya sisteminin yaradılması yolu ilə informasiya əsaslı idarəetmə mexanizmlərinin tətbiq edilməsini də planlaşdırır. İKT sahəsində əsas hədəflərə özünütəhsil və ömürboyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi (elektron kitabxana), rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi də daxildir. Bu istiqamətdə atılacaq növbəti addımlar təhsil müəssisələrində məlumat bazalarının, məzun-koordinasiya-informasiya sistemlərinin yaradılması, onların mütəmadi yeniləşdirilməsi və idarəetmə prosesində istifadəsinin təmin edilməsi, eləcə də təhsilin idarə edilməsi sahəsində elektron xidmətlərin geniş tətbiqinə nail olunmasıdır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 523
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30