Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” kitabının təqdimatı keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” kitabının təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilən kitabın ideya rəhbəri Prezident Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyev, redaktoru Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur. Təqdimat mərasimində çıxış edən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac) baş direktoru Aslan Aslanov, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov, millət vəkili Aydın Mirzəzadə və digərləri kitabın əhəmiyyəti, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı tətbiq etdikləri təcavüz və soyqırımı aktları, onların qanlı nəticələri və digər məsələlərdən bəhs ediblər. Həmçinin bildirilib ki, bu kimi kitablar bir neçə dillərə tərcümə olunaraq yayılmalı, həmin əsərlərin elektron versiyaları hazırlanmalıdır.

    Qeyd edək ki, Azərbaycanlıların soyqırımı haqqında Prezident Fərmanının yer aldığı kitabın I cildində ermənilərin Azərbaycana köçürülməsi və məskunlaşması, ermənilərin Osmanlı imperiyasında türklərə qarşı törətdikləri soyqırımı, 1905-1907-ci illər soyqırımları, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, sonuncu deportasiyanın qanlı olayları, ermənilərin Sumqayıt təxribatı, ermənilərin Qarabağ savaşı, onun qanlı salnaməsi, Azərbaycanın işğal olunan ərazilərində ermənilərin qanunsuz fəaliyyəti, Qarabağ münaqişəsi dövründə əsir, girov və itkin düşənlər, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, toponimlər, maddi-mənəvi sərvətlərin dağıdılması, talan edilməsi və digər hadisələr yer alıb. Kitabın II cildində isə əsasən arxiv və sənədli materiallar əks edilib. Bunlar arasında ermənilərin İrandan köçürülüb gətirilməsi haqqında A.S.Qriboyedovun məktubu, Türkmənçay müqaviləsi, Şamaxıda 1918-ci ildə ermənilər tərəfindən qarət edilən və dağıdılan kəndlərin siyahısı, 1948-1953-cü və 1988-1989-cu illərdə Ermənistandan deportasiya edilən azərbaycanlı yaşayış məntəqələrinin siyahısı və digər zəruri materiallar əks edilib. Kitabda dünya ictimaiyyətinin ermənilər haqqındakı fikirləri də yer alıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 644
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30