“Xəzərin səsi” internet radiosunun təqdimat mərasimi olacaq
Yanvarın 18-i Xəzər Universitetində “Xəzərin səsi” internet radiosunun təqdimat mərasimi olacaq. KƏLAMİNFO-nun məlumatına görə, təqdimat universitetin əsas korpusunda təşkil olunacaq. Mərasimdə təhsil ocağının yeni korpusu ilə tanışlıq da nəzərdə tutulur.