Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Xaricdəki varlılarımız
    Araz Ağalarovun həyat və biznes fəlsəfəsi

    “Krokus” şirkətinin yaradıcısı Araz Ağalarov Rusiya üçün nadir biznes sahəsi olan sərgi biznesinin lideridir.
    Ağalarovun şirkətinin 320 min kvadratmetlik ümumi sahəsi olan istehsalat meydançaları, eyni zamanda bir o qədər də sərgi zalları var. Ağalarov “Krokus-Siti-Moll” Ticarət Mərkəzinin və “Tvoy dom” ticarət şəbəkəsinin sahibidir. O, “Forbes” jurnalının milyarderlər siyahısında yer alır. Rusiya mətbuatının yazdığına görə, Ağalarov “Patek Philippe” firmasının saatını taxır və əynində yaxşı oturan kostyum geyinməyi sevir.
    Ağalarov peşəkarların hörmətini qazanıb, çünki təkcə öz biznesini aparmaqla kifayətlənmir, həm də özünü, öz bilik və dünyagörüşünü inkişaf etdirir, ən əsası, o nə etdiyini bilir. Rusiyanın fəxri sahibkarı obrazını onun kimi şəxslər formalaşdırır. O öz dəyərini bilən adamdır. Öz mədəni inkişaf səviyyəsinin qeydinə qalır, karyerasının necə alınması onun üçün vacibdir və o, nüfuzuna ləkə düşməməsi üçün çalışır.




    Başlanğıc...

    Ağalarov – ölkədə təmiz adam nüfuzuna malik çox az sayda biznesmenlərdəndir. O, bu işə necə başladığını təbəssümlə xatırlamağı xoşlayır. Qərb texnikasının sovet bazarına ilk gəlişi zamanı Ağalarov ilk sərgisini açdı. Bu hadisə 80-ci illərin sonunda baş verdi. 1987-ci ildə o, “Şafran” alqı-satqı kooperativini yaratdı, sonradan bu kooperativ “Krokus İnterneyşnl” Şirkətlər Qrupunun tərkibində böyüdü.
     A.Ağalarov başlanğıc kapitalını 1980-ci illərin sonlarında kompüter ticarətindən qazandı. 1990-cı ildə o, ABŞ-dan olan müttəfiqi ilə birgə “Comtek2” şirkətini təsis etdi və bu şirkət Moskvadakı beynəlxalq sərgilərdən birinin aparıcı təşkilatçısına çevrildi.
    “Krokus” Şirkətlər Qrupu 1989-cu ildə yaradılıb. 1991-ci ildə Ağalarov “Krokus Moskva” ilk mağazalar şəbəkəsini (lüks geyimlər və ayaqqabı) açıb, 5 ildən sonra isə tikinti ilə məğşul olmağa başlayıb (Bolşoy Qruzinski küçəsində “Dom Ağalarov” yaşayış binası).
    Böyük mənada təqdimat baş tutduqdan sonra o, qazandığı pullara daha böyük ərazi alıb, onları yeni texnika və lövhələrlə təchiz edib və oranı sərgilərin keçirilməsi üçün təklif edib. 2000-ci ildə onun “Krokus-Siti-Moll” şirkəti görünməmiş dərəcədə böyüyüb. Şirkətin mərkəzi ərazisində ən bahalı və məşhur butiklər yerləşirdi, bundan başqa, o, təmir materiallarının satışı üçün mağaza açır.
    Yalnız öz əməkdaşlarının əməkhaqqına Ağalarov hər il 3 milyon dollar sərf edir. O, xoş münasibətlə motivizasiyaya üstünlük verir, insanları özü ilə əməkdaşlıqda maraqlandırmağa çalışır, onlara böyümək, inkişaf etmək imkanı verir və bu zaman müəyyən qədər öz maraqları rakursundan yanaşır. Daha doğrusu, onun götürdüyü istiqamət çərçivəsində böyümək həm xoş, həm də təhlükəsizdir, bu isə, Ağalarovun rəhbərliyi altında çalışanları çox sevindirir.


    Böhran...


    1998-ci il böhranı Ağalarovun biznesinə ağır zərbə vurdu: ayaqqabı bazarı 40 faiz kiçildi, sərgi qiymətləri isə 50 faiz aşağı endi. Ağalarovu xilas edən böhrana qədər – 1998-ci ilin fevralında açdığı “Tvoy dom” mağazası layihəsini inkişaf etdirməsi oldu (layihəyə 20 mln. dollar qoyulmuşdu, bu məbləğin 7 mln. dollarını o, Əmanət Bankından götürmüşdü). Kompleskdə tikinti materialları satılırdı. Layihə az qala inqilabi sayıla bilərdi: əvvəllər belə materiallar yalnız bazarlarda satılırdı. “Tvoy dom”un ardınca Moskva ətrafında ikinci mağaza açıldı.


    Tərəqqi...


    1990-cı illərin sonlarında “Tvoy dom” Ağalarovun yeganə biznesi idi və belə təəssürat yaranırdı ki, sahibkar bütün diqqətini məhz ora cəmləşdirib. Özü də “Tvoy dom” əla nəticə verirdi: artıq üç il sonra mağazanın satış həcmi 150 mln. dollar təşkil edirdi (“Krokus”un ümumi dövriyyəsi 180 mln. dollar idi). Ağalarov tezliklə üçüncü mağazanı açacağı barədə xəbər verdi. Amma hələlik ikisi kifayət edirdi.
    Bu, məntiqsiz idi – o zaman “Tvoy dom”un rəqibi çox deyildi, dəqiq desək, bu siyahıda yalnız “Starik Xottabıç” “DİY”  (do it yourself) vardı. Amma bu gün vəziyyət fərqlidir. “Starik Xottabıç” Rusiyanın 19 şəhərində fəaliyyət göstərən 40 mağazayadək artıb və ötən il onun dövriyyəsi 330 mln. dollar təşkil edirdi. (Ağalarovun iki mağazası isə, ona 449,7 mln. dollar gəlir gətirirdi). Əcnəbilər fəallaşıb. Məsələn, 12 mağazaya malik OBİ 2015-ci ilədək Rusiyada daha 100 məntəqə açmaq niyyətini bəyan edib.
    “Abarus Market Research Abarus” agentliyinin analitiki İrina Seleznyova deyir: “Hər il bazar 15-25 faiz artır. Şəbəkələrin böyümək imkanı var: hələlik onların payı 20 faizi artmır. Qalan hər şey qeyri-sivil pərakəndə satışın payına düşür. Bazar həm əcnəbi, həm də DİY riteylə inkişaf etmək imkanı verir. Böyük ehtimalla, iki-üç il sonra əhalisi 500 min nəfərdən çox olan hər şəhərdə DIY-in heç olmasa bir hipermarketi açılacaq”.
    Böyümüş holdinqin maliyyə axınına xidmət üçün Ağalarov, “Krokus-bank”ı yaratdı. 1998-ci il böhranına qədər o, ilk “Tvoy dom” hipermarketini yarada bildi,  “Comtek” ingilis şirkətində payını ITE-yə satmışdı. Buradan qazandığı və borc götürdüyü (1999-cu ildə Rusiya Əmanət Bankı “Krokus”a 50 mln. dollar dəyərində kredit xətti açdı) pulları “Krokus Siti”nin yaradılmasına sərf etdi. “Krokus İnterneyşnl”, “Krokus Moskva”, “Skonti”, “Tvoy dom” pərakəndə satış şəbəkələrinə və “Krokus Siti” ticarət kompleksinə malikdir. Bu müəssisə 100 faiz Araz Ağalarova məxsusdur, bircə “Tvoy dom” istisnadır, orada Ağalarov əmlakın 50 faizinə sahibdir.


    Fəlsəfə...


    Araz Ağalarov iqtisad elmləri doktorudur. O, adamları işdən çıxarmağı sevmir və bunu könülsüz – stimullar silsiləsindən, vəzifəsini və işçinin öhdəliklərini dəyişəndən sonra edir.
    Ağalarova da, onun dairəsində olan bir sıra biznesmenlərə olduğu kimi, “sivil” hücumlar olur, ona təxribat olunur, onu oyun meydançasından sıxışdırıb çıxarmaq istəyirlər.
    Ağalarovun biznes ortaqları ilə xoşagəlməz situasiyaları mövcud deyil, o bütün işlərini və idarəetməni oğlu Eminə ötürüb.
    Yeri gəlmişkən, Rusiya biznesinin əsasını qoyan çoxsaylı şəxslərdən biri olan Ağalarov düşünür ki, xoşbəxtlik maddi rifahla bağlı deyil. O etiraf edir ki, ən zəruri şeylərə pul tapmadığı vaxtlar daha xoşbəxt idi. Onu məqsədlər, həyati planlar fəaliyyətə sövq edirdi.


    Hazırladı:
    Rəşad Əliyev

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 657
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30