Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İçərişəhər
    50 milyonluq Azərbaycan xalqının ictimai-iqtisadi həyatını, onun maddi və mənəvi mədəniyyətini olduğu kimi təqdim etmək üçün orta əsrlərdə şəhərsalma və şəhər həyatının düzgün işıqlandırılması vacibdir.

    Mənbələr, eləcə də tarixi və arxeoloji materiallar göstərir ki, Azərbaycanın bir çox şəhərləri kimi Bakı da antik dövrdə iqtisadi cəhətdən inkişaf etmiş və sıx əhaliyə malik olan iri yaşayış məntəqəsinin böyüməsi nəticəsində meydana gəlmişdir. Bakının kiçik yaşayış məntəqəsindən şəhərə çevrilməsində neft və duz kimi sərvətlərin olması mühüm əhəmiyyət daşıyır.

    Bakı hələ qədim zamanlardan təkcə Cənubi Qafqazda deyil, eləcə də Yaxın Şərqdə əhalinin sıx məskunlaşmış şəhərlərdən biri kimi tanınmışdır. Əlverişli iqlimi, təbii-coğrafi şəraiti, təbii sərvətlərin bolluğu, buradan keçən beynəlxalq əhəmiyyətli ticarət yolları bu şəhərin iqtisadi cəhətdən inkişafına kömək etmişdir. Mülayim iqlimi, məhsuldar torpağı, bol su mənbəyi burada əsrin əvvəllərindən başlayan iqtisadi inkişaf üçün əsas zəmin olmuşdu. Təsadüfi deyildir ki, hələ eramızın əvvəllərində yunan-roma astronomu və coğrafiyaşünası Klavdi Ptolemey (70-147-ci illər) "Coğrafiya dərsliyi" kitabında Albaniyanın ərazisindəki 28 şəhərin adını çəkərkən Bakını Baruka və ya Qaytara kimi göstərir.
    Bakının "müqəddəs" odlar diyarı kimi tanınması onun həyatında mühüm rol oynamışdır. Bəllidir ki, ərəb istilasına qədər Azərbaycanın müxtəlif vilayətlərində xristian, bütpərəstlik, atəşpərəstlik dinləri yayılmış və onların dini ibadət yerləri - mərkəzləri mövcud olmuşdur. Atəşpərəstlik dininin əsas ocaqlarından biri də qədim Bakı idi. Mənbələrdə 624-cü ildə Bizans imperatoru Iraklinin (610-641) Bakıya gəlməsi və bir çox abidələri dağıtması haqqında məlumat da vardır.
    İçərişəhərlər bir növ canlı orqanizmdir. Onun özünəməxsus taleyi vardır. Orta əsrlərdə bəzi şəhərlər hərbi, siyasi hadisələrdən kənarda qalsa da, bir qismi tarixi hadisələrin güclü burulğanında çırpınırdı. Bəzi şəhərlər talan və yanğınlara, feodal çəkişmələrinə, təbii fəlakətlərə tab gətirməyərək məhv olurdu. Bakı şəhəri isə əlverişli təbii-iqlim şəraitinə, güclü iqtisadiyyatına, ticarət və sənətkarlığının inkişafına görə çiçəklənərək şöhrət qazanmışdı.
    İçərişəhər mahir memarların, sənətkarların peşəkarlığından söhbət açır, bizi ötən qərinələrə aparır. Dövrümüzə gəlib çatmış bu şəhərin dar, əyri-üyrü küçələrini, meydançalarını göz önünə gətirdikcə ötən yüzilliklərdə hakim olmuş şəhər həyatının zaman keçdikcə necə dəyişdiyini görürük. Onun divarları arasında sanki keçmişə qayıdaraq, o dövrün səsini duyuruq. "Mədəni qatlarda" şəhərsalma ənənələrini izlədikdə burada sənət eşqilə yaşayıb-yaradan insanların ürək çırpıntılarını eşidirik.
    İçərişəhərdə izdihamlı ticarət meydanları, küçələr və böyük məhəllələr meydana gəlmişdi. O, sözün əsl mənasında daxili məhəlli strukturlara malik olub hər şeydən əvvəl iqtisadi mərkəz kimi formalaşmışdı. Yəni onun özünüidarəsi daxili və ətraf yaşayış məntəqələri sakinlərinin məişət və təsərrüfat həyatında aparıcı rol oynayır, yaxın və uzaq yerlərlə sıx iqtisadi-mədəni əlaqədə saxlayırdı. Bakının inkişaf etmiş şəhər səviyyəsinə yüksəlməsi üçün mühüm amillərdən biri də onun ölkənin sənətkarlıq mərkəzlərindən birinə çevrilməsi idi. Burada müxtəlif sənət sahələri formalaşmış, əmtəə istehsalı genişlənmiş, (dulus, metal, şüşə məmulatı və s.), yerli əhali lazım olan çoxçeşidli mallarla təmin edilmişdi. Şəhər təsərrüfatının ən mühüm amillərindən biri də onun zəngin əmtəə istehsal etməsindədir. Su təchizatı, sanitariya və kanalizasiya sistemlərinin qurulması, sanitariya qaydalarına əməl etmə, həmçinin yaşıllaşdırma işi şəhər həyatında önəmli yer tutur. Orta əsrlər Bakısında bütün bu problemlər həll edilmişdi.
    Yüksək təpə üzərində amfiteatr formasında salınan şəhər aşağıdan dənizə baxır, yuxarı hissədən isə Qafqaz dağları ilə əhatə olunmuşdu. Üçqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər şəhər sanki bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladırdı. Digər orta əsr şəhərləri kimi Qala divarı içində olan bütün binalar (Şəhristan) da taktiki və strateji baxımdan müdafiə xarakteri daşıyırdı. Şəhərin plan quruluşu hərbi üstünlük və döyüş taktikasi düşünülərək sanki əsil labirinti xatırladırdı. İri meydan və enli küçələrin şəhərin içərilərinə doğru getdikcə geometrik planda kiçilib sıxlaşması şəhər əhalisinin də bütün gücü ilə müdafiə işinə cəlb olunmasından xəbər verir. Belə ki, düşməndən müdafiəyə qala divarları və ya əsgərlər tab gətirməzdilərsə bu işə şəhər əhalisi də fəal cəlb olunurdu. Əvvəla süvarilər dar küçə və dalanlara girə bilmirdilər. Çünki bu dalanlarda atların geriyə dönməsi və ya idarə olunması qeyri mümkün idi. Düşmən əsgərləri isə bu dalanlarda azır, sanki daş tələyə düşürdülər. İkimərtəbəli evlərin damlarından isə hər kəs - uşaq da böyük də düşmənin başına ya qətran, ya qaynar su tökür və ya daş yağdırırdı. Beləliklə şəhər əhalisi dar gündə birlikdə düşmənə sinə gərir, öz vətənini, öz şəhərini yağılardan qorumaq üçün qeyrət göstərirdi.
    Babalarımızın ta qədimlərdən bəri vətəni qorumaq məharəti bu gün də milli ordumuz və silahlı qüvvələrimiz tərəfindən öyrənilir. İçərişəhər və onun müdafiə istehkam qalaları hərbi vətənpərvərlik simvolu olaraq gənc nəslin milli qürür hisslərilə tərbiyə olunmasında bariz bir örnəkdir.


    Məhəmməd məscidi


    Məscid giriş qapısının üzərindəki epiqrafik yazıya istinadən (ərəb kufi xətti) hicri tarixi ilə 471-ci ildə (miladi 1078-79) ustad rəis Məhəmməd Əbubəkr oğlu tərəfindən inşa olunub. Zəngin dekorativ elementlərlə bəzədilmiş bir otaqlı ibadət zalına şimal tərəfdən çox da böyük olmayan vestibül birləşir. Qala divarının mərkəzi oxunda daşla şəbəkə şəklilli bağlanmış bir cüt pəncərə var. Oxvarı taxtabanla tamamlanan zal həm Şərq və Qərb tərəfdən çata bənzər ornamentli pəncərələrlə bəzədilmişdir. Maraqlı faktdır ki, Bakı-Abşeron memarlığı üçün yad olan bişmiş kərpiclə lentvari şəkildə tağbəndin çərçivəsi boyunca ornament quraşdırılmışdır.
    Xalq etimalogiyası dilində abidənin adı həm də “Sınıqqala” kimi hallanır. Bu qədim və möhtəşəm abidə I Pyotrın Bakıya kəşfiyyat ücün göndərdiyi rus donanmasının admiralı Matyuşkinin göstərişi ilə şəhərin dənizdən top atəşinə tutulması nəticəsində məscidin minarəsinin yuxarı tərəfinin dağıldığı üçün “Sınıqqala” adlanır.
    Məscidə bitişik şəkildə qaldırılmış silindirik formalı minarə yuxarıdan stalaktitli karniz üzərinə oturdulmuş daş şəbəkəli azançı (müəzzin) eyvanı ilə tamamlanır. Minarə daxilində quraşdırılmış dolama (spiralşəkilli) daş pilləkənlər ibadət zalının döşəməsindən başlanır. Minarənin müəyyən yüksəkliyində məscidin damına keçmək üçün qapı vardır. Dama iri daş plitələr döşənmişdir. Minarənin yuxarı hissəsində stalaktik kəmər boyu ərəb dilində kufi xətlə Quran ayəsi yazılmışdır. Minarənin özülü alçaq və kvadrat formadadır.
    Məscidin cənub fasadı, kəskin şəkildə qabarmış yarımsilindrik həcmli mehrab və minillik daş divar fonunda, çatma pəncərələrlə təmsil olunmuş, uzanmış proporsiyalar şəklində canlanır. Məscidin həcm kompozisiyasının dinamikasını ətraf tikililəri kölgədə qoyan minarə təmsil edir. Abidədə aparılmış bərpa işləri üzərində epiqrafik yazısı olan bu qədim məscidinin memarlıq simasını bütövlüklə canlandırdı.
    Arxeoloq F.Ə İbrahimov 1988-ci il arxeoloji qazıntıları ilə məscidin gözlənilməz iri həcmli sahə quruluşunu kəşf etdi. Hər zaman alçaq forması ilə qəbul olunan minarə indi kvadrat binövrə üzərində tikilmiş mükəmməl tikili kimi canlandı. İbadət zalının altından daş çatma qübbə ilə örtülmüş analoji tipli otaq aşkar olundu. Otağın alt təbəqəsinin altında islama qədər dini ayinlərin elementləri izlənildi. Arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri bu otağın məhz antik dövrdə inşa edildiyini ehtimal etməyə əsas verir. Güman edilir ki, məscid burada islamaqədər fəaliyyət göstərən atəşgahın bünövrəsi üzərində ucaldılıb. Bu otaqdan aşkar olunmuş kapitelli sütunlar Bakı tarixinin qədimliyini subut edən əsaslı dəlillərdəndir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 565
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30