Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    DİN: məşğuliyyət, yoxsa inanc mənbəyi...
    (əvvəli ötən nömrəmizdə)

    VII

    Dünya katoliklərinin Vətəni hesab olunan Romada İslama qarşı xüsusi bir antipatiya mövcuddur. Roma daha çox proseslərə dini-siyasi nöqteyi-nəzərdən yanaşır. Müsəlman dövlətlərində fəaliyyət göstərən missioner təşkilatları daha çox Romanın tövsiyə etdiyi mübarizə metodlarından istifadə edir. Təsadüfi deyil ki, Amerika və Avropa dövlətlərində qeydiyyatdan keçən missioner təşkilatlar Romanın nəzarəti altında və müxtəlif adlar – mərkəzlər şəkilində fəaliyyət göstərirlər, Onlar çox zaman fəaliyyət göstərdikləri eyni ölkələrdə əlaqəli və bəzən də əlaqəsiz, hətta rəqib kimi çalışırlar. Bu daha çox ayıq müsəlmanların diqqətini çəkməməkdən ötrü edilir.  

    Müsəlman ölkələrində, xüsusən də iqtisadi cəhətdən zəif inkişaf etmiş dövlətlərdə missionerlərin fəaliyyəti daha tez effekt verir. Fəaliyyətləri boyu ideya bütünlükdə Papanın Aparatında xüsusi ixtisaslaşmış ideoloji kadrlardan gəlir. Maliyyə vəsaitini isə hər bir missioner təşkilatın təmsil olunduğu dövlətlər ödəməli olur. Bu məsələdə ABŞ-ın xüsusi təyinatlı icmalarının çəkisi böyük olur. Missionerlər bununla kifayətlənmirlər. Onlar yerlərdə müxtəlif vasitələrlə zəif əqidəli müsəlmanlardan səmərəli istifadə edirlər. Bu effekt vermədikdə, həmin ölkədə dövlətlərini təmsil edən səfirlik, konsulluq, kilsə və ən nəhayət media mənsublarından  istifadə edirlər. Proqrama uyğun olaraq missionerlər və xüsusi icmalar 3, 5, 7, 10 və 13 ilə müxtəlif tapşırıqların yerinə yetirilməsinə çalışırlar. Onlara təmsil etdikləri dövlət rəsmiləri dolayı yolla dəstək verirlər. Bu köməyin necə olunduğunu təsəvvür etmək çox çətin deyil. Məsələn, elə götürək İtaliyanın hansısa sahəyə məsul olan əməkdaşının Azərbaycana səfərini. O Bakıya gəlir, təmtəraqla qarşılanır, oteldə yerləşdirilir, rəsmi görüşlərinə başlayır və s. Bu görüşlərdə ölkəsinin Azərbaycanda fəaliyyət göstərən QHT-si haqqında ağız dolusu danışır. Həmin QHT-nin nailiyyətləri ictimaiyyətin gözünə soxulur. Nəticədə, ictimai mühitdə həmin QHT haqqında yüksək fikir formalaşır.
    Missionerlərin müsəlman dövlətlərinə hücum taktikasından biri də beynəlxalq təşkilatların mandatından istifadə etmələridir. İtaliyanı, Fransanı və yaxud da elə Almaniyanı Avropa Şurasında təmsil edən əcnəbi deputat dini durum üzrə Azərbaycana məruzəçi təyin olunur. Burada rəsmi görüşlər keçirir, regionlara gedir, ölkədəki dini tolerantlıqdan bəh-bəhlə danışır. Və xüsusi əda ilə bəyan edir ki, bir ildən sonra hazırlanacaq hesabatda Azərbaycandakı dini tolerantlıq digər dövlətlərə nümunə kimi göstəriləcək. Və yaxud da əksinə. ABŞ Dövlət Departamentinin bəyanatında Azərbaycandakı dini mühit kəskin şəkildə pislənilir. Buna misal olaraq yaxın keçmişdə “Human rights Watch” təşkilatının Azərbaycanda mövcud olan dini durumla bağlı hesabatındakı bəzi məqamlara diqqət çəkək. Belə ki, “Human rights Watch” təşkilatının insan haqlarının dünyadakı vəziyyətinə dair hesabatında Azərbaycanda etiqad azadlığı ilə bağlı məlumatı yayıldı. Təşkilatın Hesabatında bildirilir ki, qanunlarda edilmiş əlavə və dəyişikliklərlə guya dini qurumlar üzərində daha çox məhdudiyyətlər qoyulur. Digər demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.
    Əslində bu məsələ “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununda əks olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə zərurətdən yaranan düzəlişlərin edilməsi ölkədəki dini tolerantlıq mühitini qoruyub saxlamaq, dini duruma mənfi təsir göstərən halların qarşısının alınması məqsədilə edilmişdir.
    Hesabatda bildirilir ki, 2010-cu ilin iyun ayında Gəncə şəhərində “Yehovanın şahidləri”nin toplantısının qarşısı polis tərəfindən alınmışdır.
    Məlumat üçün bildiririk ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci bəndinə əsasən bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyətində (DQİDK-da) dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər.
    2010-cu ilin iyun ayında Gəncədəki “Yehovanın şahidləri” icması Dövlət Komitəsində qeydiyyatdan keçmədən fəaliyyət göstərərək dini toplantılar təşkil etməyə cəhd etmiş, bunun qarşısı polis tərəfindən alınmışdır. Tədbirin qarşısını alarkən polis əməkdaşları İnzibati Xətalar Məcəlləsinin “Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması”nı əks etdirən 299-cu maddəni (299.0.2. dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulması) rəhbər tutmuşlar. Göründüyü kimi, Gəncə şəhərində “Yehovanın şahidləri” dini icmasına mənsub bir qrup şəxs “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsini pozmaqla inzibati xəta törətmişlər.

    VIII


    İndi keçək problemin siyasi və hərbi güc vasitəsi ilə həlli məsələsinə. Bu işdə Avropa dövlətlərindən fərqli olaraq ABŞ daha fəal rol oynayır.
    Bu gün Amerikanın dünyaya meydan oxuması heç kimə sirr deyil. Çox güclü iqtisadi potensiala və hərbi sənayeyə malik ABŞ hazırda Yaxın və Orta Şərq, Orta Asiya, Şərqi və Mərkəzi Avropa, Cənubi Qafqaz da daxil olmaqla dünyanın böyük bir hissəsinə nəzarət etmək imkanına malikdir. ABŞ-ın bu bölgələrə nüfuz etmək səyləri də müxtəlifdir. Belə ki, Şərqi və Mərkəzi Avropaya giriş imkanları ilə Cənubi Qafqazda möhkəmlənmək siyasətində ciddi fərq(lər) var.
    Bu gün ABŞ dünyanın yeganə fövqəldövlətidir. Planetin nəhəng siyasi güc mərkəzi rolunu oynayır. ABŞ dünyada mövcud olan təqribən 4 mindən çox beynəlxalq və məhəlli təşkilatın əksəriyyətinin ya yaradıcısı, ya da ki, ən əsas maliyyələşdirənidir. Elə məhz bir çox ölkələrdə də bu təşkilatlar vasitəsilə sırf dövlət siyasətini həyata keçirən ABŞ-ın xəfiyyələri müxtəlif yardım proqramları adı altında cəmiyyətin orta və ağır vəziyyətdə yaşayan təbəqəsini daim müstəmləkədə saxlayır. Eyni zamanda donor təşkilatlarına güclü maliyyə vəsaiti ayıraraq ölkələrin və xalqların daxili siyasətinə, mənəvi-əxlaqi dəyərlərinə təsir göstərir. Belə geniş təmsilçilik imkanları olan Amerika dünyanın hər hansı bir nöqtəsində baş verəcək hadisə və ya münaqişəyə dərhal təsir etmək imkanına malikdir.  
    Eyni zamanda ABŞ dünyanın ən böyük iqtisadi güc mərkəzidir. Son on il müddətində ABŞ iqtisadi rəqabət sahəsində xeyli uğurlar qazanmış və dünyanın ən iri sənaye dövlətlərini ötüb keçmişdir.
    Nəhayət ABŞ dünyanın yuxarıda qeyd etdiyimiz kimi hərbi güc mərkəzidir. Müasir dövrün ən böyük hərbi təşkilatı olan NATO-nun yaradılması və genişləndirilməsində ABŞ-ın rolu danılmazdır. Sovet İttifaqı dağıldıqdan sonra ABŞ planetin hərbi potensiala malik dövlətinə çevrilib. Təbii ki, bu prosesdə ABŞ-a özünün yaratdığı NATO kimi hərbi təşkilatın dəstəyi böyükdür.
    Bəzi ekspertlər Yaxın Şərqə sülhün gətirilməsi prosesində ABŞ-ın rolunu yüksək qiymətləndirirlər. Hansı sülhün?! Əfqanıstan, İraq, Fələstin, Misir, Liviya, Suriya və bundan sonra daha neçə-neçə müsəlman dövlətləri imperializmin və sionizmin müstəmləkəsi olacaq. Müsəlman coğrafiyası dərk etmir ki, bütün bu tədbirlər hər şeydən öncə ABŞ-ın milli maraqları ilə bağlıdır. Amerika hər hansı bir regiona ayaq açırsa, deməli, həmin bölgədəki dövlətlər iqtisadi maraq dairəsinə daxildir. Məsələn ABŞ-ın xarici siyasətində prioritet müsəlman dövlətləri aşağıdakı kimi təsnifatlandırıla bilər: 
    - ABŞ-ın maraqlarına zidd siyasət yeridən dövlətlər - İran, Suriya.
    - ABŞ-ın mənafeyi dairəsində olan və dolayısı ilə onun maraqlarını təmsil edən dövlətlər – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və s.
    - ABŞ-ın maraqlarının bilavasitə təmsil olunduğu dövlətlər – Səudiyyə Ərəbistanı, Pakistan, İraq, Əfqanıstan, Liviya, Misir, Tunis, Kuveyt, BƏƏ və s.
    Onu da qeyd edək ki, problemləri başdan aşan dövlətlər bu reallıqları mütləq nəzərə almalıdırlar. Belə olan halda ABŞ-ın mərhəmətinə sığınaraq ya dolayı, ya da bilavasitə Ağ Evin nəzarətinə keçmiş olacaqlar.
    ABŞ hərbi güc nümayiş etdirməklə bəşəriyyətə meydan oxuyur. Bu işdə dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının sanksiyalarından da istifadə edir. Hətta BMT kimi beynəlxalq qurumu da öz təsir dairəsində saxlamağı bacarır. 
    ABŞ-ın siyasəti bizim region üçün daha təhlükəlidir. Qonşu Gürcüstanda hakimiyyəti siyasi yolla dəyişən Amerika indi rəsmi Tiflis üçün qəbir qazmağa başlayıb. Gürcüstanı Rusiyadan düşməncəsinə təcrid etməklə gürcü xalqını bir neçə yerə parçalayıb. Gürcüstan demək olar ki, hər gün daxildə vətəndaş müharibəsi, xaricdən isə Şimal ayısının növbəti təxribatları ilə üz-üzə dayanıb. Azərbaycanın hesabına iştirak etdiyi bir sıra beynəlxalq layihələrdən ölkə büdcəsinə girən maliyyə vəsaiti daxil olmaqla Gürcüstan ABŞ-ın ianələri ilə gün keçirir. Təbii ki, nə qədər Rusiya Gürcüstana təpki göstərsə bir dinə qulluq etdikləri üçün ətini yeyib, sümüyünə çölə atmayacaq. 
    ABŞ müsəlman dövlətlərinə qarşı daha kəskin mövqedən çıxış edir. Demokratiya pərdəsi altında Əfqanıstana, daha sonra hələ “Səhrada fırtına” əməliyyatının ağrı-acılarını unutmayan İraqa vəhşicəsinə hücumu indi həmin ölkələri iflic vəziyyətinə salmaqla yanaşı, barıt çəlləyinə çevirib. Yaxın keçmişdə İsrailin vasitəsi ilə Livan torpağını göyə sovurub. Suriya və İran hər gün ABŞ-dan təhlükə gözləyir.
    Rəsmi Vaşinqton İranı beynəlxalq terrorizmi müdafiə və himayədə, kütləvi qırğın silahları əldə etməyə cəhddə, Yaxın Şərq sülh prosesini pozmaqda, ABŞ və onun müttəfiqləri üçün İran körfəzində təhlükə törətməkdə günahlandırır. İran isə bütün iddialara özünəməxsus və milli maraqları nöqteyi-nəzərindən münasibət bildirir. İndi ABŞ İrana qarşı iqtisadi sanksiyalar tətbiq etməklə bu ölkənin ovuna çıxıb.  Çünki ABŞ-ın özü üçün təhlükə mənbəyi hesab etdiyi dövlətlərə qarşı geniş sanksiyalar tətbiqi ənənəsi mövcuddur. Məsələn, birinci Dünya müharibəsindən sonra öz xarici siyasət məqsədlərini reallaşdırmaq üçün ABŞ digər dövlətlərə qarşı 115 dəfə sanksiya tətbiq etmişdi. Bunlardan da 104-ü ikinci Dünya müharibəsindən sonrakı dövrə aiddir. 1993-1996-cı illərdə ABŞ 61 dəfə sanksiyalara əl atmışdır.
    Bu gün İran onsuz da ABŞ-ın mümkün sanksiyalarına (İLSA qanunu) məruz qalıb. Hətta Amerika İranın dünya neft ehtiyatlarının istismarında iştirakını belə məhdudlaşdırıb.  

    IX


    Regionda kifayət qədər gücə malik Türkiyə bütün baş verənlərə seyirçi gözü ilə baxmağı xoşlayır. Qorxur ki, Avropa Birliyi yolunda ABŞ onün üçün xristian dövlətlərindən ibarət barrikada qursun. Türkiyə artıq Amerikaya olan sədaqətini bilərəkdən sarsıtmağa çalışır.
    Azərbaycanın zəngin təbii ehtiyatları və geopolitik mövqeyi ABŞ-ın strateji maraqlarına tamamilə uyğundur. Digər tərəfdən region uğurunda İranla Rusiya arasında da gizli bir savaş gedir. Azərbaycanın şimaldan Rusiya, cənubdan isə İranla həmsərhəd olması ABŞ-ı ölkəmizə qarşı siyasətində daha tədbirli hərəkət etməyə sövq edib. Regionda formalaşan belə qarışıq geosiyasi vəziyyətdə respublikamızın manevr etməsi üçün geniş imkanlar açılıb. Amma ABŞ və Rusiya kimi iki xristian dövlətinin bizim üçün “kökəlt”diyi Dağlıq Qarabağ problemi hər şeyin sadəcə iqtisadi maraqlar xatirinə həyata keçirildiyindən xəbər verir. Güclü erməni lobbisi və xristian həmrəyliyi ABŞ Konqresinin Azərbaycana münasibətdə anlaşılmaz mövqe tutmasına gətirib çıxarır. Hətta geosiyasi məkanda yerləşən Azərbaycanda siyasi vakuumun əmələ gəlməsinə şərait yaradır.
    Bizlər, daha doğrusu ABŞ-ı özünə sədaqətli və mərhəmətli müttəfiq bilən bədbəxt müsəlman dövlətləri, xüsusən də ərəb şeyxləri gələcəkdə hansı problemlərlə qarşılaşacaqlarından bixəbər deyillərmi? Onlar bilmirlər ki, hələ o zaman bədbəxt Səddam Hüseyin Küveytin ərazisinə ABŞ kəşfiyyatının xeyir-duası ilə girmişdimi? Amma nə oldu. Sonra ABŞ Küveyti müstəmləkəsi etməkdən ötrü 28 dövləti də başına yığıb İraqı geri oturtdu. Hətta bu 28 dövlətin elə bir çoxu müsəlman dövlətləri deyildimi? Axı niyə onlar zalımın zülmünə ləbbeyk deyillər. Bəs deyilmi, içimizdə özümüz-özümüzə başqalarının əli ilə düşmən kəsilirik. Niyə Livanda minlərlə müsəlman qan içində boğulanda onun ətrafında neftin və xalqın pulunu yeyib harınlayan müsəlman dövlətləri səslərini belə çıxarmadılar. 
    Qayıdaq mövzunun aktuallığına. Söhbət xristian toplumunun vahid mövqedən çıxış edərək müsəlman dövlətlərinə qarşı “səlib yürüşü”nə çıxmalarıdır. Müsəlman dövlətləri isə həmrəylik nümayiş etdirmək əvəzinə ABŞ üçün şərait belə yaradırlar. Bu gün ABŞ rəsmi olaraq İran üçün potensial təhlükə mənbəyidir. İranın qonşusu olan Azərbaycan və Türkiyə birinciyə qarşı yönələcək iqtisadi-siyasi təzyiqlərə cavab verəcək gücdə deyillər.
    Daha çox İngiltərə kimi tanıdığımız Böyük Britaniya hər zaman ABŞ-ın yanındadır. Bir çox beynəlxalq təşkilatlarda mühüm qərarların qəbulunda Böyük Britaniyanın dövlət siyasəti ABŞ-la üst-üstə düşür. Böyük Britaniya ABŞ-dan və İtaliyadan fərqli olaraq yalnız dindaşlarına dəstək rolunu oynayır. Amma bu səssizlik heç də Böyük Britaniyanın proseslərdən kənar qalması demək deyil. Sadəcə Böyük Britaniya ABŞ-ın tərəfdaşı və müttəfiqi kimi onun qərarlarının beynəlxalq qurumlarda təsdiq olunmasında setilment rolunu oynayır. ABŞ tərəfindən çox az təkliflər irəli sürülüb ki, rəsmi London ona “yox” desin.


    (ardı var)


    Niyaz NİFTİYEV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 678
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30