Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Elektron təhsil” müsabiqəsi aprelin 2-də başlayacaq
    Aprelin 2-də Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasına start veriləcək. Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və “Microsoft Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Ultra”, HP, “Azedunet” MMC və “Mədəd” təşkilatları tərəfindən dəstəklənir. “KƏLAMİNFO” İKT İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, müsabiqənin rəsmi internet-səhifəsi www.musabiqe.edu.az ünvanında yerləşdirilib və tam olaraq bütün məlumatları özündə cəmləyib. Veb-saytda müsabiqədə iştirak üçün qeydiyyat sadələşdirilib.

    Eyni zamanda, “Elektron Təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən müsabiqəyə təqdim olunan elektron resursların keyfiyyətinin artırılması və rəqabət mühitinin daha da yaxşılaşdırılması məqsədi ilə müsabiqənin əsasnaməsində bir sıra dəyişikliklər edilib. Belə ki, hər bir iştirakçı tərəfindən müsabiqəyə yalnız bir resursun təqdim olunması şərti əsas götürülüb. Digər şərt müsabiqədə qalib gəlmiş iştirakçıların növbəti 3 ildə müsabiqədə iştirak imkanlarının məhdudlaşdırılmasıdır. Müsabiqə “Təhsildə İnternet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. “Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki tədris materialları təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər “fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyaları üzrə müəyyən olunacaqlar. “Təhsildə İnternet texnologiyalar” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu İnternet resursları, bloqlar və digər İnternet layihələri təqdim edilə bilər. Qaliblər “təhsildə İnternet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaq. Müsabiqədə regionlarda yerləşən məktəblərin müəllimlərinin İKT-dən istifadəsini dəstəkləmək üçün xüsusi olaraq “Elektron Təhsil” Respublika Müsabiqəsində iştirak edən “Ən fəal region məktəbi” nominasiyası müəyyən edilib. Bu nominasiya üzrə üç ən aktiv məktəb müəyyən ediləcək. İki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla, Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq. Qeyd edək ki, müsabiqə artıq üçüncü dəfə keçirilir. 2010 və 2011-ci illərdə keçirilən müsabiqədə ümumi olaraq 1400-dən çox layihə təqdim olunub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 447
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30