Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Təhsil Nazirliyinə daxil olan şikayətlərin böyük əksəriyyəti Bakı məktəbləri ilə bağlı olub
    Cari ili fevralında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 1629 müraciət daxil olub. Müraciətlərin 1439-u telefonla, 190-ı elektron poçt vasitəsilə qəbul edilib. Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterli olub. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər müvafiq qurumlara göndərilib. Həmin müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər görülüb. Ünvanlı müraciətlər isə yazılı şəkildə cavablandırılıb.

    Sorğu xarakterli müraciətlər daha çox ümumi təhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş sınaq imtahanlarının təşkili, keçirilməsi və nəticələri, ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu, respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı olub. Digər sorğular yaş senzinin tətbiqi, müəllimlərin dərs yükü ilə təmin olunması və əmək haqqının hesablanması, təhsil sənədlərinin tanınması, xaricdə təhsil və digər məsələləri əhatə edib. Daxil olan 68 şikayət xarakterli müraciətin böyük əksəriyyəti Bakının ümumi təhsil müəssisələri (23 müraciət) ilə bağlıdır. Həmçinin Abşeron (4 müraciət), Kürdəmir, Masallı, Ağdam, Quba (hər birindən 2 müraciət), Füzuli, Samux, Şəki, Hacıqabul, Lənkəran, Yardımlı, Tərtər, Zaqatala, Göygöl, Xocavənd, Beyləqan, Qubadlı, Saatlı, Lerik, Ağsu, Ağcabədi, Gədəbəy rayonlarından (hər birindən 1 müraciət), Gəncə, Mingəçevir şəhərlərindən (hər birindən 1 müraciət) şikayət xarakterli müraciətlər daxil olub. Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, məktəb rəhbərlərinin idarəetmədə yol verdikləri nöqsanlar, məktəbli formasının, tədris ədəbiyyatı və müxtəlif nəşrlərin satışı, istilik sisteminin nasazlığı, elektrik enerjisinin fasilələrlə verilməsi, məktəb avadanlıqlarının alınması, məktəblərin təmiri və digər məsələlər öz əksini tapıb. Ötən ay texniki peşə məktəbləri ilə bağlı 3 şikayət daxil olub. Bu şikayətlərdə Bakı 12 nömrəli, Biləsuvar və Gədəbəy peşə liseylərindən bəhs edilir. Ali təhsil müəssisələri ilə bağlı daxil olan 8 şikayət xarakterli müraciətin 6-sı dövlət, 2-si isə özəl tədris ocaqları ilə əlaqədardır. Bu müraciətlər dövlət ali təhsil müəssisələrində və dövlət sifarişi üzrə özəl ali məktəblərdə təhsil alan tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, qış imtahan sessiyasının nəticələri ilə əlaqədar apelyasiya qaydalarının pozulması, əmək haqqının verilməsinin ləngiməsi və digər məsələləri əhatə edib. Orta ixtisas təhsili müəssisələrindən daxil olmuş 4 müraciət qış imtahan sessiyasının nəticələri, dövlət təhsil sənədinin verilməsinin gecikdirilməsi və digər məsələlərlə bağlı olub. Həmin müraciətlərə baxılıb və müvafiq qaydada cavablandırılıb. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araşdırılıb və müvafiq tədbirlər həyata keçirilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 405
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30