Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin yeni təyin edilən rəhbərini qəbul edib
    Ombudsman Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin yeni təyin edilən rəhbəri Kamran Bağırovu qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. E.Süleymanova Ombudsman təsisatının insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa önəm verdiyini, nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, həmçinin İnsan Hüquqları üzrə Ali Komissarlıqla sıx əməkdaşlıq əlaqələri yaratdığını, insan hüquqlarının müdafiəsi və bu istiqamətdə maarifləndirmə üzrə birgə tədbirlər, dəyirmi masalar, seminar-treninqlər keçirildiyini diqqətə çatdırıb.

    E.Süleymanova BMT rəsmisinin Azərbaycan Ombudsmanının Universal Dövri İcmal (UDİ) üzrə fəaliyyəti ilə bağlı sualını cavablandıraraq, bu barədə ətraflı məlumat verib, həmin fəaliyyətin beynəlxalq qurumlar tərəfindən müsbət təcrübə kimi dəyərləndirildiyini diqqətə çatdırıb. O, 2009-cu ilin fevralında BMT-nin İnsan Hüquqları Şurasında (İHŞ) Azərbaycanın ilk hesabatının dinlənildiyini və Şura tərəfindən bütövlükdə vəziyyətin müsbət dəyərləndirildiyini, eyni zamanda, ölkəmizə dair bir sıra tövsiyələr verildiyini bildirib. Qeyd olunub ki, bu tövsiyələrin icrası vəziyyətini diqqətdə saxlayan müvəkkil onların səmərəli həyata keçirilməsi məqsədilə müvafiq dövlət qurumlarının və QHT-lərin iştirakı ilə müzakirələr təşkil edir. E.Süleymanova “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa Müvəkkilin milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi, eyni zamanda “İnformasiya əldə etmək haqqında” qanununun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə əlavə və dəyişikliklər edildiyini bildirib. Ombudsmanın ölkədə azadlıqdan məhrum edilən və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlandığı müəssisələrə müntəzəm baxışlar keçirdiyi vurğulanıb. Ombudsman digər hüquqlarla yanaşı, media hüquqlarının da müdafiəsinin Müvəkkil tərəfindən nəzarətdə saxlandığını vurğulayıb. Hüquq pozuntusuna yol vermiş KİV nümayəndələrinin cəzalandırılması üzrə dünya təcrübəsində mövcud olan nativ üsulların tətbiqi üzrə təkliflər verildiyi diqqətə çatdırılıb. O, “Diffamasiya haqqında” qanunun qəbul edilməsi ilə bağlı təkliflə çıxış etdiyini, sözügedən sənədin qəbulu ilə əlaqədar müddəanın MFP-də də öz əksini tapdığını diqqətə çatdırıb. Müvəkkil bu il iyunun 18-i – Milli İnsan Hüquqları günü münasibətilə Ombudsmanların sayca onuncu Beynəlxalq Bakı konfransı çərçivəsində “İnformasiyaya çatım” bölməsinin keçirilməsində, media üzrə tanınmış beynəlxalq ekspertlərin dəvət olunmasında, həmçinin insan hüquqları sahəsində yeni hüquqi ədəbiyyatın, yeni buklet və broşürlərin, o cümlədən təsisatın yaradılmasının 10 illiyi münasibətilə hazırlanan kitabın nəşrində, treninq-seminarların təşkilində qonağın təmsil etdiyi qurumun dəstək verməsini təklif edib. K.Bağırov Müvəkkilin insan hüquqları sahəsində səmərəli fəaliyyətini təqdir edib, ölkəmizdə təmsil etdiyi təşkilatın Ombudsman təsisatı ilə əməkdaşlığa önəm verdiyini və dəstək verməyə hazır olduğunu bildirib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 389
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30