Rauf Həbibov Quba Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
Azərbaycan prezidenti İlham Əliyev Rauf Xeyrulla oğlu Həbibovu Quba Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev martın 2-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Rauf Xeyrulla oğlu Həbibov Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.