Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qafqaz İslam Ordusu və Azərbaycan
    Qafqaz İslam Ordusunun dörd aydan bəri Azərbaycanın istiqlalı uğrunda çarpışaraq verdiyi şəhid və məcruhların qanları ilə sulanan bu qardaş məmləkətin torpağı üzərində-Gəncədə, Göyçay-Ağsu-Şamaxı-Bakı şosesinin hər iki tərəfində, Müsüslü-Kürdəmir-Karrar-Hacıqabul-Bakı dəmiryolu boyunda, Qarabağda və Kür nəhri sahillərində xalqın ziyarətgah yerinə çevrildiyi bir çox mütəvazi və həzin məzarlara təsadüf olunur. Bunlar irqinin imdadına gələn Anadolu Mehmetçiklərinin mübarək məzarlarıdır.
    Əksər yerlərdə Mehmetçiklə bərabər baş-başa yatan azəri türkləri də vardır. Türk zabit və əsgərləri Azərbaycanda əmsalsız bir fəraqəti-nəfsilə və yüksək bir duyğu ilə çalışmış və çarpışmışdır. Eyni irqə mənsub bu iki millət arasındakı rabitə və münasibət axıdılan qanlara bir qat daha rəsanət peyda etmişdir.

    Əminəm ki, Anadolu türklərinin Azərbaycanın istiqlal və istiqbalı uğrunda yapdıqları çətin və qanlı müharibələr və mücadilələr nəsildən-nəsilə nəql ediləcək və unudulmaz bir dastan halında qalacaqdır. 5-ci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü bəy 1914-cü ildə başlanan birinci dünya müharibəsi Rusiyada ictimai–siyasi vəziyyəti daha da gərginləşdirdi. Nəticədə çar Rusiyası devrildi və hakimiyyətə bolşeviklər yiyələndilər. Bu isə Rusiyanın müstəmləkəsi olan Cənubi Qafqazda yeni siyasi vəziyyət yaratdı. Belə ki, Cənubi Qafqazı idarə edən Zaqafqaziya Seymi dağıldı və Cənubi Qafqazda üç müstəqil respublika yarandı. Bu respublikalar içərisində Azərbaycanda siyasi durum daha ağır idi. Çünki Bakıda hakimiyyəti ələ keçirən Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə yaratmışdı. Gəncəni özünə müvəqqəti paytaxt seçən Azərbaycan milli hökumətinin taleyinin hansı sonluqla qurtaracağı qeyri-müəyyən idi. Məhz belə bir tarixi məqamda Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnaklardan azad edilməsi Azərbaycanın müstəqillik taleyini həll etdi, xalqın müstəqil yaşamaq haqqını özünə qaytardı.
    Qafqaz İslam Ordusunun Bakının azad edilməsi ilə bağlı fəaliyyətinin hər bir məqamı tariximizin şanlı səhifələrindəndir. Bu səhifələrin bəzi məqamlarına diqqət yetirək.
    Rusiyanın I dünya müharibəsindən yarımçıq çıxması, başsız qalan rus ordusunun bir neçə cəbhədə başıpozuq vəziyyətdə fəaliyyət göstərməsi, ermənilərin Şərqi Anadoluda törətdikləri vəhşiliklərin və soyqırımın Azərbaycanda da həyata keçirmələri burada yaşayan türkləri Osmanlı dövlətindən yardım istəməyə sövq etdi. Bu məqsədlə Qafqaz türklərindən təşkil olunan nümayəndə heyəti 1917-ci ilin oktyabrında Mosul şəhərində 6-cı ordunun rəhbərliyi ilə görüşdü. Altıncı ordunun rəhbərliyi Qafqazdakı vəziyyəti yerində öyrənmək məqsədilə 3 zabitini həmin nümayəndə heyəti ilə Qafqaza göndərdi. Qafqazdan qayıdan zabitlər Osmanlı qüvvələrinin bu əraziyə müdaxiləsi üçün əlverişli şəraitin olduğunu təsdiq etdilər.
    1918-ci il fevralın 16-da Ənvər paşa Qafqaz, Dağıstan, Türküstan və Rusiyaya tabe olan müsəlman ölkələrinə ehtiyac hiss etdikləri yardım və köməyi göstərmək məqsədilə qərargahı Tehranda yerləşən bir təşkilatın yaradılması haqqında əmr imzaladı. Əmrə görə podpolkovnik Nuru bəy  Tehran Mərkəzi Heyətinin rəhbəri, podpolkovnik Şövkət bəy Dağıstana, minbaşı Nazim Cavad bəy Əfqanıstana və Xəlil paşanın məsləhət gördüyü digər zabitlər isə Qafqazın digər bölgələrinə və Türküstana göndərilməli idi. Qafqazda türk və islam əhalisinin yaşadığı bölgələrdə təşkilatların yaradılması və bu xalqların nümayəndələrindən ibarət İslam ordusu təşkil etmək üçün podpolkovnik Nuru bəyin təşkil etdiyi nümayəndə heyətinin Azərbaycana göndərilməsi Ənvər paşa tərəfindən məsləhət görüldü.
    1918-ci il aprelin 5-də Ənvər paşa Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə aid təlimatnaməni təsdiq etdi. Bu təlimatnamə Qafqaz İslam Ordusunun qarşısında duran vəzifələri və fəaliyyət istiqamətlərini müəyyənləşdirirdi.
    Ənvər paşa son dərəcə gizli saxladığı Qafqaz əməliyyatını Osmanlının əsas müttəfiqi olan alman dövlətindən və onun qərargahına da bildirməməyə çalışırdı. Çünki, Almaniyanın Bakı nefti ilə bağlı siyasi planları Osmanlı qüvvələrinin Azərbaycanla bağlı Qafqaz yürüşünün həyata keçirilməsi üçün ciddi əngəllər yaradırdı. Buna görə də, Ənvər paşa Qafqaz yürüşünü Osmanlı ordusunun hərbi əməliyyatı kimi yox, qurulacaq ordunun azərbaycanlılardan təşkil edilməsi kimi təbliğ edirdi. Qurulan orduya Qafqaz İslam Ordusu adının verilməsi Almaniyanı şübhələndirməmək üçün seçilmiş bir fənd idi.
    Nuru paşanın 300 nəfərlik zabit heyəti çətin yol şəraitini dəf edərək mayın 9-da Təbrizə çatdı Urmiyə gölü ətrafında erməni silahlı dəstələrindən canını qurtaran yerli əhali türk qoşunlarından kömək istədilər. Osmanlı qoşunları yerli əhaliyə əllərindən gələn köməkliyi etdilər. Hələ Təbrizdə ikən Nuru paşa Bakıya can atan ingilis qoşun hissələri barədə məlumat toplamaq üçün zabit heyətinə xüsusi tapşırıq verdi. Nuru paşadan bu tapşırığı alan İbrahim Kamal bəy Urmiyə gölü ətrafından geri çəkilən ingilislərin vəziyyəti haqqında mümkün məlumatı topladıqdan sonra Gilan məntəqəsinin hakimi Kiçik xanla görüşərək, İslam Ordusu hissələri ilə Kiçik xanın silahlı dəstələrinin birgə fəaliyyətinin nizamlanması imkanlarını müzakirə etdilər. Nuru paşanın zabit heyəti mayın 12-də Savucbulaq-Təbriz- Alacücə yolu ilə hərəkət edərək mayın 20-də Araz çayına çatdı. Nuru paşanın dəstəsi Azərbaycanın Zəngəzur bölgəsinə daxil oldu və ilk gündən yerli əhalinin böyük sevinci və rəğbəti ilə qarşılaşdı. Dəstənin Zəngəzura çatdığı vaxt erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı təcavüzkarlığı amansız bir şəkil almışdı. Bu təcavüzkarlığın qarşısını almaq və yerli əhalidən müqavimət dəstələri yaratmaq üçün Nuru paşa bir neçə türk zabitini həmin bölgədə saxladı. Bir neçə türk zabiti isə Naxçıvan və Ordubad bölgələrinə göndərildi.
    Nuru paşa Cəbrayıl-Ağdam-Tərtər yolu ilə Yevlaxa gəldi. Mayın 24-də Nuru paşanın Yevlaxda böyük təntənəli qarşılanma mərasimi oldu. Nuru paşa Qafqaz İslam Ordusunun qərargahının Nuxada yaradılmasını qərara almışdı. Lakin bir tərəfdən Nuxa ətrafında erməni dəstələrinin fəallığı, digər tərəfdən isə oranın əsas nəqliyyat xətlərindən kənarda qalması Nuru paşaya qərargahını Gəncədə təşkil edilməsini məcbur etdi. Nuru paşa mayın 25-də Gəncəyə gəldikdən sonra Azərbaycanın müxtəlif bölgələri ilə əlaqə yaratdı və həmin bölgələrdə müqavimət dəstələrinin təşkilinə başladı. Az vaxt ərzində Gəncə, Qazax, Zaqatala, Nuxa, Ağdam, Ağdaş, Cəbrayıl, Qarabağ və Zəngəzurun şərq hissəsini əhatə edən ərazilərdə asayişin təmini üzrə idarə və komandalar təsis edildi. Nuru paşa Azərbaycandakı mövcud vəziyyəti diqqətlə öyrəndikdən sonra Osmanlıdan əlavə qüvvə gəlmədən Bakı üzərinə yürüşün heç bir nəticə verməyəcəyinə əmin oldu. Bununla bağlı Nuru paşa Ənvər paşaya müraciət edərək Azərbaycanda mövcud olan qüvvələrlə Qafqaz İslam Ordusunun komandanlığı qarşısında qoyulan vəzifələrin həllinin qeyri-mümkün olduğunu onun nəzərinə çatdırdı.
    Düşmən qüvvələrinin say çoxluğunu bir daha önə çəkən Nuru paşa Ənvər paşanı inandırdıqdan sonra 36-cı diviziyanın 106 və 107-ci alayları da Bakı cəbhəsinə göndərildi. Müqayisə üçün onu qeyd etmək lazımdır ki, 1918-ci ilin iyunun axırlarında Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qüvvələrinin sayı 20 min nəfərdən çox idi.
    Türk qoşun hissələri Azərbaycana gəldiyi gündən qaynar döyüş şəraitinə düşdülər. Bolşevik-daşnak qüvvələri həm Şamaxı yolu ilə, həm də dəmir yolu xətti ilə Qərbə doğru irəliləməkdə idi. Bakı Sovetinin cəsusu Şaumyan Gəncədə fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyəti hökumətini məğlub etmək üçün bütün gücü ilə hücuma keçmişdi. Ona görə də, Qafqaz İslam Ordusu komandanlığı Şərqə doğru hərəkətin başlanmasına qərar verdi. Nuru paşa yaxşı dərk edirdi ki, Gəncə ətrafında mövcud olan təhlükənin aradan qaldırılmaq üçün buradakı erməniləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etmək lazımdır. Şəhərin şərq hissəsində yaşayan Bakı Soveti qüvvələrinin Gəncəyə doğru sürətlə hərəkətini intizarla gözləyən ermənilər 600 nəfərlik silahlı dəstəyə malik idilər. Həmin silahlı dəstənin ixtiyarında hər cür atıcı silahlar, o cümlədən pulemyotlar və hərbi təchizat var idi. Gəncə ermənilərinin tərksilah edilməsinə iyunun 10-da başlandı. İyunun 11-də Nuru paşa tərəfindən yaradılan Gəncə dəstəsi erməni məhəlləsini mühasirəyə aldı. Gəncə dəstəsinin bölmələri bir qədər geri çəkilsə də, etibarlı mövqe tutaraq erməni hücumunun qarşısını aldı. Türk qoşun hissələri 3 gün ərzində erməni məhəlləsini mühasirədə saxlayaraq tərksilahı başa çatdırdılar. Beləliklə, Gəncə şəhərində Qafqaz İslam Ordusu üçün mövcud olan təhlükə aradan qaldırıldı.
    Gəncədə fəaliyyətə başlayan və Qafqaz İslam Ordusu tərəfindən müdafiə olunan Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 4-də 20 minlik Bakı Soveti qüvvəsi hərbi və dəniz işləri üzrə komissar Korqanovun 8 saylı əmri ilə Hacıqabuldan qərb istiqamətində hücuma başladı. Qırmızı ordunun tərkibindəki əsgər və zabitlərin böyük əksəriyyətini ermənilər təşkil edirdi. Gəncə istiqamətində hücuma keçən ordunun dörd komissarından üçü erməni idi. İyunun 10-da Hacıqabul stansiyasından hücuma başlayan Bakı Soveti qüvvələri tərəfindən bir neçə gün ərzində Ucar, Kürdəmir və ətraf stansiyalar işğal olundu. İyunun 16-da düşmən qüvvələri Qaraməryəm ətrafında islam ordusu qüvvələri ilə üz-üzə gəldi. Səhər saat 9-da başlanan döyüşdə düşmən qüvvələri azərbaycanlı, gürcü və dağıstanlılardan ibarət dəstənin üzərinə hücuma keçdi. Yeddi saat davam edən döyüşdə milli qüvvələr düşmənin Qaraməryəmə can atan hissələrinin qarşısını almağa səy göstərsələr də, buna nail ola bilmədilər. Böyük strateci əhəmiyyətə malik olan Qaraməryəm kəndi bolşevik-daşnak qüvvələri tərəfindən işğal edildi. İyunun 18-də Qaraməryəm ətrafında həlledici döyüşlər yenidən başlandı. Ciddi bir hazırlıq görmədən hücuma keçən milli qüvvələr bu döyüşdə də müvəffəqiyyət qazana bilmədilər. Qaraməryəm ətrafındakı ağır döyüşdən sonra bir neçə gün cəbhədə sakitlik yarandı.
    Qaraməryəm ətrafındakı döyüşün nəticələri Qafqaz İslam Ordusu komandanlığında ciddi təhlil olundu. Vəziyyətlə daha yaxından tanış olmaq, qüvvələri yenidən qruplaşdırmaq, mövcud imkanları bütünlüklə səfərbər etmək üçün Qafqaz İslam Ordusu komandanı Nuru paşa, Müsəlman korpusu komandanı Əliağa Şıxlinski, 5-ci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü bəy cəbhə xəttinə yola düşdülər. Göyçaya gələn Nuru paşa, təkcə hərbiçilərlə deyil, yerli əhalinin nümayəndələri ilə də görüşdü, onları türk-Azərbaycan qoşun hissələrinə hərtərəfli yardım göstərməyə çağırdı. Nuru paşa Göyçay əhalisinə müraciətində deyirdi: "Azərbaycanı və azərbaycanlıları düşməndən qurtarmaq üçün Osmanlı ordusu məmləkətinizə gəldi. Bu orduya canla-başla yardım etməyiniz lazımdır. Silahla yardım edilə bilmirsə, heç olmazsa, əsgərlərə ərzaq və su daşıyınız. Bu dəhşətli istidə müharibə edən əsgər və zabitlərdən bir çoxları susuzluqdan ölmüşdür."
    Cəbhədəki vəziyyətlə hərtərəfli tanışlıqdan sonra Nuru paşa şübhə etmirdi ki, ilk uğursuzluğa baxmayaraq türk-Azərbaycan qoşunları mövcud imkanları tam səfərbərliyə almaqla hərbi təşəbbüsü ələ keçirə bilərlər. Ona görə də, Nuru paşa Göyçaya əlavə köməyin göndərilməsinin zəruriliyini istisna etmədən həlledici döyüşə hazırlaşmaq üçün əmr verdi. İyunun 27-nə qədər cəbhə xəttində hazırlıq işləri aparıldı. Qafqaz İslam Ordusu hissələrinin döyüşə hazırlıq üçün həyata keçirdiyi tədbirlər iyunun 26-da bolşevik-daşnak qüvvələrinin kəşfiyyatçılarına məlum oldu. Qırmızı ordu komandanlığında bu məlumat alınan kimi dərhal hücuma keçmək, türk-Azərbaycan qoşun hissələrinin hücumunu qabaqlamaq və bununla da hərbi təşəbbüsü ələ almaq qərara alındı. Bakı Soveti qoşunları iyunun 27-də hücum uğursuz başa çatdı.
    İyunun 28-də cəbhədə nisbi sakitlik hökm sürdü. İyunun 29-da isə səhər tezdən Qafqaz İslam Ordusu hissələrinin böyük uğurla nəticələnən hücumu başlandı. Göyçay ətrafında məğlub olan Bakı Soveti qüvvələri geri çəkilərək şəhərdən 5-6 kilometrlik bir məsafədə qərar  tutdular. İyulun 1-də düşmən əks hücumun heç bir nəticə verməyəcəini yəqin etdikdən sonra geri çəkilməyə başladı.
    Beləliklə, Göycay və Qaraməryəm ətrafında iyunun ortalarından başlamış və iyulun əvvəlinə qədər davam edən döyüşlər Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatdı. Daşnak-bolşevik qüvvələri Ağsuya tərəf sıxışdırıldı. Bolşevik qüvvəlri bu döyüşlərdən sonra bir daha hərbi təşəbbüsü ələ ala bilmədilər. Döyüşlərə uğursuzluqla başlayan Qafqaz İslam Ordusu hissələri və əməliyyatlara qoşulan Azərbaycan könüllüləri Göycay ətrafındakı döyüşdən sonra müdafiəni hücumla əvəz etdilər.
    Göyçay ətrafında döyüşlər davam etdiyi vaxt Kür çayı boyunca, Salyan yaxınlığında da bolşevik-daşnak qüvvələri ilə türk-Azərbaycan qoşunları arasında həyacanlı anlar yaşandı. İyulun 2-də daşnak-bolşevik birləşmələrinin əsgər və silah baxımından üstünlüklərinə baxmayaraq türk-Azərbaycan qoşun birləşmələri onları geri çəkilməyə məcbur etdilər.
    Qafqaz İslam Ordusunun əldə etdiyi uğurlar və onun Bakıya doğru irəliləməsi bölgədə marağı olan Sovet Rusiyasını, İngiltərəni, Almaniyanı ciddi narahat edirdi. Sovet Rusiyası Bakı Sovetinə hərtərəfli maliyyə və hərbi yardım göstərməklə Bakı neftini qoruyub saxlamağa çalışırdı. İngiltərə də İranda olan qoşun hissələri vasitəsilə Bakıya müdaxilə etmək və çıxarılan neftə ortaq olmaq istəyirdi. Almanların da Bakı ilə bağlı öz planları var idi. Almaniya həm Osmanlıya, həm də Sovet Rusiyasına təzyiq göstərməklə Bakı neftindən pay almaq istəyirdi. Almanlar hər vasitə ilə Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini dayandırmağa cəhd göstərirdi. Əks təqdirdə onlar türk ordusunda çalışan alman zabitlərini geri cağıracaqları ilə hədələyirdilər. Almaniya Osmanlıya diplomatik təzyiqi də gücləndirirdi. Bu təzyiq almanların Qafqaz İslam Ordusunun tərkibinə bir alman hissəsinin daxil edilməsi təklifinə rədd cavabı verildikdən sonra daha da artdı. Osmanlıya qarşı onun müttəfiqi Almaniya tərəfindən təzyiqlər elə bir xarakter aldı ki, Ənvər paşa Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini açıq şəkildə müdafiə edə bilmirdi. Onun bütün yazışmaları almanların nəzarəti altında olduğu üçün rəsmi əmrlərində Bakıya doğru hücumların dayandırılmasını tələb edirdi. Əslində isə, Qafqaz İslam Ordusunun Bakı yürüşü ilə bağlı zəruri göstərişlərini gizli yolla Nuru paşaya çatdıran Ənvər paşa Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini dayandırmaq istəmirdi.
    İyulun 5-də türk-Azərbaycan qoşun birləşmələri Ağsu istiqamətində yürüşə başladı və iyulun 6-da Ağsu azad edildi. Yürüş davam etdirildi. İyulun 10-da Kürdəmir bolşevik-daşnak qüvvələrindən təmizləndi.
    Şamaxının azad edilməsi Qafqaz İslam Ordusunun əldə etdiyi ən əhəmiyyətli uğurlarından biri oldu. 1918-ci ilin iyulun 19-da Mürsəl paşa Şərq cəbhəsi komandanı kimi Şamaxı üzərinə hücum əmrini imzaladı. Döyüşün nəticələri Qafqaz İslam Ordusunun komandanı Nuru paşanı razı salmamışdı. Nuru paşa yazırdı: "Şamaxı ətrafındakı hərəkatın nəticəsi məni məmnun etməmişdir. Çünki, mən düşmənin əsarət və imhası və dolaysı ilə Bakıya çəkilməkdə müvəffəq olmamasını istəyirdim. Bolşevik qüvvələrinin, ümumən, sağ-salamat geri çəkilməsi, onların Bakı ətrafında cəmləşməsi Bakının müdafiəsinin möhkəmləndirilməsi ilə nəticələnə bilərdi". İyulun 20-si döyüşlər davam etdirildi. Gün ərzində gedən döyüşlərdə Şamaxı düşmən qüvvələrindən azad edilərək türk-Azərbaycan birləşmələrinin əlinə keçdi. Bakı Soveti qüvvələri iyulun 22-də Şamaxı uğrunda yeni bir cəhd göstərsələr də, bu bir nəticə vermədi.
    Qırmızı ordu hissələrindəki böhran Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qurumunu dağılma həddinə çatdırmışdı. Bu bolşevik qurumunu və onu təmsil edənləri məhv olmaqdan, yalnız cəbhədə Qafqaz İslam Ordusu hissələrinin qarşısının alınması xilas edə bilərdi. Yaxınlaşan süqutdan xilas olmaq üçün əsas ümid isə Sovet Rusiyasından gələn köməyə bağlanırdı. Leninin göstərişi ilə Petrovun komandanlığı altında 780 nəfərlik yaxşı silahlanmış Sovet qoşun dəstəsi Ukrayna cəbhəsindən Bakıya göndərildi. İyulun 19-da öz dəstəsi ilə Bakıya gələn Petrov Bakı rayonunun hərbi komissarı təyin edildi. Şaumyan yaxşı başa düşürdü ki, təkcə Petrovun dəstəsi ilə Qafqaz İslam Ordusunun Bakı üzərinə başlanan yürüşünün qarşısını almaq mümkün deyildir. Bu məqsədlə Bakı Soveti qurumu Bakı əhalisinə müraciətlər edir, qeyri-azərbaycanlı əhalidə millətçi-şovinist hissləri qıcıqlandırmaqla bolşevik-daşnak cəbhəsinə əlavə qüvvələrin cəlb olunmasına cəhdlər göstərirdi.
    Qafqaz İslam Ordusu hissələri Bakıya yaxınlaşdıqca Bakı komissarlarının ətrafına toplaşmış siyasi qüvvələr arasında parçalanma baş verirdi. Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayan bu qurum Bakının azad ediləcəyi təqdirdə törətdikləri faciələrə, qanunsuzluqlara görə cavab verməli olacaqlarını dərk edərək vəziyyətdən çıxış yolu axtarır və bunu ingilis qoşunlarının Bakıya gətirilməsində görürdülər. Uzun müddət Bakı Sovetinin təmsilçiləri olan eserlər və daşnaklar güman edirdilər ki, ingilislər Bakıya gəlməklə həm Qafqaz İslam Ordusunun qarşısını alacaq, həm də onların Bakıda mövqelərini möhkəmlədəcəkdir. İyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında bolşeviklər ağır məğlubiyyətə məruz qaldılar. İclasda bolşeviklərin bütün səylərinə baxmayaraq, sağ eserlər, daşnaklar və menşeviklər ingilis qoşunlarının Bakıya dəvət olunması lehinə səs verdilər.
    Düşmən cəbhəsində yaranmış təlaşdan mümkün qədər çox yararlanmaq üçün Nuru paşa iyulun 24-də Mürsəl paşaya göndərdiyi teleqramda iyulun 26-da Bakı üzərinə qəti hücuma başlamağı tövsiyə edirdi. Ancaq Mürsəl paşa Nuru paşaya göndərdiyi məktubunda Bakı üzərinə qəti hücumun başlanması vaxtının dəyişdirilməsini xahiş edirdi. Mürsəl paşaya görə, ordu hissələri üçün zəruri olan silah-sursat onlara çatdırılmamış, dəmiryolu xəttinin sökülməsi, körpülərin partladılması Cənub qrupunun hərəkətini xeyli ləngitmişdir. Bu qrup Bakı ətrafına gəlib çatmadan qətiyyətli və uğurlu hücumu həyata keçirmək mümkün deyildi. Mürsəl paşa Bakı üzərinə hücumun iyulun 28-də həyata keçirilməsini xahiş edirdi.
    İyulun 28-də verilən döyüş əmrinə görə, Şimal qrupu Bakı istiqamətində hücumu davam etdirərək Bakı ətrafına çatmalı idi. İyulun 29-u və 30-da Qafqaz İslam Ordusu hissələrinin Bakıya doğru irəliləməsi davam etdi. Türk-Azərbaycan qoşun birləşmələri Bibiheybət və Xırdalan istiqamətinə gəlib çatdılar. Düşmənin müqaviməti nəticəsiz başa çatırdı.
    Qafqaz İslam Ordusu qüvvələrinin Bakı ətrafında ciddi müqavimətə rast gəlməməsi və milli qüvvələrin Bakıya sürətlə yaxınlaşması qələbəyə ciddi bir inam yaratmışdı. Döyüşlərdə yersiz itgilərə yol verməmək üçün iyulun 31-də Qafqaz İslam Ordusu adından Bakıya nümayəndə heyəti göndərildi. Nümayəndə heyəti şəhər təslim ediləcəyi təqdirdə ermənilərin oradan istədikləri yerə çıxıb getmələri üçün şərait yaradacaqlarına təminat verirdi. Nümayəndə heyətinin apardığı məktuba veriləcək cavab ilə Ənvər paşa şəxsən maraqlanırdı. Ancaq Bakıdakı ermənilər və onların ətrafında toplaşanlar bütün ümidlərini ingilis qoşunlarının Bakıya gəlişinə bağlayır və vəziyyətin onların xeyrinə tamamilə dəyişəcəyinə ümid edirdilər.
    İyulun 30-dan 31-nə keçən gecə bolşeviklər öz hakimiyyətini qoruyub saxlamaq üçün sonuncu dəfə cəhd göstərdilər. Bakı Soveti rəhbərliyi və Daşnaksutyun partiyasının liderləri belə razılığa gəldilər ki, bütün silahlı dəstələrini cəbhəyə yola salsınlar. Lakin nəzərdə tutulan 1300 silahlının əvəzinə, 320 nəfər əsgər və zabit cəbhəyə yola düşdü. Qafqaz İslam Ordusu hissələrinin güclü hücumlarına davam gətirə bilməyən və məğlubiyyətlə barışmalı olan Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. Avqustun 1-də yeni hökumət–"Sentrokaspi" diktaturasının yaradıldığı elan edildi. Bu hökumətin eser, menşevik və ermənilər tərəfindən təşkil edildiyi bildirilsə də, əsas hakimiyyət daşnaksütyun partiyasının əlində idi.
    Avqustun ilk günlərində Qafqaz İslam Ordusu qüvvələrinin Bakı üzərinə yürüşü davam etdirildi. Avqustun 3-də Xırdalanla Biləcəri arasında Qafqaz İslam Ordusu qüvvələri ilə "Sentrokaspi" qoşunları arasında döyüşlər yenidən başladı. Bu döyüşlər milli qüvvələrin qələbəsi ilə başa çatdı. Avqustun 3-də Şərq cəbhəsi komandanı Mürsəl paşa yenidən şəhərdəki qüvvələrə şəhərin təslim edilməsi haqqında məktub göndərdi. Lakin Erməni Milli Şurasının və Daşnaksütyun partiyasının liderləri məktuba cavab verməyərək Qafqaz İslam Ordusu qoşunlarına qarşı mübarizəni davam etdirməyi qərara aldılar.
    Avqustun 4-də polkovnik Stoksun rəhbərliyi altında Ənzəlidəki ingilis qoşunlarının kiçik bir dəstəsi Bakıya gəldi. Alınan hərbi yardım "Sentrokaspi" diktaturasının liderlərində ümidverici bir əhval ruhiyyə yaratdı. Heç şübhəsiz ki, ingilislərin "Sentrokaspi" qüvvələrinə köməyə gəlməsi daşnak ordusunun fəaliyyətində bir canlanma yaratdı. "Sentrokaspi" rəhbərliyi Bakıda təbliğat apararaq hamını inandırmağa çalışırdı ki, guya qısa bir vaxtda ingilislər türk ordusuna qarşı 30 minlik ordu göndərəcəklər.
    Bakı üzərinə hücumun Şimal qrupu tərəfindən icra edilməsi nəzərdə tutulmuşdu. Cənub qrupu isə daha çox yardımçı rol oynamalı idi. Bakı üzərinə qətiyyətli hücum avqustun 5-nə təyin edildi. Səhər saatlarında başlayan döyüşlərdə Qafqaz İslam Ordusu hissələri hərbi təşəbbüsü ələ aldılar. Onların üstünlüyü bütün cəbhə boyu hiss edilməkdə idi. İlk zərbədən sonra "Sentrokaspi" qoşunları geri çəkilməyə başladı. Bayıl ətrafındakı yüksəkliklər, Qurd qapısı təpəlikləri boyunca uzanan müdafiə xətti Qafqaz İslam Ordusu qüvvələrinin əlinə keçdi. Lakin düşmənin müdafiə xəttinin ləğv edilməsinə və ikinci müdafiə xəttinə yaxınlaşmasına baxmayaraq, kifayət qəd+ağlı Qafqaz İslam Ordusunun ikinci hücumuna mane ola bilmədi. Üç tərəfdən mühasirəyə alınan Bakı artıq qurudan yardım almırdı. Yalnız ordunun ehtiyacını ödəmək üçün Ənzəli və Lənkərandan dəniz yolu ilə "Sentrokaspi" diktaturasına yardım gəlirdi. 25 avqusta qədər iki tərəf arasında top və pulemyot atəşləri açılır, bəzən isə mövqe döyüşləri baş verirdi. Qafqaz İslam Ordusu komandanlığı Abşeron yarımadasının Şərq və Şimalında yerləşən müsəlman kəndlərində könüllü qüvvələr təşkil etməyə, Sabunçu, Balaxanı və Binəqədi tərəfdən yeni cəbhələr təşkil edib Bakının mühasirəsini daraltmağa başladı. Avqustun 25-də Qafqaz İslam Ordusunun Bakı üzərinə ikinci hücumunu uğurla başa çatdırmaq və şəhəri azad etmək məqsədilə Nuru paşa polkovnik Süleyman İzzət bəyin komandanlığında olan 15-ci diviziyanı Qafqaz İslam Ordusunun tabeliyinə keçirtdi. Beləliklə, ikinci Bakı hücumu ərəfəsində 5-ci Qafqaz diviziyasına Mürsəl paşa, 15-ci piyada diviziyasına Süleyman İzzət bəy, Cənub qrupu birliklərinə isə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Maştağa və Höküməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakının həndəvərinə yaxınlaşdı. Sentyabrın 14-də axşam saat 2030-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatırdı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi.
    Sentyabrın 15-də döyüşlər səhər saat 530-da başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi. Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən "Sentrokaspi" rəhbərliyi danışıqlara başlamağı qərara aldı. Saat 1030-da "Sentrokaspi" ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Beşinci diviziyanın qərargahına danışıqlara gələn "Sentrokaspi" rəhbərliyinə aşağıdakı şərtlər diqtə edildi:
    1. Şəhərin qeyd-şərtsiz təslim edilməsi; 2. Şəhərdəki düşmən qüvvələrin təslim edilməsi; 3. top və silahların, binaların və digər obyektlərin təslim edilməsi; 4. Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin azad edilməsi; 5. Silah anbarlarının, ərzağın, avtomobillərin, yük maşınlarının, zirehli avtomobillərin, təyyarələrin və digər hərbi mülkiyyətin təslim edilməsi.
    Bu şərtlərin qəbul edilməsi ilə yanaşı əhalini sakitliyə, onların həyatları vºğlı Qafqaz İslam Ordusunun ikinci hücumuna mane ola bilmədi. Üç tərəfdən mühasirəyə alınan Bakı artıq qurudan yardım almırdı. Yalnız ordunun ehtiyacını ödəmək üçün Ənzəli və Lənkərandan dəniz yolu ilə "Sentrokaspi" diktaturasına yardım gəlirdi. 25 avqusta qədər iki tərəf arasında top və pulemyot atəşləri açılır, bəzən isə mövqe döyüşləri baş verirdi. Qafqaz İslam Ordusu komandanlığı Abşeron yarımadasının Şərq və Şimalında yerləşən müsəlman kəndlərində könüllü qüvvələr təşkil etməyə, Sabunçu, Balaxanı və Binəqədi tərəfdən yeni cəbhələr təşkil edib Bakının mühasirəsini daraltmağa başladı. Avqustun 25-də Qafqaz İslam Ordusunun Bakı üzərinə ikinci hücumunu uğurla başa çatdırmaq və şəhəri azad etmək məqsədilə Nuru paşa polkovnik Süleyman İzzət bəyin komandanlığında olan 15-ci diviziyanı Qafqaz İslam Ordusunun tabeliyinə keçirtdi. Beləliklə, ikinci Bakı hücumu ərəfəsində 5-ci Qafqaz diviziyasına Mürsəl paşa, 15-ci piyada diviziyasına Süleyman İzzət bəy, Cənub qrupu birliklərinə isə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Maştağa və Höküməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakının həndəvərinə yaxınlaşdı. Sentyabrın 14-də axşam saat 2030-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatırdı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi.
    Sentyabrın 15-də döyüşlər səhər saat 530-da başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi. Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən "Sentrokaspi" rəhbərliyi danışıqlara başlamağı qərara aldı. Saat 1030-da "Sentrokaspi" ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Beşinci diviziyanın qərargahına danışıqlara gələn "Sentrokaspi" rəhbərliyinə aşağıdakı şərtlər diqtə edildi:
    1. Şəhərin qeyd-şərtsiz təslim edilməsi; 2. Şəhərdəki düşmən qüvvələrin təslim edilməsi; 3. top və silahların, binaların və digər obyektlərin təslim edilməsi; 4. Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin azad edilməsi; 5. Silah anbarlarının, ərzağın, avtomobillərin, yük maşınlarının, zirehli avtomobillərin, təyyarələrin və digər hərbi mülkiyyətin təslim edilməsi.
    Bu şərtlərin qəbul edilməsi ilə yanaşı əhalini sakitliyə, onların həyatları və mallarının təhlükəsizliyi üçün xüsusi bəyanat hazırlanaraq "Sentrokaspi" nümayəndə heyətinə verildi.
    Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürüldü.
    Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-nə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1130-a qədər şəhid vermişdir. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdir. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri kifayət qədər idi.
    Beləliklə, sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru paşa Bakının ələ keçirilməsilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin. Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb oldu. O, Şərq Ordular qrupu komandanı Xəlil paşaya göndərdiyi teleqramda deyirdi: "Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm". Ənvər paşa Nuru paşaya göndərdiyi teleqramda yazırdı: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithiaf edirəm". Bu tarixi günü və hadisəni M.Ə.Rəsulzadə belə dəyərləndirirdi: "15 sentyabr Azərbaycan xalqının tarixində 28 mayıs qədər böyük dəyərə malikdir. Əgər 28 mayda Cümhuriyyətin istiqlalı bütün dünyaya elan edilmişdisə, 15 sentyabrda bu istiqlal real bir təməl üzərində qurulmuş oldu. 15 sentyabrda Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi ilə başla bədən birləşmiş oldu. Bakı baş, bədən isə Azərbaycandır".
    Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru paşaya yazırdı: "Cəsur türk əsgərlərinin Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır".
    Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldı. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə iki mərtəbəli böyük malikanəsini  (indiki Azərbaycan Tarix muzeyi) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən Tağıyev sözünə sahib çıxdı. O öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi.
    Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirtdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə  başladı…  
    1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Həmin abidənin tikintisi, nəinki dayandırıldı, hətta türk və türkçülük sözü rəsmi yasağa çevrildi. Yalnız 90-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar görünməyə başladı. Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq 1999-cu ildə onun şərəfinə Şəhidlər Xiyabanında möhtəşəm bir abidə ucaldıldı. Bu gün hər bir azərbaycanlı Şəhidlər Xiyabanını ziyarət edərkən Azərbaycanın istiqlalı yolunda şəhid olan türk və azərbaycanlı əsgər və zabitlərinin ruhuna dualar oxuyur və deyir: "Qəbriniz nurla dolsun. Allah sizə rəhmət eləsin"!   
        

    Anar İsgəndərov
    tarix elmləri doktoru, professor

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 809
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30