Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Prezidentə “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatı təqdim olunub
    Prezident İlham Əliyev bu gün Serbiya Olimpiya Komitəsinin sədri, “Ana və Vlade Divats Fondu”nun təsisçisi Vlade Divatsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında möhkəm tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayan prezident İlham Əliyev Serbiya prezidenti Boris Tadiçin Azərbaycana, özünün isə Serbiyaya səfərini məmnunluqla xatırlayaraq əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında idman sahəsində də əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib. Ölkəmizə ilk dəfə səfər etməsindən məmnunluğunu bildirən Vlade Divats təmsil etdiyi region üçün Azərbaycanın gördüyü işlərə görə şəxsən prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, Azərbaycan ilə Serbiya arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

    Sonra Vlade Divats Azərbaycan və Serbiya, həmçinin Balkan ölkələri arasında çoxşaxəli əlaqələrin inkişafına verdiyi dəyərli töhfələrə, Azərbaycan və Balkan xalqlarının yaxınlaşmasında xüsusi xidmətlərinə, Belqraddakı “Taşmaydan” və “Bayraklı” parklarının yenidən qurulması və abadlaşdırması, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsinin ucaldılması, Novi Sad şəhərində “Müqəddəs Petaka” kilsəsinin tikintisi, Novi Pazar şəhərində mədəniyyət evinin yenidən qurulması, Sarayevo şəhərində “Bakı” küçəsinin və “Dostluq parkının” yenidən qurulması və abadlaşdırılması, Belqraddakı Körpələri, Uşaqları və Gəncləri Müdafiə Mərkəzinin Analar və Uşaqlar Ambulatoriyasına, həmçinin Voyvodina bölgəsində məskunlaşmış qaçqınlara humanitar yardımın göstərilməsi, Monteneqronun Virpazar bölgəsində daşqından əziyyət çəkən insanların humanitar yardımla təmin edilməsi, tanınmış serbiyalı yazıçı Milorad Paviçin “Xəzərlərin lüğəti” kitabının Azərbaycan dilində çap olunmasına hərtərəfli dəstəyin göstərilməsi, dünya şöhrətli serbiyalı alim Nikola Teslanın Bakıda abidəsinin ucaldılması qərarının verilməsi, nümunə ola biləcək müxtəlif mədəniyyətlərin yaxınlaşması, humanizm, xeyriyyəçilik və dini tolerantlığın möhkəmləndirilməsinə töhfələrinə görə Azərbaycan prezidenti İlham Əliyevin “Ana və Vlade Divats Fondu”nun “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatına layiq görüldüyünü deyib və mükafatı dövlət başçısına təqdim etdi. Mükafata görə təşəkkürünü bildirən dövlət başçısı bunu Azərbaycan-Serbiya dostluq münasibətlərinin nümunəsi kimi dəyərləndirib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 389
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30