Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Politoloq: Bu gün İrandan Azərbaycana qarşı artan təzyiqlərin arxasında ermənilər durur
    “Bu gün ermənilər bütün arenalarda Dağlıq Qarabağ münaqişəsinin yarandığı ilk gündəki prosesləri ört-basdır etməklə məşğuldurlar”. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün keçirdiyi “Qarabağ saatı”nda Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, ermənilər 1988-ci il 22 fevral hadisələrinin üstündən keçməklə bu günkü niyyətlərinə bəraət qazandırmaq istəyirlər. “Bu gün ermənilər iddia edirlər ki, münaqişənin başlanmasına səbəb 1988-ci il 26 fevralda olan Sumqayıt hadisələridir. Lakin ondan 4 gün əvvəl Əsgəranda etnik zəmində ermənilər tərəfindən azərbaycanlılar qətlə yetirildi və bununla Qarabağ məsələsi qabarmağa başladı.

    Bundan başqa ermənilər digər bir hadisəni də ört-basdır etməyə çalışırlar: 1988-ci ildə münaqişəni qıcıqlandıracaq faktlardan biri Ermənistan SSRİ Ali Sovetinin Qarabağın Azərbaycan SSRİ-dən alınıb Ermənistana verilməsi ilə bağlı çıxardığı qərardır. Deməli, o dövrdə Dağlıq Qarabağın müstəqilliyindən söhbət getməyib. Amma bu gün onlar qondarma “Dağlıq Qarabağ Respublikası” yaratmaqla guya ora müstəqillik iddia edirlər. Əsl niyyətlərini yenə beynəlxalq aləmdən gizlədirlər”-deyə M.Əhmədoğlu vurğulayıb. Politoloq həmçinin bildirib ki, bu gün İrandan Azərbaycana qarşı artan təzyiqlərin arxasında ermənilər durur. “Son illər Azərbaycan Prezidentinin rəhbərliyi altında işğal olunmuş torpaqlarımızın qaytarılması istiqamətində beynəlxalq aləmdə ermənilərə qarşı haqlı təzyiqlər artır. Ermənilər artıq bunu hiss edirlər və bərk narahatdırlar. Ona görə də onlar bunun əvəzində həm rəsmi, həm də qeyri-rəsmi müttəfiqləri olan İranın Azərbaycanla tarixi problemlərini qabardıb Tehranı Bakının üstünə qızışdırırlar. Bu artıq faktdır”-deyə o bildirib. M.Əhmədoğlu İranın Ermənistanla rəsmi və qeyri-rəsmi əlaqələrinə də toxunub. O, qeyd edib ki, bu gün İranın Ermənistanla kifayət qədər rəsmi siyasi, iqtisadi və mədəni əlaqələrindən savayı qeyri-rəsmi münasibətləri də inkişaf etməkdədir. “Bu da daha çox Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri vasitəsilə aparılır. Bura qanunsuz qaçaqmalçılıq, narkotik ticarəti, çirkli pulların transferi və sair daxildir. Eyni zamanda məhz buna görə də İran Dağlıq Qarabağ münaqişəsinin həllinin əleyhinədir. Çünki işğal olunmuş torpaqlar qayıtdıqda bölgədə coğrafiya dəyişəcək ki, bu da Ermənistan ilə yanaşı, qeyd olunan faktlara görə İrana da sərf etməyəcək”-deyə politoloq əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 394
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30