Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Macarıstanda Xocalı soyqırımına həsr olunan konfrans keçirilib
    Azərbaycanın Macarıstandakı səfirliyi və mərkəzi ofisi Budapeştdə yerləşən Soyqırımı və Kütləvi Qırğının Beynəlxalq Səviyyədə Qarşısının Alınması üzrə Fondun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş “Təcrübədə soyqırımı və kütləvi qırğının qarşısının alınması; Qərbi Balkanlarda və Cənubi Qafqazda beynəlxalq yurisdiksiyanın rolu” adlı beynəlxalq konfrans keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyindən veriblər. Xocalı faciəsi beynəlxalq təşkilatların nümayəndələri və beynəlxalq hüquq üzrə tanınmış ekspertlər tərəfindən müzakirə edilib. Konfransın iştirakçıları arasında Avropa İttifaqının, Yuqoslaviya üzrə beynəlxalq tribunalın rəsmiləri, BMT və ATƏT-in keçmiş səfirləri, ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin başçıları, ictimai-siyasi xadimlər və jurnalistlər olub.

    Konfransı giriş sözü ilə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Fondun direktoru Dyörd Tatar açıblar. Beynəlxalq hüquq üzrə tanınmış mütəxəssis, Macarıstan EA-nın akademiki Həmzə Qaborun moderator olduğu “Cənubi Qafqazda imkanlar və çağırışlar” bölməsində Ferrara Universitetinin professoru Serena Forlatti (İtaliya), Leçestr Universitetinin professoru Pol Behrens (Böyük Britaniya), Azərbaycan Respublikasının insan haqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Azərbaycan Hərbi Prokurorluğunun xüsusi işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov, Xocalı soyqırımının şahidi, jurnalist Səriyyə Müslümqızı çıxış edərək, Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər. Macarıstan xarici işlər nazirinin keçmiş müavini, Korvinus Universitetinin professoru Andre Erdöşün rəhbərliyi altında keçən “Qərbi Balkanlarda və Cənubi Qafqazda beynəlxalq güclərin məsuliyyəti” adlı üçüncü paneldə Avropa Birliyinin təmsilçisi Yonas Yonsson, ATƏT-in Bakı Ofisinin keçmiş rəhbəri, səfir Aleksandr Kornelisson (Niderland), Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri Anar İmanovun çıxışları dinlənilib. Müzakirələrdə Macarıstan ombudsmanı Mate Sabo, habelə Macarıstan parlamentinin, Azərbaycan Milli Məclisinin, Azərbaycan Xarici İşlər Nazirliyinin, İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun xüsusi koordinatoru və bir sıra digər iştirakçılar çıxış ediblər. Beynəlxalq konfrans iştirakçılarına Xocalı soyqırımı barəsində sənədli film nümayiş etdirilib. Soyqırımı və Kütləvi Qırğının Beynəlxalq Miqyasda Qarşısının Alınması Fondunun rəhbəri Dyörd Tatar və səfir Vilayət Quliyev konfransın işinə yekun vurublar.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 460
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30