Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    PEYĞƏMBƏRİN(S) MÜQƏDDƏS MÖVLUDU
    "Həqiqətən sən ən böyük əxlaq sahibisən" (əl-Qələm surəsi, ayə 4)

    Rəbiul-əvvəl ayının 17-si (bəzi rəvayətlərə əsasən 12-si) kainatın əşrəfi, insanlığın baş tacı Həzrət Muhəmməd (s) Peyğəmbərimz dunyaya göz açmışdır. Fil ilində, (570-ci miladi ili) cümə gecəsi əzəmətli Məkkə şəhərində dünyaya göz açan Rəsulullah (s) gəlişilə mələkut aləmini sevincə qərq etdi.

    Həzrətin atası Abdullah, anası isə Amənə Vəhəb qızıdır. Mövludun yeddinci günü, adqoyma mərasimində babası Əbdülmüttəlib qonaqlıq süfrəsindən sonra onun adını Muhəmməd qoydu. Ondan uşağa bu adı qoymasının səbəbini soruşduqda, o cənab dedi: "İstəyirəm dünyada bəyənilmiş şəxs olsun"."
    Qeyd edək ki.Muhəmməd ərəb dilində bəyənilmiş deməkdir. Həmin dövlərdə bu ad ərəblərdə az rast gəlinən adlardan idi. Əlbəttə, Həzrət Rəsulun (s) başqa peyğəmbərlər kimi müxtəlif adlarla da (Əhməd, Mustafa, Taha, Yasin və s. kimi) tanınmışdır.
    Əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) doğumu ərəfəsində Ərəbistan yarımadasında həyatın mənası, yaradılışın məqsədi sanki yox dərəcəsində idi. İlahi dəvəti qəbul etmiş həsrətli və müntəzir ruhlar, cəhalətin qara buludlarını yarıb gəlməkdə olan bir "mücdə verənin" - aləmləri Uca Allahın həqiqət nuruna bürüyəcək şəxsin intizarında idilər.
    Bəli, belə bir zülm və zülmət dövründə kainat üfüqündən bir günəş doğdu. Bu günəş sonuncu Peyğəmbər - Hz. Muhəmməd (s) idi. Tarixin seyrini, həyatın axarını dəyişən bu bənzərsiz hadisə, dünyanı Qiyamətədək işıqlandıracaq bir İlahi nura qərq etdi.
    Bəşəriyyətin düşüncəsində həmişə böyük bir naranatçılıq yaradan, "Mən kiməm, haradayam haradan gəlmişəm, hara gedəcəyəm?" sualını birdəfəlik həll edib cavablandıran, aləmlərin Sahibini isbat edib tanıtdıran bir şəxsin dünyaya təşrif buyurması yalnız insanların ruhunda və qəlbində deyil, digər varlıqlarda, hətta cansız əşyalarda belə əks olundu. Bəli, o, hər cür küfrün, zülmün, şirkin və hər cür batil inanc və adətlərin parçalanıb yox olması, imanın, nurun və kainatın hidayət nuru ilə işıqlandırması üçün göndərilmiş bir peyğəmbər idi.
    Şərqdən qərbə bütün aləmin nura büründüyü, İlahi rəhmətin təcəlli etdiyi o gecədə bir çox mözücələr və fövqəltəbii hadisələr baş verdi. Həmin gecə Kəbənin içindki cansız bütlərin çoxunun üzü üstə aşdığı müşahidə edildi. Necə ki ayəyi şərifdə buyurulur: "Haqq gəldi (İslam), batil (şirk və küfr) yox oldu çünki batil yoxluğa məhkumdur. (Əl-İsra, ayə 81).
    Bəli həqiqətən də Qurani-Kərimin buyurduğu kimi aləmlərə rəhmət gəldi. Hz. Muhəmmədin (s) aləmlərə rəhmət olaraq göndərildiyini ifadə edən ayəi şərifəyə diqqət edək: "Səni də (Ya Rəsulum!) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik". ("Əl-Ənbiya" surəsi, ayə 107)
    Yer üzünün həyat tapmasına səbəb olan yağmur, bir rəhmət olduğu kimi, Hz. Muhəmməd (s) də insanlığın mənəvi həyat tapmasına səbəb olmuş və olmaqda davam edən rəhmət yağmurudur. Heç şübhəsiz insanlığın rəhmətdən bir an uzaq düşməsi zəlalətə və məhvə səbəbdir. Məhz onun gətirdiyi din ilə insan cəmiyyətinin çox hissəsi bütə tapınmaqdan, cəhalətdən, vəhşilikdən, bədəvilikdən xilas olmuşdur.
    Cabir ibn Abdullah rəvayət edir ki, bir gün Peyğəmbərdən (s) soruşdum: "Ya Rəsulallah! Anam-atam sənə fəda olsun, hər şeydən əvvəl Allahın ilk yaratdığı şeyi mənə söyləyin". Peyğəmbər (s) cavabında buyurdu: "Ey Cabir! Hər şeydən əvvəl Allahın ilk yaratdığı şey sənin peyğəmbərinin nurudur. O nur, Allahın qüdrətiylə Onun dilədiyi yerlərdə gəzib dolanırdı. O vaxt hələ heç bir şey yox idi. Nə lövh, nə qələm, nə cənnət, nə cəhənnəm vardı. Nə mələk, nə göy, nə yer, nə günəş, nə ay, nə cin və nə də insan vardı".
    Hədisi-qüdsidə buyurulur: "Uca Allah, "Səni öz nurumdan, digər şeyləri də sənin nurundan yaratdım" -buyurdu."
     
    Danılmaz bir həqiqətdir ki, kainatda ən böyük hadisə kainatın ən möhtərəm məxluqu Peyğəmbərimiz Hz. Muhəmmədin (s) dünyaya təşrif buyurmasıdır. Qeyd olunmağa ən layiqli mövlud da məhz onun mövlududur. Çünki səbəblər zəncirinin Allahdan sonrakı ilk həlqəsi o Həzrətin (s) varlığıdır.
    Həzrət Muhəmməd (s.ə.s.) xilqət ağacının bünövrəsidir desək səhv etmərik. Əgər Uca Allah onun varlığını təqdir etməmiş olsaydı, demək nə mən, nə sən, nə kainat, nə də bizi əhatə edən mövcudat olmayacaqdı. Habelə, imtahan dünyasının qapısı da açılmayacaqdı.
    Yenə Hədisi-qudsidə buyurulduğu kimi: "Sən olmasaydın, Mən fələkləri yaratmazdım" kəlamları bu sirli aləmə gözəl bir işarədir.
    Xaliqi-Subhan ona nəzər yetirmiş və kainatı xəlq etmişdir. Əgər onu yaratmasaydı, kainatı da icad etməyəcəkdi. Bu bir danılmaz həqiqətdir. Bəli, cin və insanlara gətirdiyi Quran həqiqətləri, iman nuru, ruhunun dərinliklərinə kök salmış ali əxlaqı və hər iki dünyanı məftun etmiş kəraməti bu həqiqətə işıqlı birşahiddir.
    Hədisi-qüdsidə büyürulan: "Sən olmasaydın Mən fələkləri yaratmazdım" ifadəsiylə varlıqların Hz. Muhəmməd Peyğəmbərin (s) xatiri üçün yaradıldığı da eyni həqiqətdir.
    Rəsulu-Əkrəmin ruhu və nuru bütün insanlardan, peyğəmbərlərdən, hətta mələklərdən əvvəl var olduğundan o həzrət insanlığın mənəvi atasıdır desək səhv etmərik. Hz. Adəm insanların cismani atası, Hz. Peyğəmbərimiz (s) isə ruhanı atasıdır - deyilə bilər. Necə ki, Özü bu haqda belə buyurmuşdur: "Mən və Əli bu ümmətin atalarıyıq".
    Bəli, əgər kainatdan Hz. Muhəmmədin (s) peyğəmbərliyi götürülsə, kainatın ahəngi pozular. Əgər onun əyani şəkildə yaşayıb və yaşatdığı Quran-Kərim aradan getsə, kainat sanki divanəliyə sürüklənər və tərəqqinin hazırkı həddinə çatmış bəşəriyyət bir anda qeyri-insani həyata yuvarlanacaq, bəlkə də qiyamət qopacaq.
    Əziz İslam Peyğəmbərinin (s) mübarək doğumuna "mövlud" mübarək deyilir və onu bütün qəlbimizlə, ruhumuzla hər il yenidən xatırlayıb qeyd edirik. Allahın əmrlərinə müti olan bütün varlıqlarla - insanlar, cinlər və mələklərlə birgə bu mübarək mövludu böyük məhəbbətlə qarşılayır, onun bu aləmə təşrif gətirməsinə sevinirik.
    Həzrət Peyğəmbərimizin mövlud tarixinə qısaca nəzərsalaq.
    Misir tarixçisi və coğrafiyaçısı Makrizi yazır ki, həzrət Peyğəmbərin (s) doğum gününü İsmaili məzhəbindən olan Fatimilər ilk dəfə Qahirədə mərasim şəklində təşkil etmişlər ki, bu da onuncu yüzilliyin sonu XI əsrin əvvəlinə təsadüf edir.
    Bağdad tarixçisi ibn Cövzinin yazdığına görə XI əsrdə Bağdad yaxınlığındakı Uqbərə qəsəbəsində xalq ilk dəfə Mövlud keçirmişdir. Daha sonra xalq tərəfindən tərtib edilmiş mərasimlərdə Xəlifə və dövlət məmurları da iştirak etməyə başlamışlar.
    Mövlud mərasimlərini sistematik şəklə salan isə səlcuqilərin hökmdarı Əbu Səid Müzəffərəddin Goybari cənabları olmuşdur. O vaxtlar mövlud mərasimi üçün əvvəlcədən hazırlıq görulərdi. Bunun üçün Bağdaddan, Misirdən, Şamdan və başqa yerlərdən olan təfsirçilər, fəqihlər, alimlər Müzəffərəddinin yanında toplanar və mövlud mərasimi haqda məşvərət edərdilər.
    Mövlud gününün tarixi ixtilaflı olduğu üçün Müzəffərəddin Göybari rəsmi mərasimi bir il rəbiül-əvvəlin 12-si, bir il də 17-si keçirərdi. Bu mərasimlərdə çoxlu insanlar iştirak edərdi. Xüsusən sufilərin mərasimlərində əzəmətli süfrələr açılardı. İnsanlara gözəl yeməklər, şirniyyatlar paylanardı. Belə mərasimlərdən insanlar da yüksək ruhi zövq alardılar.
    Qeyd edək ki, mərhum Ayətulla İmam Xumuyni daha qabağa gedərək bu ixtilafı "vəhdət həftəsi" elan etmiş, bununlada məzhəblərin yaxınlaşmasına böyük xidmət göstərmişdir.
    "Mövlud" adlı ilk əsər isə İbn Duhyə Əbul-Xəttab Ömərul-Hafizin Çöybariyə təqdim etdiyi "Kitabül-Tənvir fi-Movludis-Suvaril-Munir"" qəbul edilir. Mərasimlərdə oxunan mövlud mətinləri dörd dəsgah üzərində, dügah, hüseyni, rast və irak məqamında oxunardı.
    Mövlud mərasimlərində öncə Qurani-Kərim tilavət olunar, sonra mövludnamələrdən parçalar oxunardı. Mərasimlərdə bir qayda olaraq şərbət və şəkər paylamaq adət şəklini almışdı. Bəzi yerlərdə gül suyu (gülab) da verilərdi.
     
    Gəlin görək Həzrət Peyğəmbəri (s) hər yada salmaq biz ümmətə nə verir? Nə üçün mövlud mərasimləri keçirilir?
    Qurani-Kərimin buyurduğuna görə insan yaradılışın ən mükəmməlidir. Allah-Təala insanı "əhsənə təqvim"də - gözəl biçimdə yaratmışdır. Allahın Rəsuluna gələndə isə insanların ən mükəmməli və ən üstünüdür. "Həqiqətən sən böyük əxlaqsahibisən" ayəsi buna ən layiqli dəlil və sübutdür. "Ya Peyqəmbər! Həqiqətən, Biz səni (ümmətinə) şahid, mücdə verən və qorxudan olaraq göndərmişik" (əl-Əhzab surəsi, ayə 45) ayələri həzrət Peyğəmbərin Allahın ən sevimli bəndəsi olduğuna bariz nümunədir...
    Peyğəmbərimizin əxlaqı Quran əxlaqıdır. Qurani-Kərim isə bütün hikmət zənginliyi və elmi dərinliyi ilə aramızdadır. Ayrıca, Peyğəmbərimizin mübarək həyatı və Hədisi-şərifləri də bəllidir. Müsəlmanlar tərəfindən yetərincə dəyərləndirilən bu sevgi və hörmət bizə əcdadımızdan qiymətli mirasdır.
    Mövlud tədbirlərinin çox böyük əhəmiyyəti vardır. Mövlud dedikdə, sadəcə Rəsulullahın (s) doğum günü nəzərdə tutulmur
    Mövludda insan oğlunun ən uca dəyərləri olan din və iman var, onlara qarşı böyük və küclu sevgi var, məhəbbət var. Bəşəriyyətin ən uca, ən ülvi inanc və duyğu qaynağı olan Allah-Təala sevgisi, Peyğəmbər və Onun Əhli-beytinin sevgisi var. Ən başlıcası Allah kəlamı olan Qurani-Kərim sevgisi var.
    Həzrəti Muhəmmədin (s) mübarək mövludunda qaranlıqlar içindən parlayan bir nur var, mövizə və nəsihətlərvar. Ruhumuzun qidası olan dualarvar.
    Mövludi-mubarəkdə səmavi kitablarda adları çəkilən: Əhməd, Mahmud, Muhəmmədə (s) - Peyğəmbərlərin Xatəminə ərz halımız var.
    Mövludda iman, duyğu, fikir və zövq ortaqlığı var. Ən nəhayət dünya həyatından bir anlıq ayrılıb özünə dönüş və nəfsi hesabat var.
    Mövludda birlik var. Qardaş və qardaş olma idrakı var. Varlığın bir camaat olma vəhdəti var, Mövludi-mubarəkdə.
    Gətirdiyi əbədi nura, açdığı səadət yollarına və Peyğəmbər sünnəsinə sabitqədəm olmaq və ona yenidən beyətimizi, bağlılığımızı təzələmək nə qədər uca bir şərəf və nə qədər böyük bir səadətdir.


    Hacı Mirəziz Seyidzadə

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 699
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30