Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Fransanın Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyası etibarsızdır”
    Bahar Muradova: “ATƏT PA buna mütləq öz münasibətini bildirməlidir”

    Milli Məclisin vitse- spikeri, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova “KƏLAMİNFO”nun suallarını cavablandırıb.

    - Bahar xanın, ATƏT PA-nın növbəti sessiyasında Xocalı soyqırımı ilə bağlı sənədin müzakirəyə çıxarılacağından söhbət gedir...

    - İnanmıram növbəti sessiyada Xocalı soyqırımı ilə bağlı hansısa sənəd ortaya çıxarılsın. Çünki bunun üçün ATƏT PA-da müəyyən bir prosedur olmalıdır və ondan sonra bu sənəd müzakirəyə çıxarıla bilər. Üstəlik də nəzərə alaq ki, ATƏT PA belə bir sənədi müzakirə etməkdə maraqlı deyil. Biz neçə illərdi ki apardığımız mübarizədə bunun şahidiyik. İndiyə qədər sadəcə dinləmələr təşkil edə bilmişik. Onlardan ancaq yeganə bunun razılığını almışıq. Yəni tərəflərin ziddiyyətli mövqeyi olduğundan Xocalı soyqırımı ilə bağlı sənədlər orada müzakirəyə çıxarıla bilməyib.
    Ümumilikdə bu il ATƏT-ə sədrlik edəcək İrlandiya nümayəndəsi 2012-ci ili münaqişələrin həlli ili kimi bəyan edib. Ona görə də bu ilin ümumilikdə ATƏT regionunda olan münaqişələrin həllinin ciddi müzakirə predmeti olacağını düşünürəm.

    Lakin konkret olaraq Xocalı soyqırımı ilə bağlı hansısa sənədin ATƏT PA-da gündəmə gələcəyini söyləmək mümkün deyil. Onu deməliyəm ki, biz hər il bu məsələni ATƏT PA da gündəmə gətiririk. Ən azı Xocalı hadisəsinin baş verməsi, onun ağır nəticələri və bu günə qədər buna hüquqi qiymət verilməməsi barədə orada dəfələrlə çıxış edirik, avropalı parlamentarilərin diqqətinə çatdırırıq.

    - Xocalı soyqırımı ilə bağlı sənəd bu gün Türkiyə parlamentində gündəmdədir. Necə hesab edirsiniz, bu sənəd Türkiyə parlamentində tanınarsa, Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməsində hansı dəyişikliklərə səbəb olacaq?

    - Türkiyə parlamentinə bu qanun layihəsi artıq bir nəfər millət vəkili tərəfindən təqdim olunub. Hələ ki, qanun layihəsinin müzakirəsini gözləmək lazımdır. Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı ilə bağlı sənədin müzakirə olunması və qəbulu digər müvafiq ölkələrin də bu sənədə münasibət bildirməsinə bir zəmin yaradır. Lakin bu məqamda bir şeyi də əlavə edim ki, buna baxmayaraq, konkret olaraq türk dünyasına aid olan digər ölkələrin də bu prosesə qoşulmasını gözləmirəm. Çünki etiraf edək ki, hazırda həmin ölkələrdə Xocalı soyqırımını tanıma əhval-ruhiyyəsini hiss eləmirik.

    - Əgər Fransada Konstitusiya Şurası Senatın fəaliyyətini davam etdirərək qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəza nəzərdə tutan sənədi təsdiq edərsə, Azərbaycan Milli Məclisində buna cavab olaraq hansısa sənəd qəbul oluna bilərmi?

    - Şəxsən mənim qənaətimə görə, istənilən məsələyə ikili yanaşmanın özü düzgün deyil. Biz əgər Senatın qəbul etdiyi bu qanunu Avropada, bütün dünyada söz azadlığına təhqir kimi qəbul ediriksə, o zaman ona cavab qanun qəbul etməklə biz də məsələyə ikili standartla yanaşmış oluruq. Ona görə də səmimi, axıra qədər bir mövqe də olmaq lazımdır. Bu halda biz nəyəsə nail ola bilərik. Fransa Senatında və ona qədər də digər bir neçə ölkədə bu kimi sənədlərin qəbulunu zərərli hesab ediriksə, belə tendensiyanın davamlı olmağını istəmiriksə, sadəcə, bunun qarşısını almağa çalışmalıyıq. Əks halda biz də onlara qarşı eyni qanun qəbul edəriksə, o zaman hərc-mərclik yaranar. Hesab edirəm belə məsələlərdə ancaq düşünülmüş addımlar atmaq lazımdır, beynəlxalq prinsiplərə, dövlətlərarası münasibətlərə və başlıca olaraq da qəbul olunmuş dəyərlərə üstünlük vermək lazımdır. Məhz bu amillərə zidd qəbul olunmuş sənədlər varsa, onu sübut etmək lazımdır, eyni addım atmaq lazım deyil. Fransızları Senatın səhv addım atmasına inandırmaq lazımdır, Fransa Senatına oxşar addım atmaq lazım deyil.
    Amma bu, Xocalı soyqırımının baş verdiyini təsdiq edən beynəlxalq sənədlərin qəbul olunmasına aid edilə bilməz. Əksinə, biz Ermənistanın Azərbaycana davam edən təcavüzünə qarşı mübarizə ilə yanaşı, Xocalı soyqırımının da beynəlxalq aləmdə tanınması uğrunda mübarizəmizi davam etdirməliyik, ona hüquqi qiymət verilməsinə nail olmalıyıq. Amma bu qiymət verildikdən sonra hansısa bir şəkildə kimsə bunu qəbul edir, yaxud etmir deyə cəza tətbiq olunması yolverilməzdir. Mən buna qarşıyam.

    - Bahar xanım, ATƏT PA-da Qarabağla bağlı müzakirələr hazırda nə yerdədir?

    - Müzakirələrin son durumu ondan ibarətdir ki, son dəfə ötən ilin payızında qurumda münaqişə ilə bağlı dinləmələr təşkil olundu. Dinləmələr məzmununa görə Azərbaycanın ədalətli mövqeyinə daha çox uyğun idi. Burada bir çox ölkənin parlamentariləri münaqişənin həll olunmasını və təcavüzə son qoyulmasını tələb edirdilər. Bu dinləmələrdəki müzakirələr çox maraqlı idi və konkret nəticəsi olmasa da, rəyin, mövqelərin formalaşmasında mühüm rol oynadı. Bunun bu il də davam edəcəyini düşünürəm. Ən azı biz Qarabağ mövzusunun daim ATƏT PA-da müzakirədə olmasına çalışacağıq. Təbii ki, bu dinləmələr yenə təşkil olunsa, o, ATƏT PA-nın sonrakı sessiyalarında, xüsusilə də illik sessiyasında qəbul olunacaq qətnamədə öz əksini tapmalıdır. Bu mənada biz sənədlərin, illik sessiyalarda məruzələrin hazırlanmasında və yekun sənədin qəbulu prosesində ora müvafiq əlavələrin edilməsinə çalışacağıq. Qarşıdakı aylarda bizim ATƏT PA-da əsas işlərimizdən biri bu olacaq.

    - Münaqişənin həllində Fransanın vasitəçilikdən kənarlaşdırılması məsələsi də yəqin ki, ATƏT PA-da planlarınıza daxildir...

    - Əlbəttə, buna münasibət mütləq bildiriləcək. Fransa Konstitusiya Şurasının son olaraq hansı qərar qəbul etməsindən asılı olmayaraq, biz ATƏT PA-da Fransanın Qarabağ münaqişəsinin həlli ilə bağı vasitəçilikdən kənarlaşdırılmasına çalışacağıq. Mən qəti fikirdəyəm ki, istənilən halda əgər Senatı işğalçı Ermənistanın qondarma sənədini qəbul edirsə, Fransanın Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyası etibarsızdır və ATƏT PA buna mütləq öz münasibətini bildirməlidir. Çünki Fransa nəinki ATƏT-in üzvüdür, həm də qurumun Minsk Qrupunun həmsədridir, ona görə də ATƏT PA buna münasibət bildirmək məsuliyyətini daşıyır. Ona görə də biz türkiyəli həmkarlarımızla birlikdə bu məsələni qurumun növbəti sessiyasında gündəmə gətirməyi planlaşdırmışıq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 816
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30