Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Fransadan məsuliyyətsiz qərar
    Yanvarın 23-də Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxardı. Senatda qondarma erməni soqyırımına dair kritik səsvermələrdən birincisi başa çatdı. Senatın Qanunlar Komissiyasının layihənin müzakirəyə çıxarılmamasına dair dəyişiklik təklifi qəbul edilmədi. Bununla da 1915-ci il hadisələri ilə əlaqədar erməni iddialarının rədd edilməsinin cinayət sayılmasını nəzərdə tutan qanun layihəsinin gündəlikdən çıxarılması təklifi rədd edildi. Senatın ümumi yığıncağında keçirilmiş səsvermədə təklifə 86 senator ''bəli'', 167 senator ''xeyr'' dedi. Canlı müzakirələrə 348 senatordan 60-a yaxını qatıldı.

    Qalan senatorlar iclasda iştirak etməsələr də, uzaqdan - internet üzərindən səs verdilər. Senatda müzakirəyə çıxarılan qanun layihəsilə bağlı ikinci və üçüncü dəyişiklik təklifi də rədd edildi.  Nəhayət Fransa Senatı uydurma erməni soyqırımı iddialarının inkarının cəzalandırılmasına dair qanun layihəsini qəbul etdi. 7,5 saatlıq müzakirələrdən sonra keçirilən səsvermədə 86 senator sənədin əleyhinə, 127 senator isə lehinə səs verdi.
    Qanun bundan sonra Prezident Nikola Sarkozinin təsdiqinə göndəriləcək. Sarkozi təsdiqlədikdən sonra qanun qüvvəyə minəcək. Bu sənəddə uydurma erməni soyqırımını inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsi və 45 min avro miqdarında cərimələnməsi nəzərdə tutulur.

    Türkiyə XİN Fransanın “soyqırımı” qərarına etiraz etdi


    Türkiyə Xarici İşlər Nazirliyi Fransa senatında qəbul edilən, qondarma erməni soyqırımını inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanun layihəsinə kəskin reaksiya bildirib. Türkiyə mətbuatının yaydığı məlumata görə, nazirlik bütün platformlarda bu qərara etiraz edəcəklərini açıqlayıb. “Hərtərəfli problemli olan və məsuliyyətsizlik nümayiş etdirən bu qərarı kəskin şəkildə pisləyir və bu qərara reaksiyamızı bütün platformlarda bildirəcəyimizi elan edirik. Qanunun qəbul olunması prosesi başa çatdıqdan sonra daha əvvəl nəzərdə tutduğumuz tədbirləri müvafiq şəkildə sürətlə həyata keçirəcəyimizi də xatırlatmaqda fayda görürük”.
    Baş nazir Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı ilə AKP-nin Baş Qərargahında keçirilən toplantıda Fransaya tətbiq ediləcək sanksiyalar müzakirə edilib. Fransaya yönələn iki mərhələli sanksiyalar arasında əsas müzakirə edilənlər bunlardır:
    - Bütün beynəlxalq hüquqi yollar araşdırılacaq
    - Sanksiyalar müvəqqəti deyil, qalıcı olacaq
    - İlk qərarda qısa müddətə geri çəkilən Türkiyənin Fransadakı səfirinin bu dəfə qalıcı olaraq daha uzun müddətə geri çəkilməsi
    - İsraillə olduğu kimi diplomatik əlaqələrin ən aşağı səviyyəyə endirilməsi
    - Dövlət sifarişlərində fransız firmalarının iştirakının qəti olaraq təmin edilməməsi
    - Türkiyənin Fransadakı hərbi ateşesinin geri çağrılması. Fransanın Ankaradakı hərbi ateşesinin akreditasiyasının ləğv edilməsi
    - Türk hava sahəsinin fransız hərbi təyyarələrinə bağlanması
    - Türk sərhəd sularının fransız hərbi gəmilərinə bağlanması

    Fransa parlamenti Xocalı soyqırımına
    hüquqi qiymət verməlidir


    Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Fransa Senatının uydurma erməni “soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsinə münasibət açıqlayıb. Şöbə müdiri bildirib ki, Fransa Senatının uydurma erməni “soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi Fransanın “Respublika Demokratiyasının” ruhu və mahiyyəti ilə ziddiyyət təşkil edir və bizdə böyük təəssüf hissi doğurur: “Bu qanun nə hüquqi baxımdan, nə də mənəvi baxımdan əsaslandırılması mümkün olmayan, yalnız hakim partiyanın və erməni lobbisinin təsiri altında olan senatorların qərəzli fəaliyyətinin nəticəsi kimi səciyyələndirilə bilər. Qanunun qəbul edilməsi qeyri-mümkün edən arqumentlər kifayət qədərdir. Onlardan yalnız üçünü sadalamaq olar:
    - Birincisi, bu qanun Fransa Konstitusiyası ilə ziddiyyət təşkil etməsi riski böyük olduğuna görə onun Konstitusiya məhkəməsi tərəfindən ləğv edilməsi mümkündür. Aşağıdakı məqamlar bunu bir daha sübut edir:
    1) hakimiyyətlərin bölgüsü prinsipinə ziddir, qanunverici hakimiyyət hakim rolunu oynaya bilməz;
    2) qanunverici orqan özünün bayağılaşdırılmasına gətirib çıxaracaq hər hansı istənilən məsələ ilə bağlı qanun qəbul edə bilməz;
    3) qanunun icrasını təmin edən hakimlər nəyin əsasında cinayət tərkibini müəyyən edəcəklər, iddia edilən soyqırımla bağlı heç bir beynəlxalq jurisprüdensiya yoxdur.
    - İkincisi, bu qanun demokratiya prinsiplərinin və fundamental insan azadlıqları ilə ziddiyyət təşkil edir. İnsan hüquqlarına dair Beynəlxalq Bəyannamənin 19-cu maddəsinə, Avropa insan hüquqları Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq insan öz fikir və düşüncəsini azad şəkildə ifadə etmək hüququna malikdir. Bu hüququn təmin edilməsi Fransa Konstitusiyasında əksini tapıb.
    - Üçüncüsü, qanun elm adamlarının azad şəkildə tədqiqat aparmasına mane olur, onların obyektiv tarixi məlumatları mənbələrdə olduğu kimi təhlil etmək əvəzinə qanunun mahiyyətinə uyğun olaraq susmalarına gətirib çıxaracaq”.
    E.Aslanovun fikrincə, bunun özünü insan hüquqlarının beşiyi hesab edən bir dövlətdə baş verməsi təəssüf hissi doğurur: “Məsələyə rasional yanaşma, Türkiyə tərəfinin təklif etdiyi kimi, onun tarixçilər tərəfindən araşdırılmasını zəruri edir. Lakin erməni tərəfi hər zaman bu ideyadan qaçıb, tarixi sənədləri və faktları arxivdə saxlamağa üstünlük verib.
    Fransa Senatının bu qərarı Cənubi Qafqazda siyasi vəziyyəti daha da gərginləşdirir. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması dialoq və konstruktiv mövqe nümayiş etdirilməsini tələb edir. Azərbaycan qondarma “soyqırım” məsələsində hər zaman Türkiyənin mövqeyini dəstəkləyib və onun yanında olub. Bu, Azərbaycanın prinsipal mövqeyidir, tarixi hadisələrə “siyasi” və “diskriminativ” yanaşma qeyri-məqbuldur. Ermənilər heç də iddia etdikləri kimi “məzlum” xalq deyillər, onlar yaxın tarixdə Xocalıda dinc azərbaycanlıların soyqırımını törədiblər. Fransa parlamenti Xocalı soyqırımına hüquqi qiymət verməlidir”.

    Bu qərar Fransanın
    obyektivliyini şübhə altına alır


    Hadisədən dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Senatının uydurma erməni “soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunla bağlı bəyanat yaydı: “Azərbaycan Respublikası Fransa Senatında 23 yanvar 2012-ci il tarixində “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsinə dərin şəkildə təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir. Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər. 20-ci əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20% torpaqlarının işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu qərarı siyasi məqsədlərinə yönəltməsi, ümumiyyətlə Fransanın obyektivliyini şübhə altına alır. Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının bu addımını bir daha qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır”.

    Fransa üzüsulu vasitəçilik
    missiyasından əl çəkməlidir


    Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bildirib ki, belə bir cəfəng və məsuliyyətsiz qərarın qəbul olunmasına səs verənlərdən və ermənilərdən savayı dünyada kiminsə ona müsbət baxdığına inanmır.  Ə.Əhmədov bildirib ki, Türkiyəyə qarşı olan hər bir addım ya birbaşa, ya da dolayısı yolla Azərbaycana da qarşıdır. Onun sözlərinə görə, qondarma erməni soyqırımı ilə əlaqədar Fransada qəbul olunan qanun isə birbaşa Azərbaycanın maraqlarına toxunur: “Belə bir cəfəng və hüquqi əsası olmayan qanunun ortaya çıxması Fransanın açıq şəkildə özünü Ermənistanın müdafiəçisi kimi təqdim etməsi deməkdir. Ümumiyyətlə, son vaxtlar Fransa liderləri Ermənistanın lobbistləri kimi hərəkət edirlər. Fransa prezidenti Sarkozinin bir neçə ay əvvəl Cənubi Qafqaz dövlətlərinə səfəri zamanı Ermənistanı Fransanın bacısı adlandırması, ardınca isə təşəbbüskarı olduğu cəfəng qanunun Avropa İttifaqı tərəfindən qəbul olunmasını tövsiyə etməsi deyilənlərə əyani sübutdur. Unutmaq lazım deyil ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Minsk qrupunun həmsədri kimi neytral mövqe tutmağa borcludur. Ancaq bunu edə bilmir və ya istəmir. Fransanın açıq şəkildə özünü Ermənistanın maraqlarının lobbiçisi kimi aparması onun öz üzərinə götürdüyü vasitəçilik missiyasına xəyanət etməsi deməkdir. Mövlananın yaxşı bir sözü var: ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Təəssüf ki, çox mühüm vasitəçilik missiyasını üzərinə götürən Fransa nə olduğu kimi görünə, nə də göründüyü kimi ola bilir. Belə olan halda ən ləyaqətli yol o olardı ki, Fransa üzüsulu vasitəçilik missiyasından əl çəkəydi, çünki bu missiyanı yerinə yetirmək üçün mənəvi haqqını itirib. Azərbaycanda Minsk qrupuna inam demək olar ki, qalmayıb. Fransanın məlum hərəkətləri bu qrupa onsuz da tükənən etimadı bütövlükdə heçə endirdi. Azərbaycan vətəndaşları ermənipərəstliyini açıq şəkildə nümayiş etdirən həmsədrdən nə gözləyə bilər?! Hesab edirəm ki, Azərbaycan və Türkiyə qardaşlığı bizim böyük sərvətimizdir və mütləq qorunmalıdır. Bu qardaşlıq bir çox sınaqlardan uğurla çıxıb. Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərini pozmağa çalışanlar az deyil. Belə səylər hər iki dövlətə qarşıdır. Biz birlikdə daha güclü və əzəmətli oluruq. Yenə də Azərbaycan və Türkiyə birlikdə olmalıdır. Azərbaycan həm rəsmi şəkildə, həm də vətəndaş cəmiyyəti vasitəsi ilə Fransaya “erməni soyqırımı”nı kriminallaşdırmaq səyləri ilə əlaqədar etirazını dəfələrlə bildirib. Təbii ki, yaranmış vəziyyət Azərbaycan cəmiyyətinin Fransaya münasibətində əhəmiyyətli soyuqluğa və etimadsızlığa səbəb olacaq”.

    Demokratik dəyərlər siyasi
    ambisiyaya qurban verildi


    Milli Məclisin deputatı Azay Quliyev Senatda “erməni soyqırımı”n inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbulunu Fransa tarixi üçün qara ləkə adlandırıb. Onun fikrincə, prezident Nikola Sarkozi 1789-cu ildən bəri Fransada hökm sürən söz və fikir azadlığını, demokratik dəyərləri öz siyasi ambisiyasına qurban verib: “Bunun başqa adı yoxdur. Çünki, Fransa ictimaiyyətinin də böyük hissəsi, ayrı –ayrı qeyri-hökumət təşkilatları Senatın Konstitusiya Komissiyası və digər çoxluq bunun əleyhinə olsa da, Sarkozinin partiyası Senatda həmin qanunun qəbul edilməsinə nail oldu. Mən bir daha deyirəm, bu bütövlükdə Avropanın, insan hüquqları dəyərlərinə tamamilə ziddir”.
    Bundan sonra atılacaq addımlara gəldikdə, millət vəkilinin fikrincə, iki yol var: “Əvvəla, fransız senatorlar bu qanundan Konstitusiya Məhkəməsinə şikayət edəcəklər. Konstitusiya Məhkəməsində qanunun Fransa Konstitusiyasına uyğun olub-olmamasını vurğulayacaqlar. Mən ümid edirəm ki, qanunun qüvvəyə minməməsi üçün şans var. Əgər bu da alınmasa, ikinci yol qalır. Bu da Avropa İnsan Haqları Məhkəməsidir. Görünən budur ki, Avropa İnsan Haqları Məhkəməsi qanunun keçməsinə tam qarşıdır. Çünki Avropa Birliyinin bununla bağlı mövqeyi var və onlar hesab etmirlər ki, hər hansı bir vətəndaş şahidi olmadığı və əmin olmadığı hər hansı bir faktı qəbul etmədiyinə görə bir il həbs cəzasına məhkum edilsin, bu artıq şəxsiyyətə təhqirdir. Buna görə birinci bu müstəvidə proseslərin sonrakı ssenarisini götür-qoy etməliyik. Amma digər müstəvilər də var. İlk növbədə mən düşünürəm ki, beynəlxalq təşkilatlar, Avropa Şurası və ATƏT kifayət qədər kəskin mövqe bildirməlidir. Bu qanunun beynəlxalq hüquq qanunlarına tamamilə zidd olduğumu ifadə etməldirlər”.
    Millət vəkili düşünür ki, bu həm də Fransanın həmsədr ölkə olaraq ATƏT-in Minsk qrupundakı statusuna və fəaliyyətinə çox ciddi bir zərbə vurdu: “Artıq Fransa heç bir halda deyə bilməz ki, mən neytral vasitəçiyəm, qərəzsiz və obyektivəm. Bizim onsuz da buna şübhəmiz yox idi, amma bu bir daha Fransanın haqqın-ədalətin yox haqsızın, ədalətsizin yanında olduğunu göstərdi. Bu da Fransının həmsədr ölkə olaraq qalması kimi mənəvi bir məsələnin üstündən xətt çəkdi. Ən azından Fransanın mənəvi haqqı qalmadı desin ki, biz Azərbaycan və Ermənistan arasında sülhün və ənin-amanlığın bərpa olmasını istəyirik”.

    Azərbaycan Hüquqşünasları da bəyanat verdi 


    Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbulu ilə bağlı Azərbaycan Hüquqşünaslar Konfederasiyası bəyanat verib. 
    Bəyanatda qeyd edililir ki, Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbulu təməl insan hüquq və azadlıqlarından olan söz və fikir azadlığının məhdudlaşdırılması ilə yanaşı totalitar düşüncənin məhsulu kimi beynəlxalq hüquq prinsiplərinə də ziddir. 
    Bəyanatda bildirilir ki, bu qanun layihəsi İnsan hüquqları haqqında ümumi bəyannamə (19-cu maddə), Avropa İnsan Hüquqları Konvensiyası (10-cu maddə),   Fransa Konstitusiyası və qanunları ilə də ziddiyyət təşkil edir. Senatın bu qərarı  İnsan hüquqları haqqında ümumi bəyannaməsi və  Avropa İnsan Hüquqları Konvensiyasının legitimliyini şübhə altında qoymuş olur.  Bu qanun layihəsinin qəbulu   Fransanın 1789-cu ildə qəbul etdiyi “İnsan və vətəndaş hüquqları” bəyannaməsinin 11-ci maddəsi ilə də ziddir: "Nəzərə alınmalıdır ki, yəhudilərin soyqırıma məruz qalmasını barədə. Nürünberq Beynəlxalq Tribunalının qərarından fərqli olaraq,  iddia edilən erməni  soyqırımla bağlı heç bir beynəlxalq jurisprüdensiya yoxdur. Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbul edilməsi Fransa və vətəndaşlarının beynəlxalq konvensiyalar və müqavilələrlə təminat verilən  ifadə və söz azadlığını məhdudlaşdırır.  Eyni zamanda bu addım Fransa Konstitusiyasında təsbit edilən  azad şəkildə elm araşdırmalar, tədqiqat aparması hüququnu da ciddi şəkildə pozulmasına səbəb olacaq”.
    Konfederasiya  bir daha  Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbulunu qəti şəkildə pisləyir. Siyasi maraqlar əsas götürülməklə  təməl insan hüquq və azadlıqlarından olan söz və fikir azadlığının məhdudlaşdırılması, çağdaş dünyada fundamental insan hüquq və azadlıqlarının müdafiəsi sistemini sarsıdan addım kimi qiymətləndirir".

    Senatorlar arasında imzatoplama kampaniyasına başlanıldı


    Fransa Senatının bir sıra üzvləri qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunla bağlı Konstitusiya Şurasına müraciət edəcək.  Fransa Senatının üzvü Natali Qule bu qanun layihəsinin qəbulunun hər şeydən əvvəl Türkiyə və Azərbaycanla münasibətlərə ciddi zərbə vuracağını bildirib.
    Onun sözlərinə görə, hazırda bir qrup senator Konstitusiya Şurasına müraciət etmək üçün imzatoplama kampaniyasına başlayıb: “Bu qanun layihəsinin qəbulu hər şeydən əvvəl Türkiyə və qorxuram ki həm də Azərbaycanla münasibətlərə ciddi zərbə vuracaq. Bu qanunun qəbulu həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransaya olan etimadı sıfıra endirəcək”.

    Fransa Ankaranı soyuqqanlı olmağa dəvət edir


     
    Bu arada Fransanın xarici işlər naziri Alen Jüppe Senatın qəbul etdiyi qanunla bağlı Türkiyənin sərt etirazlarına cavab olaraq Ankaranı soyuqqanlı olmağa dəvət edib. Alen Jüppe qanunun qəbuluna müsbət yanaşmadığını dilə gətirib, lakin sonra prezident Sarkozinin israrı ilə susmağa üstünlük verib. "Canal plus" telekanalının suallarını cavablandıran Jüppe “Türk dostlarımızı soyuqqanlı olmağa dəvət edir və bu böyük ölkəyə, iqtisadi və siyasi baxımdan böyük gücə dost əlimi uzadıram. Türkiyədə çoxlu fransız şirkəti fəaliyyət göstərir. Türkiyə ilə mühüm ticarət və iqtisadi əlaqələrimiz var. Bizim Türkiyəyə, Türkiyənin isə bizə ehtiyacı var. Mən reallığın duyğulara üstün gələcəyinə inanıram”.
    Xarici işlər naziri kimi bu cür qanunun qəbulunu münasib saymadığını deyən Jüppe bu məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.

    Valeriya Boyer bu addımı ilə fəxr etdiyini söyləyib


    Fransa Senatında qəbul olunan qondarma erməni soyqrımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun müəllifi hakim Xalq Hərəkatı uğrunda Birlik Partiyasının millət vəkili Valeriya Boyer bu addımı ilə fəxr etdiyini söyləyib. Səsvermədən sonra sevinc göz yaşlarını saxlaya bilməyən Boyer qanunvericilik təşəbbüsünün müsbət qarşılanmasından məmnun olduğunu deyib.

    Klinton: “Fransanın yolu ilə getməyəcəyik”


    “ABŞ Fransa kimi qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul etməyəcək”. Dövlət katibi Hillari Klinton Dövlət Departamentinin əməkdaşları ilə keçirdiyi görüşdə belə deyib.
    Hillari Klinton bildirib ki, düşüncə və bəyanata görə cinayət məsuliyyətinin olmaması ABŞ-ın ən güclü tərəfidir: “İnsanlar ABŞ-da nə istəsə, danışa bilər və buna görə bizim ölkədə insanlara heç nə etmirlər. Başqa ölkələrdə, o cümlədən Fransa kimi yaxın dostlarımız və müttəfiqlərimizdə isə başqa standartlar var. Ancaq mən ümid edirəm ki, biz heç vaxt ifadəyə görə cinayət məsuliyyətinin tətbiq edilməsi yolu ilə getməyəcəyik”.
    H.Klinton “erməni soyqırımı”nın tanınması, yaxud tanınmaması ətrafında müzakirələrin isə siyasətçilər deyil, tarixçilər tərəfindən aparılmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, hakimiyyətlərin tarixi mübahisələrlə bağlı qərar verməsi təhlükəli nəticələrə yol aça bilər.

    ABŞ analitikləri: “Fransa obyektiv və ədalətli vasitəçi ola bilməz”


    “Fransa 1915-ci il hadisələrinə dair Senatda qəbul olunan qərara görə Dağlıq Qarabağ məsələsinin həlli prosesində artıq obyektiv və ədalətli vasitəçi ola bilməz”. Bu barədə Vaşinqtondakı Sidar Global Advisors (SGA) analitik qrupunun növbəti xüsusi tədqiqat işində qeyd edilib. “Azərbaycan Fransa Senatında qəbul olunan qərarı pisləyir və bildirir ki, Fransa artıq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edən Minsk Qrupunun həmsədrliyində qala bilməz. Ermənistan prezidenti isə qəbul etdikləri qanun layihəsinə görə Fransa qanunvericilərinə təşəkkür edib”- deyə analitik qrup bildirir.
    SGA analitikləri qeyd edir ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan qəbul olunan sənədi “diskriminasiya xarakterli irqçi layihə” adlandıraraq, onun qəbuluna görə Fransa parlamentini sərt tənqid edib: “Amma Türkiyə siyasətçiləri hələlik cavab tədbirləri görməyə tələsmir, əvəzində Fransa senatorlarından Konstitusiya Məhkəməsinə müraciət etməyi tələb edirlər”.
    Analitiklərin fikrincə, Türkiyənin Fransaya qarşı tətbiq edə biləcəyi çoxlu sayda diplomatik, siyasi və iqtisadi sanksiya var: “Diplomatik münasibətlər müvəqqəti işlər vəkili səviyyəsinə endirilə, Türkiyənin hava və su məkanı Fransa üçün bağlana, təhsil və mədəniyyət sahəsində əlaqələr zəiflədilə, Fransanın 1950-60-cı illərdə Əlcəzair xalqına qarşı soyqırımı törətdiyi Ankara tərəfindən iddia edə bilər”.
    SGA əmindir ki, Fransa-Türkiyə əlaqələrinin zəifləməsindən ən çox ziyan çəkən Türkiyə ilə müdafiə sənayesi sahəsində sərfəli sazişlər imzalayan fransız şirkətləri olacaq. Türkiyənin Fransadan 4 milyard dollar məbləğində uzaq mənzilli raket və raketdən müdafiə sistemləri alacağı gözlənilirdi. Ankara bu ilin yayında bu barədə qərar qəbul etməli idi: “Bunun əvəzində Türkiyənin Avropa Birliyinə daxil olması bir qədər də çətinləşəcək. Türkiyənin NATO əməliyyatlarında həlledici rolunu nəzərə alsaq, onda belə hesab etmək olar ki, gələcəkdə NATO-nun Suriyaya müdaxiləsi də problemli olacaq. Türkiyə və Ermənistan arasında hər hansı yaxınlaşma isə bundan sonra mümkün olmayacaq”.

    Fransadan erməniləri məyus edən xəbər gəldi


    Qanunun Konstitusiya Şurasına (Məhkəməsinə) göndərilməsi üçün lazım olan 60 senatorun imzası toplanıb. Artıq 60 senatorun imzası ilə qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun Konstitusiya Şurasına göndəriləcək.
    Qeyd edək ki, qanunun Konstitusiya Şurasına (Məhkəməsinə) göndərilməsi ilə bağlı senatorların imza toplamasından xəbərdar olduğunu açıqlayan Fransa Konstitusiya Şurası dünən prosesə müdaxilə edib. Konstitusiya Şurası Senata qanunun Fransa prezidentinə göndərilməsinin 3 gün təxirə salınmasını istəyib. Qanunun Konstitusiya Məhkəməsinə göndərilməsi istiqamətində əsas təşəbbüskar Avropa Demokratik və Sosial Birliyik Partiyasının Senatdakı qrupunun rəhbəri Jacques Mezarddır. Avropa Demokratik və Sosial Birliyik Partiyasının Senatda 16 üzvü var. O bildirib ki, imza verənlərin əksəriyyəti hakimiyyətdəki Xalq Hərəkatı Birliyi Partiyasının üzvləridir. Müxalifətdəki Sosialist Partiyasının senatorlarının da bir neçəsi imza verib.
    9 üzvü olan Konstitusiya Şurasının “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun Konstitusiyaya zidd olması barədə qərar çıxarması ehtimalı yüksək dəyərləndirilir.

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 549
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30