Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Fransanın Əlcəzairdə törətdiyi soyqırımı
    Fransa 1830-cu ildə Əlcəzairi işğal etmişdi. 1962-ci ildə Əlcəzair müstəqilliyini qazanana qədər Fransa Əlcəzairi fransızlaşdırmaq üçün bir assimilyasiya prosesi gerçəkləşdirmişdi.
    Məqsəd bir fransız Əlcəzairi yaratmaq idi. 19-cu əsrin sonlarında 1  milyona yaxın fransız Əlcəzairə yerləşdirildi. Bu ölkəyə köçürülən  fransızlar əhəmiyyətli imkanlarla təmin edildi.

    Təbii ki, fransızların bölgəyə köç etməsi əlcəzairlilərin işsizliklə bağlı  çətinliklərini daha da artırdı. Bu vəziyyət Əlcəzairdən Fransaya tərsinə bir köç hərəkəti başlatdı. Fransızlar əslində beləcə istədiklərini əldə etməyə başlamışdı.
    I Dünya Müharibəsində sonra Əlcəzairdə fransız istilasına qarşı milli mübarizə başladı. Bu mübarizənin öndərliyini isə Şeyx Abdullah Ben Badis edirdi. Şeyx Abdullahın bu ifadələri Əlcəzair mübarizəsinin şüarı oldu: “İslam mənim dinim, ərəbcə mənim dilim və Əlcəzair mənim vətənim".
    Şeyx Abdullaha qarşı Fransanın reaksiyası çox sərt oldu. Onu həbs etdilər. Məscidlərdə azan verməsi qadağan edildi. Beləcə fransız işğalçıları bu mübarizəni beşikdə boğmağa çalışdı.
    Amma II Dünya Müharibəsinin başlaması Əlcəzairdə fransız işğalını yavaşıtdı. Fransa əlcəzairliləri müharibədə öz yanında görməyin qarşılığında onlara savaş bitincə azadlıqlarına sahib olacaqları vədi vermişdi.
    Müharibənin sona çatmasının ardından əlcəzairlilər həm döyüşün qalibiyyətini qeyd etmək üçün, həm də azadlıqları üçün əllərindəki bayraqlarla böyük bir nümayiş keçirdilər. Ancaq Fransanın bu nümayişə verdiyi reaksiya insanlıq tarixinin faciəvi günlərindən birini əlcəzairlilərə yaşatdı.
    Fransız ordusu havadan və qurudan bölgəyə hücum təşkil etdi. Bir neçə gün davam edən bu hücum nəticəsində 45 min əlcəzairli həyatını itirdi. Bu qırğın Əlcəzairdə yeni bir zamanı başlatdı. Əlcəzair Qurtuluş Təşkilatı adı ilə ortaya çıxan bir qrup həm siyasi, həm də əsgəri olaraq mübarizəyə qalxdı.
    31 oktyabrda 1954-cü ildə Əlcəzairdə Fransaya qarşı böyük bir qiyam başladıldı.
    Ancaq bu qiyama Fransa geniş diametrli həbslər və əsgəri bir hərəkat ilə cavab verdi. 500 min nəfərlik fransız hərbi hissəsi Əlcəzairə yeridildi. Fransa ələ keçirdiyi müqavimətçilərə qarşı böyük bir işgəncə tətbiq etdi.
    Minlərlə adam mühakimə edilmədən edam olundu. Fransızlar bölgədə qala bilmək üçün hər cür işgəncədən istifadə edirdilər. Bütün bunlar Əlcəzairin Fransaya qarşı müqavimətini artırdı.
    Həmin zamanlarda ölkə xaricində Əlcəzair Respublikasının Keçici Hökuməti quruldu. Bütün bu inkişaflar Fransada da siyasi böhrana səbəb olmağa başladı. Fransanın Əlcəzair xalqının müqavimətinə qarşı edəcək bir şeyi qalmamışdı. Nəhayət Fransa Əlcəzairdə müstəqilliyin yolunu açacaq referendumun keçirilməsini qəbul etdi. Keçirilən referendumda xalqın hamısı müstəqilliyə səs verdi. Beləcə Əlcəzair fransız müstəmləkəsi olmaqdan xilas oldu, müstəqilliyini qazandı. Ancaq 1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirdi.

    Afrikanın ortasında olan ölkə - Ruanda


    Avropalıların müstəmləkəçilik fəaliyyətinin vəhşicə yaşandığı yerlərdən biri də Ruandadır. I Dünya Müharibəsindən sonra Belçikanın payına düşən Raunda təbii qaynaqlar baxımından zəngin bir yer deyildi. Qəhvə istehsalının xaricində əhəmiyyətli bir istehsalı yox idi. Belçikalılar xalqı zorlayıb onlara qədərindən artıq işlər gördürürdülər. Ruanda xalqının 90 faizini Hutu, 9 faizini Tutsi, 1 faizini isə Pigme qəbiləsi təşkil edirdi.
    Bu qəbilələr əsrlərdir bərabərcə yaşayırdılar və aralarında hər hansı bir ayrı-seçkilik yox idi. Buna görə də Belçika Ruandanı asan bir şəkildə idarə etmək üçün bu qəbilələr arasında süni ayrı-seçkilik yaratmağa çalırdı.
    Belçika azlıqda olan Tutsiləri ölkədə imtiyazlı bir mövqeyə gətirərək Hutuların nifrətlərini qazanmalarına səbəb oldu. Belçika müstəmləkə rəhbərliyi Tutsilərin Hutulardan üstün olduqlarını, Hutuların aşağı bir irq olduqlarını müdafiə etdi. Təhsildə Tutsilər prioritetli hala gətirilərkən, Hutular təhsildən uzaq tutulmağa çalışıldı. Bu tətbiqlər nəticə olaraq iki xalqı bir-birindən uzaqlaşdıraraq bir-birinə düşmən halına gətirməyə çatdı.
    I Dünya Müharibəsindən sonra Afrikadakı müstəmləkələr bir-bir azad olarkən növbə Ruandaya da çatdı. 1962-ci ildə Raunda müstəqilliyini elan etdi. Ölkədə keçirilən seçkiləri sayca əksəriyyət təşkil edən Hutular qazandı. Bu isə yaxınlaşan təhlükənin ayaq səsi idi. Hutuların yaratdığı hökumət də Tutsi qəbiləsindən olanları sürgünə məcbur etdi.
    Tutsilərin əksəriyyəti qonşu ölkələrə sığınmaq məcburiyyətində qaldı. Fanatik Hutular digər qəbilələrdən qisas almaq üçün bir fürsət qazanmışdı. Hutu əslli Raunda dövlət başçısının təyyarəsinin 6 aprel 1994-cü il tarixində vurulması qırğının başladılmasına rəvac verdi.  Hutular ölkədə Tutsi ovuna çıxdılar. Bir neçə ay içində 600 min insan qətlə yetirildi.
    Bundan sonra qonşu ölkələrdə təşkilatlanan Tutsilər hücuma keçdi və paytaxta qədər irəlilədilər. O günə qədər qırğına reaksiya verməyən Fransa Hutu hökumətinə əsgəri dəstək verməyə başladı.
    Bu dəstəklə birlikdə qətliama uğrayan Tutsilərin və qarşı tərəfdən Hutulardan ölənlərin sayı ümumilikdə 800 minə qədər yüksəldi. Belçikanın müstəmləkə idarəçiliyini asanlaşdırmaq üçün etdiyi ayrı-seçkiliyin sonu Fransanın da qatqıları ilə belə bir vəhşilik oldu.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 497
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30