Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “İmamzadə” kompleksi
    Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində “İmamzadə” kompleksinin eskiz layihələri ilə tanış oldu. Məlumat verildi ki, kompleksin yerləşdiyi 2 hektardan çox ərazidə indiyədək xeyli iş görülmüşdür. On min kvadratmetrdən çox əraziyə asfalt örtüyü salınmış, 4 min 400 poqonmetr bəzəkli səki daşları döşənmişdir. Hazırda ərazidə uzunluğu 100, eni 15 metr olan sahədə dini ayinlərin icra edilməsi üçün müxtəlif tikililər inşa edilir, müasir işıqlandırma sistemi quraşdırılır. Layihə üzrə nəzərdə tutulan 36 günbəz artıq inşa edilmiş, 5 böyük günbəzin quraşdırılması isə başa çatmaq üzrədir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılan 3 milyon manat vəsait hesabına həyata keçirilən təmir-bərpa və tikinti işləri yüksək keyfiyyətlə icra olunur.



    Bildirildi ki, “İmamzadə”, yaxud “Göy imam” türbəsi VIII əsrə aid tarixi abidədir. Burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunmuşdur. “İmamzadə” türbəsinin tikintisi XIV əsrin sonu-XV əsrin əvvəllərinə təsadüf edir. Ətrafındakı məscid, sərdaba və digər türbələr isə XVII-XVIII əsrlərdə inşa edilmişdir. Bütün bu tikililər əzəmətli dini-tarixi kompleks kimi bu günədək qorunub saxlanmışdır. Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” kompleksi sonuncu dəfə XIX əsrdə bərpa edilmişdir. Buna görə də kompleksdə bərpa işlərinə ehtiyac duyulurdu. Prezident İlham Əliyevin kompleksin bərpası ilə bağlı imzaladığı Sərəncam isə bu baxımdan tarixi əhəmiyyətə malikdir.
    Qeyd edildi ki, orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan bu kompleks Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşmişdir. “İmamzadə” əsrlərdən bəri Azərbaycandan, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilmişdir. Bu dini mərkəz Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir.
    Dövlət başçısı kompleksdə işlərin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 459
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30