Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Türkmənçay müqaviləsi
    Azərbaycanın işğal faktını rəsmiləşdirən sənəd 

    Bu il Azərbaycanı  ikiyə  bölən  məşhur  Türkmənçay müqaviləsinin 184 ili tamam olur. Rusiya ilə İran arasında 1828-ci ildə imzalanan sazişlə faktiki olaraq Azərbaycanın bütün bəlaları başladı, desək yanılmarıq. İranla Rusiya arasında imzalanan Tükmənçay müqaviləsi faktiki olaraq Azərbaycanın işğal faktını rəsmiləşdirmək üçün imzalanıb. Azərbaycan xalqının tarixinə qara ləkə kimi düşən həmin ildə bir millət və bir məmləkət olaraq Azərbaycan ikiyə parçalandı. 1828-ci il fevralın 10-da Türkmənçay kəndində imzalanan müqavilədən ən çox qazanan isə şübhəsiz ki, ermənilər oldu.



    Məhz bu müqavilənin imzalanmasından sonra bədnam qonşularımız özlərinə regionda yer eləməyə başladılar. Müqavilənin 15-ci maddəsində nəzərdə tutulduğu kimi ermənilər Azərbaycanın şimal bölgəsinə köçürüldü. 30 ilə yaxın Çar Rusiyasına qarşı mübarizə aparan İrəvan xanlığının ərazisi və xüsusən İrəvan şəhəri onlara güzəştə gedildi. Bu tarixi ədalətsizlik uzun əsrlər boyu Azərbaycana qarşı yürüdülən siyasətin davamı idi. Ölkənin parçalanması milli həmrəyliyə və xalqın psixologiyasına da böyük  zərbə vurdu.
    Maraq doğuran odur ki, son vaxtlar isə bu bu müqavilə yenidən gündəmə gəlib. Belə ki, İrandan Azərbaycana qarşı çıxışlarda 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin ləğv oluna biləcəyi deyilir. Yayılan məlumatlarda bildirilib ki, İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdinin başçılığı ilə keçirilən mətbuat konfransında İran parlamentinin Urmiyadan seçilmiş deputatı Nadir Qazipur deyib ki, Azərbaycan Respublikası İrana qarşı siyasətində düzəliş etməsə, iranlı deputatlar parlamentdə Türkmənçay müqaviləsini gündəmə çıxaracaq, ona yenidən baxılmasını tələb edəcək: “Əgər Azərbaycan rəsmiləri münafiqlərə sığınacaq versə, Ərdəbil, Təbriz və Urmiyadan seçilmiş azərbaycanlı deputatlar bununla bağlı hazırladıqları birgə layihəni İran parlamentinə təqdim edərək, Türkmənçay müqaviləsinə yenidən baxılmasını tələb edəcək. Əgər qanunlara yenidən baxılsa, Azərbaycan Respublikasının ərazisi İrana aiddir”.
    İran İslami Şurası Məclisində Türkmənçay müqaviləsinin gündəmə çıxarılması ilə bağlı açıqlamanı əksər alimlər əsassız sayırlar. Bu sahə üzrə məşğul olan alimlər və ekspertlər Türkmənçay müqaviləsinin gündəmə çıxarılması və bununla bağlı layihənin hazırlanması kimi açıqlamaları şantaj kimi qarşılayıblar. Bununla bağlı tarixçi alim Musa Qasımlı jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Türkmənçay müqaviləsinin pozulmasına dair söylənənlərin heç bir əsası yoxdur. O, qeyd edib ki, Azərbaycan Respublikasını bütün dünya tanıyıb: “Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərir. Türkmənçay müqaviləsi isə tarixdir. İran Türkmənçay müqaviləsini pozsa da, bundan Azərbaycana bir zərər görmürəm. Çünki Azərbaycan müstəqil dövlət kimi beynəlxalq qurumlarda təmsil olunur”.

    Türkmənçay müqaviləsi
    zor gücünə bağlanıb


    Həmin dövrdə yaranmış vəziyyətə qısa nəzər salaq. Bəlli olduğu kimi, Rusiya imperiyasının Cənubi Qafqazda yürütdüyü işğalçılıq siyasətinə Azərbaycan xanlıqları müqavimət göstərmiş və bəzi hallarda ümummilli maraqlardan çıxış etməyə səy göstərmişlər. Tarixi şərait o zaman Avropa dövlətlərinin müstəmləkə siyasətinə bütöv Asiya və Afrika ölkələrini və xalqlarını tabe etmək siyasətinə çar Rusiyasının aktiv şəkildə qoşulması ilə səciyyələndirilir. Çarlıq Rusiyasının xarici siyasəti isə bəlli olduğu kimi  “Pyotrun vəsiyyəti” deyilən bir vəsiyyətnamə üzərində qurulmuşdu. Pyotr öz vəsiyyətində gələcək Rusiya çarlarına yazırdı ki, dünya ağalığını əldə etmək və Rusiyanı böyük dövlətə çevirmək üçün Rusiya çarlarının paytaxtı İstanbul olmalıdır. O, vəsiyyətdə İstanbulu Konstantinopol kimi yazır: “Buna görə də əvvəlcə Türkiyənin nəfəsini kəsmək, məhv etmək, ondan sonra isə İranın başını kəsmək lazım idi. Sonra isə Hindistana girmək və Hind okeanına – isti sulara çıxmaq”. Bu böyük məramlara yetişmək üçün Qafqazı işğal etmək məsələsi qoyulurdu, buna görə də Rusiya İran və Osmanlı Türkiyəsi ilə xarici siyasətində həmin məramı yerinə yetirmək üçün çalışırdı. Bununla yanaşı, ilkin şərt kimi Qafqazın işğalı, istilası ilə məşğul olmuşdu və istədiyi mərama çatmışdı. Başlıca olaraq, beynəlxalq münasibətlər nisbətində çar Rusiyası əslində Qafqazı İngiltərənin, Osmanlı dövlətinin heç bir müqavimət olmadan ələ keçirib. Çünki İran dövləti Qacarlar sülaləsi zamanında elə bir amil deyildi ki, dirəniş göstərə bilsin. Bir faktor isə Azərbaycan xanlıqlarının mövcudluğu idi: Azərbaycan xanlıqları XVIII yüzilliyin ikinci yarısında bu irəliləyişə dirəniş göstəriblər. Ancaq bu dirəniş istənilən kimi olmayıb və ola da bilməzdi.

    Türkmənçay müqaviləsi


    XIX əsrin əvvəllərində Qafqaz və Xəzər sahili əyalətlər uğrunda İran, Rusiya və Osmanlı arasında rəqabət daha da kəskinləşmişdi. Hakimiyyət uğrunda aramsız savaşlar İranda mərkəzi hakimiyyəti kifayət qədər zəiflətmişdi. Azərbaycanlıların yaşadıqları tarixi torpaqlarda xanlıqlar - yerli dövlətlər yaranmışdı. Onların içərisində ən böyükləri Qarabağ, Quba, Bakı, İrəvan, Şəki, Urmiyə və s. xanlıqları idi. Xanlıqların bir qismi İranın təhdidlərinə cavab olaraq Rusiya ilə yaxınlaşmaq kursu götürmüşdü. Şərqi Avropa, Balkanlar və Qara dənizin şərq sahillərindən sıxışdırılan Osmanlı Türkiyəsi isə Qafqazda möhkəmlənmək istəyirdi. Bir sıra qərb dövlətləri, xüsusən də İngiltərə və Fransanın təzyiqləri altında bir neçə dəfə Rusiya ilə uğursuz müharibə aparan Türkiyə Qafqazda möhkəmlənməklə Xəzər sahili əyalətlərə nəzarət etmək istəyirdi. 1828-1829-cu illər Qafqaz uğrunda Rusiya ilə aparılan müharibə Osmanlı məğlub olur. Rusiya Azərbaycan torpaqları hesabına ərazisini genişləndirənə qədər artıq Avropanın güclü dövlətinə çevrilmişdi. Rusiya çarları öz sələfləri I Pyoturun vəsiyyətlərini yerinə yetirərək, Xəzər dənizi sahillərinə çıxmaq, Qafqazın etnik tərkibini dəyişmək istəyirdilər. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə bu sahədə İranla nisbi razılıq əldə olundu. Naxçıvan və İrəvan xanlıqlarından başqa Azərbaycanın Arazdan şimalda olan bütün torpaqları Rusiyanın nəzarətinə keçdi.  
    İran isə öz mövqelərini qorumaq üçün Rusiyaya yenidən müharibə etdi. Şah qoşunlarını darmadağın edən rus ordusu Arazın cənub hissəsində hərbi əməliyyatlara başladı, Təbriz də daxil olmaqla bir sıra Azərbaycan şəhərləri işğal edildi. Şah indiki İran ərazisində Türkmənçay kəndində sülh müqaviləsi imzalamağa məcbur olur. Bu, Qafqaz uğrunda mübarizədə İran-Rusiya rəqabətinə son qoyan Türkmənçay müqaviləsi idi. Sənəd 1828-ci il fevralın 10-da imzalandı. Bundan sonra bölgədə baş verən proseslərin əksəriyyəti həmin müqavilənin şərtlərindən irəli gəlir.  Sazişin III maddəsində deyilir ki, “İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə Erivan xanlığını və Naxçıvan xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzəştə gedir. Sonrakı maddədə müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır: sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə Araratın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac, yəni 3 1/2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə Yeddibulaq bərəsinədək gedir; burada İran torpaqları Araz çayının yatağı üzrə üç ağaca, yəni 21 Rusiya versti uzanacaqdır: sonra sərhəd Muğan düzü vasitəsilə Bolqarçayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarının birləşməsində üç ağac yəni 21 rus versti aşağıda olan torpaqlara gedir; sərhəd buradan Bolqarçayın sol sahili ilə yuxarı; adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarınadək davam edir, buradan isə Cikoir yüksəkliyinin zirvəsinədək elə davam edir ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya məxsus olacaqdır, İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır. Burada iki dövlət arasındakı sərhəd dağ zirvələrilə müəyyən edilir; qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə doğru enişi Rusiyaya məxsus olmalıdır, o biri yandakı enişi isə İrana məxsusdur. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən, Talışı Ərş dairəsindən ayıran dağlar üzrə Qəmərkühüm zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındakı sahə haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsindən Züvand və Ərş dairələrini ayıran dağ silsiləsi üzrə Velgic dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı çəkilən dağın zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla Züvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət arasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velkic dairəsi sərhədindən Kloputanın zirvəsi və Velkic dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır». Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan mütəffəkiri A.A.Bakıxanov da iştirak etmişlər. Bakıxanov bu tarixi hadisədə tərcüməçi kimi iştirak edib. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıb.


    Azər NURİYEV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 701
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30