Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ən uca, ən ali milli dəyər - üç rəngli bayraq
    Tarixi uzun minilliklərə dayanan, əsası və özülü olan hər bir xalqın, hər bir millətin özünün milli dəyərləri vardır. Baxmayaraq ki, Ermənistan, Fransa kimi bəzi millətlərin milli keyfiyyətli heç nəyi olmadığı kimi heç milli dəyərləri də yoxdur. Milli dəyərlər isə xalqları, millətləri, toplumları digər xalqlardan ayıran ən üstün keyfiyyətlərdir. Milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının da Milli dəyərləri kifayət qədərdir. Dilindən, dinindən, musiqisindən, folklorundan, himnindən, gerbindən, bayrağından tutmuş özünün dünya şöhrətli şəxsiyyətlərinə qədər. Bu mənada xalqımızın Milli dəyərləri haqqında uzun-uzadı və yorulmadan, yormadan, bezdirmədən, bezmədən danışmaq olar.



    Xalqımızın Milli dəyərlərindən biri də heç şübhəsiz, Üç rəngli bayrağımızdır. O bayraq ki, onun rənglərində xalqımızın müstəqillik amalları da, müasirlik ənənələri də, islamçılıq düşüncəsi də özünə yer tapıb. O bayraq ki, onun uğrunda qan tökülüb, can verilib, mübarizə aparılıb. O bayraq ki, onun kölgəsi düşən hər bir qarış torpağı özümüzə vətən bilmişik, onun dalğasında azadlıq arzularımız nümayiş olunur.
    Türkiyəli şair Mithat Cemal Kuntay bir vaxtlar İstiqlal savaşından sonra şərəflə dalğalanan bayrağa həsr etdiyi şerinin aşağıdakı iki misrasını hamımız əzbər bilirik.

    Bayraqları bayraq yapan üstündəki qandır,
    topraq əgər uğrunda ölən varsa vatandır.


    Müəllifini xatırlamadığım bir yazıdan qeyd dəftərçəmə köçürdüyüm aşağıdakı fikirləri elə bu yazımda da istifadə etmək istəyirəm. Müəllif yazır ki, “Torpaq, həqiqətən uğrunda ölən varsa Vətəndir, amma bayrağın üstündəki qan həmişə onu bayraq eləmir. Çox millətlərin qanına boyanmış bayraqları bayraq ola bilməyib, ayaqlar altında tapdanıb və tapdalanmaqdadır. Məsələn, 1 milyon 500 mindən artıq iraqlının qanına boyanmış bayraq bayraq ola bilmir. Belə getsə, heç ola bilməyəcək də. Çünki o bayrağı bayraq etmək üçün təkcə qan kifayət eləmir. Millətin qeyrəti, onların şərəfi, qüruru, bütünlüyü torpağına və Tanrısına sevgisi və özgürlüyü uğrunda son damla qanına qədər savaşması onun bayrağını bayraq edər”.
    Yuxarıdakı abzasdan yola çıxaraq əminlikdə deyə bilərik ki, üç rəngli Azərbaycan bayrağını bayraq edən, bayraq yapan həqiqətən də üstündəki qandır. Çünki Azərbaycan bayrağı minlərlə şəhidimiz azadlıq mübarizəsində axan qanına boyanaraq bayraq olub. Biz bu bayrağın azad səmalarda qürurla, fəxrlə, şərəflə dalğalanması üçün qanımızdan keçmişik.
    28 dekabr 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış dördüncü sessiyasında 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş çıxışında Ali Məclisin Sədri cənab Vasif Talıbov 2012-ci ili Naxçıvan Muxtar Respublikasında Milli Dəyərlər İli elan etdi. Bu gün Azərbaycanın bütün bölgələri ilə müqayisədə Milli dəyərlərə ən çox diqqət ayrılan, milli dəyərlərin təbliğində daha çox işlər görülən bölgə, heç şübhəsiz, Naxçıvan Muxtar Respublikasıdır. 
    Ay ulduzla bəzənən üç rəngli bayrağımıza da Milli dəyərimiz kimi dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir. Hələ 01 sentyabr 2010-cu il tarixdə Bakı şəhərində Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək demişdir ki, “Meydanın yaradılması haqqında sərəncam mənim tərəfimdən 2007-ci il noyabrın 17-də imzalanmışdır. Ondan dərhal sonra bütün işlər başlanmışdır. O gündən iki il sonra, 2009-cu il noyabrın 17-də Azərbaycan Dövlət Bayrağı Günü təsis edilmişdir.
    Bildiyiniz kimi, Azərbaycan bayrağı, bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. Məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır. Hər iki sərəncamın məhz noyabrın 17-də imzalanmasının səbəbi də çox məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin.”
    1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Azərbaycanda dövlət bayrağı kimi qaldırılması, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Naxçıvanda dövlət bayrağı kimi təsdiq edilməsi və o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılması,  bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsinin tələb edilməsi haqqında mərhum jurnalist, Azərbaycan və Naxçıvanın əməkdar jurnalisti Məmməd Məmmədov məqalələrinin birində belə qeyd edirdi:
    “Naxçıvanda ağır və gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdə - 17 noyabr 1990-cı ildə muxtar respublika Ali Məclisinin I sessiyası keçirildi. Xalqımız öz tarixi taleyində oynadığı rola, ilk Azərbaycan Xalq Cümhuriyyətinin başladığı işi çətin və gərgin bir şəraitdə həmin sessiyada davam etdirdiyinə görə ümummilli liderimiz Heydər Əliyevə daim minnətdar olacaqdır....
    ...Sessiyada ilk növbədə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı, onun Naxçıvan Muxtar Respublikası adlandırılması haqqında qərar qəbul edildi.  Naxçıvan MSSR Ali Sovetinin də adı dəyişdirildi. Bundan sonra onun Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması qəbul edildi....
    ...Sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də geniş və ciddi müzakirə olundu. Azərbaycan Demokratik Respublikasının rəmzi olan üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul edilməsi heç də adi məsələ deyildi. Bu ilk növbədə müstəqil dövlətçiliyimizin bərpasına çalışmaq idi. Azərbaycan Xalq Cümhuriyyətinin davam etdirə bilmədiyi müstəqillik amalına böyük öndərin sədaqəti idi. Sessiyada xalq deputatlarının ciddi müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə bağlı bir neçə təklif irəli sürüldü. Birinci o oldu ki, Azərbaycan milli bayrağı Naxçıvan parlamentində qaldırılsın və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında bu bayrağın qəbul etmək məsələsi qoyuldu. İkinci təklif isə ondan ibarət idi ki, Ali Məclis bununla bağlı qərar qəbul edir və respublika parlamenti qarşısında məsələ qaldırır ki, onlar Azərbaycanın dövlət rəmzinə baxsınlar. Möhtərəm Heydər Əliyevin irəli sürdüyü və müdafiə etdiyi təklif isə belə idi: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Demokratik Respublikasının üçrəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edirik və Azərbaycanın ali hakimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında qərar qəbul etsin”. Uzun müzakirələrdən sonra belə razılığa gəlindi ki, dünya şöhrətli siyasətçinin irəli sürdüyü təklifin üzərində dayanılsın. Təklif böyük səs çoxluğu ilə qəbul olundu Ali Məclisin sessiyası geniş müzakirələrdən sonra milli bayraq ilə əlaqədar iki bəndlik qərar qəbul etdi. Birinci bənddə Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi əksini tapdısa, digər bənddə Azərbaycan Respublikasının ali qanunvericilik orqanından xahiş edilirdi “Azərbaycan Respublikasının rəmzləri haqqında məsələyə baxsın və Azərbaycan Respublikasının milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzləri - bayrağı, gerbi, himni qəbul olunsun”.
    Bu gün üçrəngli bayrağımızın dünyada ən yüksək dirəyində dalğalanması, Dövlət Bayrağı Meydanının yaradılması da məhz ümummilli liderimizin bir vaxtlar həyata keçirtdiyi həmin milli rəmzlər islahatının davamı kimi qiymətləndirilməlidir. Qeyd edək ki, Dövlət Bayrağı Meydanında 15 seksiyadan ibarət olan bayraq dirəyinin pyedestaldan hündürlüyü 162 metr, dəniz səviyyəsindən hündürlüyünün isə 192 metrdir. Bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi 350 kiloqramdır və 2450 kvadratmetr sahəni əhatə edir.  2010-cu il mayın 29-da Ginnes Rekordlar Təşkilatı dünyanın ən hündür bayraq dirəyinin Azərbaycan paytaxtında olduğunu elan edib.
    Sevindirici haldır ki, bu gün Naxçıvan Muxtar Respublikasında da Bayraq Meydanı inşa olunur və qarşıdakı aylarda naxçıvanlıların da üz tutacağı bir Bayraq Meydanı olacaq. Bunun özü də muxtar respublikamızda milli dəyərlərə, xüsusilə ən uca, ən ali milli dəyərimiz olan bayrağa olan ehtiramın, hörmətin və sevginin bariz nümunəsidir.
     


    BAYRAĞIM  DALĞALANIR


    Qürurum üç rənglidir, üstündə ay-ulduzu,
    Bayrağım dalğalanır!
    Mənim yer ulduzumu qısqanır göy ulduzu,
    Bayrağım dalğalanır!
    Küləklər sərt əsdikcə sərtləşir külək kimi,
    O Azadlıq rəmzidi—çırpınır ürək kimi.
    Şəst ilə dayanıbdır ən uca dirək kimi—
    Bayrağım dalğalanır!
    Bayrağım ucalan yer vətənlə təndir mənə,
    Vətənlə təndir nədir, elə vətəndir mənə.
    O həyatdır, o ruhdur, candır və təndir mənə…
    Bayrağım dalğalanır!
    Göylüyü göy üzünün sonsuz asimanıdır,
    Qırmızısı torpağa axan şəhid qanıdır.
    Yaşılı inancımdır - İslamın nişanıdır -
    Bayrağım dalğalanır!
    Onun kölgəsi düşən hər yer pirdir, ocaqdır,
    Namusuma beşikdir, qeyrətimə qucaqdır.
    Hər an yüksələcəkdir, daim ucalacaqdır.
    Bayrağım dalğalanır!
    Dalğasında bir səs var  - elə bil ki, əzandır,
    O səs çağırır məni gör bir neçə zamandır.
    O, anadır, vətəndir, candır, Azərbaycandır,
    Bayrağım dalğalanır!
    Dövlətlər arasında ali bir dövlətim var,
    Mən də vətəndaşıyam - nə gözəl qismətim var.
    Üç rəngli bayraq kimi qiymətsiz sərvətim var
    Bayrağım dalğalanır!


    Naxçıvan
    Elxan YURDOĞLU

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 2260
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30