Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Dövlət və din – Biz hər ikisini sevirik...
    Bu günlərdə Modern.az-da Safruh imzalı müəllifin “Dövlət və din – Biz ateizmi sevirik, yoxsa dini?” sərlövhəli yazısını oxudum. Yazı ümumilikdə dinə qarşı mübarizə ruhunda köklənib. Belə qənaətə gəldim ki, müəllif inanclı insan deyil, sadəcə hansısa OCAĞın külü ilə oynayır...  Amma bu OCAĞın külü Bakı küləyinə çox tab gətirməyib. Necə ki, vaxtilə atəşinə toplaşdıqları OCAĞın indi külünü qarışdırmağa belə maşa tapa bilmirlər. Lakin Azərbaycana 14 əsr bundan əvvəl ayaq basan dinin ATƏŞindən ehtiyat edirlər. Hətta bir az da irəli gedərək ölkədə din-dövlət qarşıdurmasının yaşandığını, dinin xalq üzərində “amansız hökümranlığı”nı, xalqın bundan qəzəblənərək narahatçılıq keçirdiyini, məscidlərin əbəs yerə süslənməsini, dini bayramların gərəksizliyi və digər bu kimi iddialarla çıxış edir.

    Mətləbə keçmədən qeyd edim ki, müəllifin gülünc və yersiz iddiaları qarşıdurma yaratmağa cəhd etmək və ən başlısacı da ölkədə mövcud olan nümunəvi din-dövlət münasibətlərindən məlumatsızlığından irəli gəlir. Bu gün dindarların sayının getdikcə artmasında bəzi xoş olmayan məqəmlarla bağlı ictimai fikirdə ciddi və haqlı narahatlıq var. İlk əvvəl biz onu aydınlaşdırmalıyıq ki, din – Azərbaycan insanı üçün hansı mənanı ehtiva edir: din məşğuliyyətdir, yoxsa inanc mənbəyi, əqidə simvolu... Əlbəttə, bu sual son illər Azərbaycanda ibadətlə məşğul olan insanların sayının sürətlə artmasından sonra beyinləri daha çox düşündürməyə başlayıb. Söhbət konkret olaraq dini-mənəvi-psixioloji problemlərdən gedir. O problemlər ki, onu bizə ÖZÜMÜZ vasitəsi ilə yaşadırlar.
    Həyatda təzadlar çoxdur, iki amil isə həlledicidir. Bunlardan biri dindarlıq, ikincisi isə dünyapərəstlikdir. Dindar, İlahi hökmlərinə əməl edən, özü əməl etdiyi kimi digərinə də həmin əməlləri sevdirən və təlim edəndir. Dindar getdikcə tövhid - yeganəlik və füruatlara, yəni dinin kök və budaqlarına əməl edə-edə əxlaq məktəbini həm öyrənir, həm də həyata keçirir. Ruhaniyyətlə yaşayanlar həmişə İslam dəyərlərinə, milli mənəviyyatın qorunmasına xidmət edir, elin adət-ənənəsinə hörmətlə yanaşır, VƏTƏNini, DÖVLƏTini sevir və beləcə də ömrün axırına qədər eyni xətlə hərəkət edir. Xalq arasında qazandığı nüfuz və ehtiramı həmişə qoruyur, ömrünün axırına qədər də onu yaşatmağa çalışır. 
    Əlbəttə, həyatda əqidəli və əqidəsiz insanlar çoxdur. Məsələn, Safruh kimi. Amma unutmayaq ki, istər qadın, istərsə kişi – əqidəli insan heç zaman günah işlərə meyl etmir. Günahların böyük əksəriyyəti isə inamsız və əqidəsiz adamların əməllərinin nəticəsində meydana gəlir.
    İnsan yaxşı və pisi ayırd etmək həddinə yetişdikdə artıq uşaqlıq dövrü başa çatmış olur. O zaman şəxsiyyət olaraq öz vicdanına üz tutur və bununla da aşağıdakı cəhətləri özü üçün müəyyənləşdirir. Doğru danışmağı, ədalət və insaflı olmağı, Vətəni sevməyi, insanlara xidmət göstərməyi və başqa bu kimi bəyənilmiş sifətləri xoşlayaraq həyata keçirir. Bəzi şeyləri ilkin mərhələdə dərk etmək üçün artıq dərs və kitab oxumağa da ehtiyac qalmır.
    Son vaxtlar “təqva”–“müttəqi” sözünü çox işlədirik, mənasını da pəhrizkar kimi veririk. Pəhriz etmək – nəfsə qadağa qoymaq, cismən özünü qorumaq, bədənin sağlamlığının keşiyində durmaq deməkdir. “Müttəqi” sözü isə ruhi xəstəliklərdən qorunub pəhriz etmək deməkdir. Ruhən sağlam olmaq, cismən sağlam olmaqdan çox-çox faydalıdır. İnsan cismən xəstə ola, lakin SAF  RUHu, fikri, düşüncəsi ilə xalqına daha çox fayda verər. Və əksinə, biz cismən çox sağlam adamlar da görmüşük ki, xalqa zərərdən savayı heç nə verməyiblər.
    İslam dini, hansı ki, Safruh dövləti onunla mübarizəyə səsləyirsiniz, bizə Qurani-Kərim kimi müqəddəs kitab bəxş edib. Qurani-Kərmin insanlara göstərdiyi yol paklıq yoludur. Məhz bu yolla insanlar cismani və mənəvi saflığa – haqqa qovuşa bilər. Qurana nəzər salanda görürük ki, Allah-Təala “təqva” əhlinə böyük imtiyazlar verib. Məsələn, ayələrin birində oxuyuruq: “Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!” (“əl-Bəqərə” surəsi, 197-ci ayə). Düşünürəm ki, Sizin dinimizlə bağlı fikirləriniz pis əməldən başqa bir şey deyil.  Həzrət-Əli (ə) buyurur: “Allahın təqvasından yapışın! O, möhkəm bir tutacaq, qırılmayan ip və inamlı sığınacaqdır.” (“Nəhcül-bəlağə”, 158-ci xütbə).
    Siz dini aşağılamaqla, Allaha üsyan etmiş olursunuz. Din Allahın mirasıdır. Allah-Təalanın varlığına inam və etiqad da bəşərin bu sayaq fitrətindən doğan bir haldır. Düşünürəm ki, insanda belə bir əqidənin yaranması üçün müəllim, məktəb və kitaba ehtiyac duyulmamalıdır. O, yalnız öz vicdan və fitrətinə müraciət etməklə belə bir məsələni dərk edir və anlayır ki, varlıq dünyasının qüdrətli bir YARADICISI vardır.
    Biz sözlə Allah – dünyanı yaradan, ehtiyacları ödəyən və yolda qalanlara nicat verən QÜDRƏTdir. Bəşərin əzəli və əbədi PƏNAHI, ümid və təsəlli QAYNAĞI, haqq və həqiqət yoluna yönəldəni böyük və ulu yaradan ALLAHdır. Deməli, Allahtanıma insanın daxilində, fitrətindədir.
    Bəşər yarımvəhşi halda yaşadığı zamanlarda, mədəniyyət və təlimlə məşğul olmadığı dövrlərdə belə Allaha etiqad və inam duyğusu olmuşdur. Heç şübhəsiz ki, bəzi hallarda Allah-Təalanı tanımaqda və müəyyənləşdirməkdə səhvlərə də yol verilmişdir. Məsələn, insanlar Günəşi, Ayı və bəzi ulduzları özlərinin tanrısı güman etdikləri zamanlar… Amma dəhşətlisi odur ki, o zamanlar çox geridə qalıb və bu gün dini inkar etmək cəsarətinin haradan alırsınız, bunu anlaya bilmirəm. Dindar olmaya bilərsiniz, amma dini bütünlükdə inkar etməyiniz hünər deyil, bunun adı başqadır... 
    İslam dini cəmiyyətin asayişinin bərqərar olması üçün möhkəm qanunlar gətirib. Bu qanunlar da insanların rifah və asayişini tənzim edir. İslamın hərbi qanunu, ordu quruluşu və müharibə proqramı o dərəcədə mütərəqqidir ki, hətta düşmənin hüquq və namusu da nəzərdən qaçırılmamışdır. İslam hüququ o qədər genişdir ki, bəşər həyatını - onun dünyaya qədəm qoyduğu gündən torpağa tapşırılan günədək hərtərəfli və insani proqramlar əhatəsinə alır, hər şey üçün – cüzi də olsa müəyyən hökm nəzərdə tutur.
    Bəli, əgər Qurani-Kərimi öz həyat proqramımız kimi götürsək, şübhəsiz biz səadət və kamala yetişmiş olarıq. Necə ki, İslamın əvvəl çağında müsəlmanlar Qurani-Kərim işığında qısa müddət ərzində izzət və əzəmətə yetişdi. Belə olan surətdə biz də Qurani-Kərimdən lazımınca bəhrələnsək öz itirilmiş əzəmət və şövkətimizi bərqərar edə bilərik. Təəssüflər olsun ki, bu gün müsəlmanlar Qurani-Kərimi unutmuş, onun qanunlarından uzaqlaşmışlar. Ona görə də İslam dünyası müşahidə etdiyimiz hazırkı acınacaqlı vəziyyətə düşüb.
    Safruh ölkəmizdə dini bayramların çoxluğundan narahat olduğunu yazır. Onlardan yalnız birinin - Orucluğun sosial-fəlsəfi mahiyyətinə qısa da olsa diqqəti çəkmək istəyirəm. Orucluq günlərində varlı ilə yoxsul Allah qarşısında eyni səviyyədə ibadət edir, oruc tutur. Varlı da ac qalır, yoxsul da. Budur, həqiqi bərabərlik və əqidə saflığı! Əqidəli varlılar ixtiyarında ləzzətli yeməklər, sərin-şirin şərbət və şirələr ola-ola, məhz Allaha görə yemir, içmir, oruc olur, Allaha bəndəlik edir. Beləliklə, oruc bizi heyvani hiss və şəhvətlərdən azad edib məlakut aləminə aparır, bizi saflaşdırır. 
    Rus alimi Aleksey Soforin qeyd etmişdir ki, bir çox xəstəliklər o cümlədən revmatizm, skleroz, diabet, vəba, xərçəng, böyrək və sidik yolları xəstəliklərindən oruc tutmaqla, ac qalmaqla can qurtarmaq, yaxud da həmin xəstəliklərin inkişafını dayandırmaq olar. Təsadüfi deyil ki, Həzrət  Peyğəmbərimiz (s) buyurub: “Oruj tutun, sağlam olun!” Bu bayramın nəyi pisdir?
    Dövlət-din münasibətlərinin tənzimlənməsində hər bir cəmiyyətin özəllikləri nəzərə alınmalıdır. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti dindardır. Bu danılsa da, danılmasa da bir faktdır. Şəriətə nə qədər əməl olunub-olunmaması isə tamamən başqa mövzudur, lakin xalqın əksəriyyəti İslama, onun müqəddəs dəyərlərinə qəlbən bağlıdır.
    Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan xalqının mütləq əksəriyyəti inanclıdır. Bəzən milli mentalitetə məxsus olan bir çox məsələlər din kimi qələmə verilir. Əlbəttə, bu, dinin milli şüurda üstələyici rolunu göstərir. Amma etiraf edək ki, ölkəmizdəki müxtəlif etnik qrupları, milli azlıqları, azsaylı xalqları vahid cəmiyyətdə yaşamağa vadar edən də məhz dindir.
    Azərbaycan mədəniyyətinin dindən kölgədə qaldığını iddia edirsiniz. Amma unudursunuz ki, bizim tariximiz və mədəniyyətimiz İslamdan kənar deyil, dinimizlə bağlıdır. Mədəniyyətin ən mühüm şərtlərindən biri – mədəni müxtəliflik və plüralizmdir. Bu problem etnik, milli və ümumbəşəri miqyaslarda mədəni ünsiyyət və inteqrasiyanın təhlili üzərində qurulur. Mədəniyyətin təsiri və funksiyaları müxtəlif sivilizasiya tiplərində müxtəlif cür özünü göstərir. Bu da mədəniyyətin daxili məzmun və strukturunda mövcud olan dəyər oriyentasiyalarının fərqliliyindən irəli gəlir. Milli-mədəni müxtəlifliyin təməl elmi prinsip, fakt və yanaşma metodu kimi əsaslandırılmasını dahi alman mütəfəkkiri İ.Herderin adı ilə başlayır. O, özünün “Bəşəriyytəin tarix fəlsəfəsinə dair ideyalar” əsərində bəşər cəmiyyətinin formalaşmasında mədəniyyəti ən mühüm faktor kimi vurğulamışdır. İ.Herderin fikrincə, məhz DİNDƏ, DİLDƏ, SƏNƏTDƏ, ELMDƏ təcəssümünü tapan MƏDƏNİYYƏT hər bir cəmiyyətin BƏNZƏRSİZLİYİNİ, İDENTİKLİYİNİ şərtləndirir. Dövlət dinə münasibətinə gəlincə... İslam Azərbaycanda siyasətin fövqündə deyil, baxmayaraq ki, yazınızda dinin siyasətdən üstün olduğuna ehyam vurursunuz. Siz də bilirsiniz ki,  Sovet rejiminin dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı, əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycanda olduğu kimi...
    Bu gün Azərbaycanda tolerant mühit formalaşıb. Nə dövlət inanclı vətəndaşlarına, nə də inanclı vətəndaşlar dövlətə yad münasibət bəsləmir. Azərbaycan dövlətinin din sahəsində apardığı siyasət fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulub. 
    Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Heç şübhəsiz bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Hələ eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmiş və müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil etmişdir. Quranda buyurulur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizlə tanış olasınız (kimliyinizi biləsiniz) deyə, sizi (ayrı-ayrı) xalqlar və qəbilələr etdik. Allah yanında ən hörmətli olanınız, Allahdan ən çox qorxanınızdır. (Pis əməllərdən ən çox çəkinənizdir) Həqiqətən Allah (hər şeyi) biləndir. (hər şeydən) xəbərdardır." (Əl-Hücurat, ayə 13).
    “Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyyələrdir”. Bu fikir isə xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur. Heydər Əliyev dinin, xüsusən də İslamın inkişafına çalışan şəxsiyyət idi. Heydər Əliyev deyirdi: "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapmışdır. Azərbaycanda İslam dini ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar". Umummilli liderin fikirlərindən aydın olurdu ki, heç vaxt İNAMIMIZDAN, DİNİMİZDƏN uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq! 
    Heydər Əliyevin dini-mənəvi dəyərlərə qayğısı bu gün də – yəni onun yoxluğunda da hiss olunmaqdadır. Prezident İlham Əliyev bütün sahələrdə xalqın ümummilli liderinin siyasətini davam etdirdiyi kimi, dinlə bağlı problemlərin də həllinə bilavasitə yardımçı olur. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqların, pirlərin, ziyarətgahların əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının təzahürüdür.
    Orucluq zamanı Bütün Qafqazın Şeyxinin iqamətgahında düzənlənən tədbirlərdə iştirakı, Qurban bayramında xalqı təbrik etməsi və s. müxtəlif vaxtlarda məscidlərə gəlməsi ölkə ictimaiyyəti tərəfindən dərin hörmət və ehtiramla qarşılanır.
    Hörmətli Safruh! Bu paylaşmanın dövlətə və yaxud da dövləti sevməyə nə kimi maneçilik törədir, Siz deyin biz bilək.


    Niyaz NİFTİYEV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 605
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30