Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Şərqin ilk parlamenti…
    Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəldi. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradıldı. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.

    Zaqafqaziiya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeni ümumzaqafqaz mənafeyindən üstün tuturdu. Ümumi bir platforma yox idi. Bir sözlə yenidən parçalanma məsələsi labüd idi. Nəhayət 1918-ci il may ayının 25-də Zaqafqaziiya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziiya Seymindən çıxaraq may ayının 26–da öz istiqlaliyyətini elan edir.
    Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.
    1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.
    1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür. Bu zaman Gəncədə real hakimiyyət Türkiyənin Qafqaz ordusu baş komandanı Nuru paşanın əlində idi. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə çalışdıqları tədbirlərin “həddindən artıq demokratik istiqamətindən” narazı qalan bəzi qüvvələrin təsiri ilə Nuru paşa Azərbaycan Milli Şurası və hökumətini şübhə ilə qarşılayır. Uzun danışıqlardan sonra qarşılıqlı güzəştlər əsasında razılıq əldə olunur. Təklif olunur ki, Milli Şura buraxılsın və bütün hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunsun. Bu məsələlərin müzakirə olunması üçün 1918-ci il iyunun 17-də M.Ə.Rəsulzadənin sədirliyi ilə Milli Şuranın növbəti (yeddinci) iclası keçirilir.
    Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edildi. İclasda çıxış edən F.X.Xoyski bildirir ki onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır.
    1918-ci il sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.
    Beləliklə hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məslə ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə  əlavə şəxslər cəlb olunur. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilir.
    Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” Müraciətnaməsi dərc edilir.
    Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, lakin Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan parlamentinin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq qoşunların baş komandanı, general Tomsondan istifadə etməyə çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq parlamentin ilk iclasının açılışı dekabrın 7-ə keçirilir.
    1918-ci il dekabrın 7-i  H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyir.
    Ə.topçubaşov parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər.
    Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacıniski baş katib seçilir.
    Sonra Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verir və hökumətin istefasını qəbul etməyi parlamentdən xahiş edir.
    Parlament F.X.Xoyski hökumətinin istefasını qəbul edir və yeni hökumətin tərkibini formalaşdırmağı yenə də ona tapşırır. Dekabrın 26-da F.X.Xoyski hökumət proqramı və hökumətin tərkibi barədə parlamentdə məruzə edir. Proqram bəyənilir, yeni tərkibdə hökumətin tərkibinə etimad göstərilir.
    Azərbaycan parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında  qurur. Artıq 1919-cu ilin axırlarına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi.
    Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan  Xalq Cümhuriyyətnin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika idi.
    Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur.
    Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi.
    Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi.
    Bu dövr ərzində vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisi haqqında, Bakı Dövlət Universitetinin yaradılması haqqında, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında, məhkəmə qanunvericiliyi haqqında və s. sənədlər də parlamentdə qəbul edilmişdi. Sovet dövrü… ADR parlamenti Rusiyanın XI Qırmızı ordusunun mühasirəsi və Rusiyanın Xəzər donanmasının birbaşa hərbi təhdidi altında AK(b)P Mərkəzi Komitəsi və RK(b)P Qafqaz Diyar Komitəsinin ultimatumunu (tələbini) gərgin müzakirə etdikdən sonra “Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında” qərar qəbul etdi. Qərarda hakimiyyəti qəbul edən bolşeviklərin qarşısında müstəqilliyin saxlanılması, bolşeviklərin yaratdığı hökumətin müvəqqəti olması, Azərbaycanın gələcək idarə formasının tezliklə toplanılmalı olan yeni parlamenti tərəfindən müəyyən edilməsi kimi bir sıra şərtlər qoyulurdu.
    Təbii ki, bolşeviklər qəbul etdikləri şərtlərə əməl etmədilər. Rusiyanın inqilab adı ilə pərdələdiyi işğalçı niyyətləri elə aprel işğalının ertəsi günü - 1920-ci il aprelin 28-də məlum oldu. RK(b)P-nin qərarı ilə təşkil olunan Azərbaycan Müvəqqəti İnqilab Komitəsi (Azərbaycan Hərbi-İnqilab Komitəsi, Azərbaycan İnqilab Komitəsi) respublikanın ali dövlət hakimiyyəti orqanı  elan edildi. Qanunvericilik funksiyalarını həyata keçirən Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə (AMİK-ə) yalnız azərbaycanlı kommunistlərin -  Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Mirzə Davud Hüseynov, Həmid Sultanov, A.Alimov, Dadaş Bünyadzadənin daxil edilməsi isə gözdən pərdə asmaq niyyəti güdürdü…
    Sonralar Azərbaycanın siyasi müstəqilliyi də tamamilə formal xarakter daşıyırdı. Xalqda hakimiyyətin ona məxsus olması illüziyasını yaratmaq üçün nümayəndəli hakimiyyət orqanları sisteminin təşkilinə başlanıldı.
    1921-ci ilin baharında yerlərdə fəhlə və kəndli deputatları sovetləri “seçilməyə” başladı. Respublikada 30 min deputatı olan 1400 yerli kənd soveti təşkil edildi. Şəhər sovetlərinə hər 1000 nəfərdən bir,  kənd sovetlərinə isə hər 5000 nəfərdən bir deputat seçilirdi. Elə bu qayda ilə seçilən I Ümumazərbaycan Sovetlər Qurultayı 1921-ci ilin mayında işə başladı. Deputatların əsasən yoxsul və təbii ki,  hazırlıqsız, səbatsız fəhlə və kəndlilərdən, kommunistlərdən seçilməsi parlamentin yuxarıdan idarə edilməsini asanlaşdırırdı. I Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbulu ilə Azərbaycanda sovetlərin hakimiyyətinə hüquqi status verildi.
    Qanunverici, sərəncamverici və nəzarətedici orqan kimi yeni formatda və tərkibdə fəaliyyət göstərən Azərbaycan MİK-ə seçkilər çoxpilləli idi. Əvvəl ali hakimiyyət orqanı olan Ümumazərbaycan Sovetlər Qurultayına seçkilər keçirilir, sonra qurultay qanunvericilik orqanı olan Mərkəzi İcraiyyə Komitəsini, o isə özünün Rəyasət Heyətini seçirdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 75 üzvü və 25 namizədi var idi. Rəyasət heyəti isə 13 nəfərdən ibarət seçilirdi. Oraya demək olar ki, bütün partiya rəhbərləri daxil idi.
    1922-ci ilin dekabrın 30-da Moskvada keçirilən I Ümumittifaq Sovetlər Qurultayı SSRİ-nin yaranması ilə bağlı qərar verdi. Bununla da Azərbaycanın müstəqilliyinə tamam son qoyuldu. Azərbaycan SSR SSRİ-nin atributlarına uyğunlaşdırılan bir sıra dövlət atributlarını – bayraq, gerb, himn və konstitusiyanı qoruyub saxlasa da, beynəlxalq hüququn subyekti olmaq statusunu itirdi və hüquqi cəhətdən bolşevik Rusiyasının müstəmləkəsinə çevrildi.
    İnzibati-amirlik üsuli-idarəsinin inkişaf etməsi qanunvericilik orqanının işinə də təsir edirdi. 1927-ci ilin martında V Ümumazərbaycan Sovetlər Qurultayı Rusiya konstitusiyası nümunəsində hazırlanmış Azərbaycan SSR-nin II Konstitusiyasını qəbul etdi. Bu vaxta qədər respublikanın siyasi, iqtisadi quruluşunda zorakı metodlarla həyata keçirilmiş dəyişikliklər Konstitusiyaya salındı. 1937-ci ildə Azərbaycan IX Fövqəladə Sovetlər Qurultayında  Azərbaycan SSR-nin yeni Konstitusiyasının qəbulu ilə qanunverici orqan yeni mərhələyə qədəm qoydu…
    Yeni qəbul edilən Konstitusiyaya əsasən Azərbaycanın  qanunvericilik orqanı respublikanın Ali Soveti kimi təşkil olundu. Deputatların tərkibi, kimlərin seçilməsi, parlamentdə neçə nəfər fəhlə, kolxozçu, qulluqçu, qadın, gənc, bitərəf və s. olması yuxarıdan müəyyən edilirdi. I çağırış Azərbaycan SSR Ali Sovetinə birbaşa seçkilərdə (24 iyun 1938-ci il) seçilmiş 310 deputatdan 107-si fəhlə, 88-i kolxozçu, 115-i ziyalı-qulluqçu, bunlardan 72-si qadın idi.
    Qanunvericilik orqanlarına seçilmiş azərbaycanlılar 1937-1938-ci və sonrakı illərdə respublikanın elmi, mədəni, siyasi elitasının məhv edilməsinə, xalqın genofonduna zərbə vurulmasına, torpaqlarının dəfələrlə parça-parça qoparılıb Ermənistana verilməsinə qarşı etiraz səslərini qaldıra bilmədilər. Əksinə, yuxarının təzyiqi ilə Azərbaycan SSR Ali Soveti 1938-ci il mayın 7-də Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistana verilməsi haqqında protokolu təsdiq etdi. Lakin həmin qərara yerlərdə sadə insanlar, kənd camaatı müqavimət göstərdilər və torpaqlarını əldən vermədilər. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də 1938-ci ildə qəbul etdiyi bu bədnam qərarı yenidən təsdiq etdi. Lakin az sonra hakimiyyətə gəlmiş Heydər Əliyev bu qərarın icrasına yol vermədi
    1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan parlamenti respublikada həyata keçirilən böyük quruculuğun hüquqi bazasının yaradılmasında mühüm işlər gördü. Ölkədə, xüsusən qanunvericilik hakimiyyəti orqanının işində mühüm irəliləyişlər Heydər Əliyev şəxsiyyəti, onun çoxcəhətli idarəçilik istedadı, möhtəşəm siyasi-dövlətçilik fəaliyyəti ilə sıx bağlı idi. O, 1982-ci ilin sonlarında Moskvada SSRİ-nin yüksək partiya və dövlət vəzifələrinə irəli çəkildikdən sonra təəssüf ki, bu işləri davam etdirmək üçün respublikanın yeni rəhbərliyində, habelə parlament üzvlərində lazımi güc, iradə, təpər olmadı.
    SSRİ-nin süqutu ərəfəsində  - 1988-ci ildə Azərbaycanda baş qaldırmış erməni separatizmi və Ermənistanın faktiki təcavüzü qarşısında respublikanın o vaxtkı rəhbərliyi və parlamenti hadisələrə münasibətdə bağışlanmaz passivlik və laqeydlik nümayiş etdirdi. Hətta SSRİ-nin ali qanunvericilik orqanındakı azərbaycanlı deputatlar erməni separatizmini müdafiə edən SSRİ rəhbərliyinin Azərbaycanın suveren hüquqlarını açıq-aşkar pozan qərarlarına qarşı etiraz etmədilər. Azərbaycan parlamenti isə bu qərarları kor-koranə təqdir etdi.
    1990-cı ilin sentyabrında fövqəladə vəziyyət şəraitində seçilən Azərbaycan Ali Soveti artıq süqut etməkdə olan SSRİ-ni saxlamağa çalışan qüvvələrin əlində oyuncağa çevrilmişdi.
    1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktının parlamentdə qəbul edilməsi ilə Azərbaycan müstəqilliyinə qovuşdu.
    Bu dövrdə iqtidarla müxalifət arasında sövdələşmənin nəticəsi olaraq Azərbaycan Ali Soveti səlahiyyətlərini öz üzvləri arasından seçdiyi 50 nəfərlik Milli Şuraya verdi. Parlament Naxçıvan MR parlamenti sədrinin Azərbaycan parlamenti sədrinin müavini olması qaydasını ləğv etdi, Prezident üçün yaş senzi müəyyənləşdirildi və s. Bu qeyri-demokratik tədbirlər birbaşa Naxçıvan MR Ali Məclisinin sədri seçilmiş və xalq arasında böyük nüfuza malik Heydər Əliyevə qarşı yönəldilmişdi. Siyasi qeyri-sabitlikdən, anarxiyadan,  dövlət çevrilişlərindən zinhara gələn xalq öz layaqətli oğlunu -  Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlətçiliyini, siyasi varlığını məhv olmaq təhlükəsindən xilas etməklə bərabər, Azərbaycan parlamentinin tarixində yeni bir dövrün başlanğıcını qoydu. Bu artıq müstəqil Azərbaycanın müstəqil və xalqın mənafeyinə xidmət edən parlamenti idi. Yubiley sərəncamı… Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır.
    Prezident İlham Əliyev 15 fevral 2008-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə milli dövlətçilik tarixində xüsusi yer tutduğunu nəzərə alaraq Sərəncam imzaladı. Sərəncamın 3-cü bəndində isə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 90 illiyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə olundu. Yubiley iclası… Azərbaycan parlamentinin 90 illik yubileyinə həsr edilmiş tədbirdə iştirak etmək üçün iyunun 18-dən qonaqların  ölkəmizə axını başladı.
    İyunun 19-da parlamentin 90 illik yubileyi ümummilli lider Heydər Əliyevin məzarına əklil qoyulması mərasimi ilə başladı. Sonra Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin önünə əklil qoyuldu.
    Azərbaycan parlamentinin 90 illik yubileyinə həsr edilmiş tədbirin təntənəli açılış mərasimi isə Milli Məclisin iclas zalında baş tutdu. Xüsusi iclasda Milli Məclisinin sədri Oqtay Əsədov çıxış etdi. Milli Məclisin sədri Oqtay Əsədov mərasimə 9 ölkənin parlament sədri, 18 ölkənin vitse-spikeri və müxtəlif ölkələrdən 102 parlament üzvünün qatıldığını bildirdi. O.Əsədov Şərqdə ilk parlamentin 1918-ci ildə Azərbaycanda yaradıldığını vurğuladı. 
    Spiker Azərbaycanın müstəqillik əldə etməsində və dövlət quruculuğu prosesində Milli Məclisin böyük rol oynadığını qeyd etdi. “1995-ci ildən bu günə kimi Milli Məclisdə 2500-ə yaxın qanun və qərar qəbul edilib. Azərbaycan parlamenti müxtəlif beynəlxalq təşkilatların üzvüdür. Ölkənin hazırkı prezidenti İlham Əliyev vaxtilə Milli Məclisin üzvü olub, parlamentdə 8 il fəaliyyət göstərib”,-deyə O.Əsədov əlavə etdi.
    Milli Məclisin 90 illiyinə həsr olunmuş xüsusi iclasda prezident İlham Əliyev də çıxış etdi. Prezident İlham Əliyev Azərbaycan müstəqillik qazandıqdan sonra parlamentin Konstitusiyaya uyğun olaraq formalaşdığını vurğuladı. Dövlət başçısı ötən ay Azərbaycan Demokratik Respublikasının yaranmasının 90 illiyinin dövlət səviyyəsində qeyd edildiyini xatırlatdı. Azərbaycan parlamentinin fəaliyyətini yüksək qiymətləndirən prezident İlham Əliyev Milli Məclisdə qəbul olunan qanun və qərarların Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynadığını bəyan etdi. “Parlament Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında mühüm əhəmiyyət kəsb edib. Sovetlər birliyi dağılandan sonra Azərbaycan müstəqilliyini yenidən əldə etdi. Həmin vaxt Azərbaycanın müstəqilliyinə təhlükə yaranmışdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Milli Məclisin sədri seçildi və hazırda həmin gün ölkədə Milli Qurtuluş Günü kimi qeyd olunur”,-deyən dövlət başçısı Azərbaycanın uğurla inkişaf etdiyini, ölkənin iqtisadi potensialının yüksəldiyini vurğuladı. “Azərbaycan hazırda inkişaf dövrünü yaşayır, ölkədə siyasi və iqtisadi islahatlar həyata keçirilir. Son 4 ildə Azərbaycan iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilib. Bu dörd il ərzində Azərbaycanda ümumi daxili məhsulun həcmi 96 faiz təşkil edib, ölkədə yoxsulluq həddi 49 faizdən 16 faizə enib. İqtisadiyyatın 80 faizi özəl sektorun payına düşür. Büdcə xərcləri 10 dəfə artıb. Ölkənin valyuta ehtiyatlarının ilin sonunadək 20 milyard dollar olacağı gözlənilir”,-deyə prezident İlham Əliyev əlavə etdi.
    Mərasimdə Belarus Milli Assambleyasının sədri Vadim Papov, Gürcüstan parlamentinin sədri David Bakradze və digər qonaqlar çıxış etdilər. 
    Parlamentin 90 illik yubilleyinə həsr edilmiş rəsmi ziyafətlə başa çatdı.

    Səid Seyidzadə

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 797
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30