Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Fizuli Ələkbərov Qırğızıstanlı həmkarı ilə görüşüb
    Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının gənclər, əmək və məşğulluq naziri Aliyasbek Alımkulov arasında görüş olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Respublikamızda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar barədə ətraflı məlumat verən nazir F.Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin düzgün düşünülmüş və zamanın çağırışlarına uyğun siyasəti sayəsində ölkəmizin hələ 2009-cu ildə keçid iqtisadiyyatı dövrünü başa vuraraq keyfiyyətcə yeni tərəqqi mərhələsinə qədəm qoyduğunu və inkişaf tempinə görə dünyanın lider ölkəsinə çevrildiyini bildirib. Ötən il də Azərbaycanda növbəti uğurlara imza atıldığını, respublikamızda iqtisadi artımın 0,1 faiz, o cümlədən qeyri-neft sektorunda 9,4 faiz, qeyri-neft sənayesində isə 11,1 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin 19,6 faiz artaraq 7,9 faizlik inflyasiya göstəricisini 2,5 dəfə üstələdiyini deyən nazir sosial yönümlü dövlətin yaradılmasının dövlət başçısının mühüm məqsədlərindən biri olduğunu vurğulayıb.

    Qeyd olunub ki, Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən çox paya malik olan ölkəmizdə son 8 ildə yaradılan iş yerlərinin sayı bir milyonu ötməklə, işsizliyin səviyyəsi 5,4 faizə, yoxsulluq səviyyəsi isə 5,2 dəfə azalaraq 7,6 faizə düşüb. F.Ələkbərov Qırğızıstanla eyni zamanda əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafına ölkəmizin daim hazır olduğunu, bunun üçün nazirlik tərəfindən bütün lazımı şəraitin yaradılacağını deyərək, bu görüşün əməkdaşlığın inkişafı üçün uğurlu bir addım olacağına əminliyini ifadə edib. Aliyasbek Alımkulov davamlı tərəqqi proseslərinin həyata keçirildiyi, sosial-iqtisadi inkişaf modeli beynəlxalq aləmdə yüksək dəyərləndirilən Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafına Qırğızıstan hökuməti tərəfindən xüsusi diqqət yetirildiyini qeyd edib. Nazir Azərbaycanda eyni zamanda sosial inkişaf istiqamətində məqsədyönlü islahatların həyata keçirildiyini və əhalinin sosial müdafiəsi sahəsində mühüm uğurların əldə edildiyini deyib. Azərbaycanın sosial-iqtisadi inkişaf təcrübəsinin ölkəsi üçün çox dəyərli olduğunu bildirən Aliyasbek Alımkulov Qırğızıstan hökumətinin Azərbaycanın malik olduğu bu təcrübəsindən faydalanmağa xüsusi önəm verdiyini və iki ölkə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində səmərəli təcrübə mübadilələrinin aparılması üçün yaranan imkanlardan ölkəsinin daim səmərəli şəkildə yararlanacağını vurğulayıb. Görüşdə iki ölkə arasında əmək və məşğulluq, əmək miqrasiyası, əməyin mühafizəsi, əməyin təftişi, insan ehtiyatlarının planlaşdırılması və inkişafı, əmək bazarının monitorinqi, işçi qüvvəsinin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, sosial tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 303
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30