Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Strateji Araşdırmalar Mərkəzi hesabatını açıqlayıb
    Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2011-ci ildəki fəaliyyətinə dair hesabat açıqlayıb. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Mərkəzin 2011-ci ildəki fəaliyyəti ötən illərlə müqayisədə istər tədqiqat, istərsə də təşkilatçılıq baxımından yeniliklərin tətbiqi və çoxşaxəliliyi ilə fərqlənib.

    Yeniliklərə misal olaraq Cənubi Qafqazda ilk beynəlxalq akademik “Caucasus İnternational” jurnalının təsis və nəşr edilməsi, Türkiyə, Rusiya, İtaliya, Argentina, Yunanıstan və Polşanın aparıcı beyin mərkəzləri ilə əməkdaşlıq haqqında Memorandum və sazişlərin imzalanmasını, xarici KİV təmsilçilərinin Azərbaycana silsilə səfərlərinin təşkil edilməsini, milli müzakirələrin, eləcə də, konfrans və Dəyirmi masaların canlı Twitter konfransı formatında təşkilini, dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar ölkədə və xaricdə təhsil alan tələbələr arasında analitik məqalə müsabiqəsinin keçirilməsini, respublikanın dinamik sosial-iqtisadi inkişaf göstəricilərini əyani əks etdirən multimedia vəsaitlərinin hazırlanmasını, xarici beyin mərkəzlərinin nümayəndələri ilə birgə nəşrlərin çap edilməsini və s. qeyd etmək olar. SAM-ın fəaliyyətində prioritet istiqamətlərdən biri də Azərbaycanın sabit makroiqtisadi inkişafı, qlobal dünya iqtisadiyyatına inteqrasiyası, dövlətin enerji siyasətinin yeni strateji istiqamətləri, nativ və bərpa olunan enerji mənbələrinin inkişafı mövzularının araşdırılmasıdır. Bu istiqamətdə ilk dəfə olaraq, rus və ingilis dillərində multimedia texnologiyaları əsasında Azərbaycanın ölkə təqdimatı hazırlanıb. 2011-ci ildə mərkəz tərəfindən bir sıra beynəlxalq və respublika miqyaslı elmi-təşkilati tədbirlər həyata keçirilib. Bunların sırasında “Yaxın Şərqdə dəyişən güc balansı”, “Barak Obama administrasiyası və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi”, “Kiber və milli təhlükəsizlik”, “Aralıq dənizində təhlükəsizlik balansı”, “Xəzər enerjisinin Avropa perspektivləri”, eləcə də ölkənin elmi ictimaiyyətinin diqqətini cəlb edən “Qloballaşma, milli ideya və Azərbaycan”, “Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid”, “Müstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” mövzusunda təşkil edilmiş tədbir və konfransların adlarını çəkmək olar. Görülən işlərin statistik mənzərəsinə gəldikdə isə 2011-ci ildə mərkəz tərəfindən ümumilikdə 20 elmi-tədqiqat layihəsi həyata keçirilib, əksəriyyəti xarici dildə olmaqla 182 elmi məqalə çap edilib, 108 hesabat və arayış hazırlanıb, mətbuatda və elektron mediada 38 müsahibə verilib. Mərkəzin əməkdaşları hesabat ilində beynəlxalq miqyaslı müxtəlif konfrans və tədbirlərdə əsas məruzəçi və iştirakçı kimi 65 xarici ezamiyyətdə olublar.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 425
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30