Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbulun nəticələri açıqlanıb
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti elmlər doktoru proqramı üzrə doktoranturaya qəbulun nəticələrini açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında doktoranturaya qəbulla bağlı məlumat verən akademik Vaqif Fərzəliyev bildirib ki, elmlər doktoru proqramı üzrə doktoranturaya qəbulla bağlı 56 yer elan edilib. Onlardan 27 əyani, qiyabi isə 29 yer olub. Faktiki olaraq qəbul olunanların sayı 42 olub. Onlardan da 14-ü əyani, 28-i isə qiyabidir. F.Fərzəliyev deyib ki, Fizika-Riyaziyyat Elmləri Bölməsi üzrə 3 nəfər, Kimya Elmlər Bölməsi üzrə 7 (3 əyani, 4-ü qiyabi), Yer Elmləri Bölməsi üzrə 2 (qiyabi), Biologiya Elmləri Bölməsi üzrə 8 (3 nəfər əyani, 5-i qiyabi), İctimai-Humanitar Elmləri Bölməsi üzrə 17 nəfər (6-si əyani, 11-i qiyabi), Naxçıvan Bölməsi üzrə 2 nəfər (qiyabi), Gəncə Elmi Bölməsi üzrə isə 3 nəfər (2 nəfər əyani, 1-i qiyabi) qəbul edilib.

    Qeyd edək ki, iclasda AMEA prezidenti, akademik Mahmud Kərimov qiyabi doktoranturanı başa düşmədiyinin söyləyib: “Qiyabi doktoranturanı necə başa düşmək olar?”-deyə M.Kərimov sualla iclas iştirakçılarına müraciət edib. Sonra V.Fərzəliyev, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyiblər ki, qiyabi doktorantlar institutların əməkdaşlarıdır. AMEA Biologiya Elmləri Bölməsinin akademik katibi, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov da M.Kərimovun fikrini təsdiqləyib. O da istər doktorantura, istərsə də dissertanturanın qiyabi olmasını başa düşmədiyini söyləyib və bunu özlərini aldatmaq kimi qiymətləndirib: “Bunların qiyabi olması özümüzü aldatmaq kimi bir şeydir”. Ciddi müzakirə mövzusu olan bu məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov ətraflı məlumat verib. O qeyd edib ki, 2009-cu ildə “Təhsil haqqında” qanunda doktorantura da təhsilin pilləsi kimi dəyərləndirilib: “Eyni zamanda da dissertantura da saxlanıldı. Ancaq dissertanturada yazıldı ki, ancaq elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olanlar dissertant ola bilərlər. Bu sahəyə axının qarşısını almaq üçün belə qiymətləndirildi ki, başqa sahələrdə işləyənlər dissertant ola bilməzlər”. A.Həşimov xatırladıb ki, Nazirlər Kabineti doktorantura təhsili haqqında qərar qəbul edəndə Azərbaycan Konstitusiyasının 42-ci maddəsini əsas götürərək hər kəsin təhsil almaq hüququ olduğunu nəzərə aldı və doktoranturaya qəbul da belə təsdiq olundu: “Yəni həm fəlsəfə doktoru, həm də doktoranturaya qəbul qaydaları təsdiq olundu. Eyni zamanda dissertantura da orada qeyd edildi, ancaq elmi və elmi-pedaqoji fəaliyyət ödənilməklə qəbul edildi. Belə qərara alındı ki, təhsilin növü həm əyani, həm də qiyabi ola bilər. Həmçinin yazıldı ki, təhsil həm ödənişli, həm də ödənişsiz ola bilər”-deyən A.Həşimov bildirib ki, beləliklə, qanunda həm fəlsəfə doktoru, həm də elmlər doktoru ilə bağlı hər iki təhsil növü var: “Bütün bunları nəzərə alaraq, AMEA həm fəlsəfə doktoru, həm də elmlər doktoruna qəbul proqramı elan edib. Akademiyanın tarixində ilk dəfədir ki, elmlər doktorunun mövzuları Rəyasət Heyətində təsdiq olunur ki, bu da qəbul qaydaları çərçivəsində aparılır”. A.Həşimov bir daha institut və bölmə rəhbərlərinə bildirib ki, əgər dissertant elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olursa o, dissertant kimi qəbul edilə bilər: “Məsələn, Neft Şirkətindən gələnləri dissertant kimi qəbul edə bilməzsiniz. Orta məktəb, institut müəllimləri elmi işlə məşğul olmursa, onları da dissertant kimi qəbul edə bilməzsiniz”. Xatırladaq ki, doktorantura ilə bağlı qaydalara əsasən, elmlər doktoru proqramı üzrə doktoranturada təhsilin müddəti 5 ildir. Doktorantlar təsdiq olunduqları gündən təhsilə başlayırlar.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 744
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30