Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İbtidai dini təsəvvürlər və onların arxeoloci materiallarla təsdiqi
    Dini təsəvvürlərin insan jəmiyyətinin özü qədər qədim olması şübhəsizdir. Azərbayjanda bu hadisənin izləri uzaq paleolit dövrünə gedib çıxır. Belə ki, tədqiqatçılar Azıx mağarasında Orta-Aşel dövrünə aid təbəqədən məlum olan, xüsusi yerdə saxlanılmış mağara ayısının kəlləsi üzərində jızılmış həndəsi jizgiləri Azıx adamlarının ilk dini təsəvvürləri ilə bağlı olduğunu göstərirlər. Sonralar din insanların gündəlik həyatına daha yaxından daxil olmuş, zaman keçdikjə təkmilləşərək ibtidai din formalarına çevrilmişdir. İnsanın ilkin yaranışı ilə onun təbiətə, təbii hadisələrə və ətraf mühitə münasibəti də meydana çıxır və müxtəlif formalarda təzahür edir.  Bu münasibət insanların ədəbi və sirli həyata sadəlövh baxışlarının ifadəsi olub animizm, totemizm, fetişizm və bütpərəstlik kimi ibtidai dini təsəvvürlərin yaranmasına səbəb olmuşdur.

    Yuxarıda deyilənləri Azərbayjanın zəngin arxeoloci irsi və tarixi qaynaqları da təsdiq edir.
    Arxeoloci qazıntılar zamanı bilavasitə insanların dini ideologiyası ilə əlaqədar olan çoxlu maddi-mədəniyyət nümunəsi, o jümlədən insan və heyvan fiqurları, bədii keramika nümunələri, zoomorf əşyalar, ayin xarakterli digər əşyalar aşkar edilmişdir. Azərbayjan ərazisində aparılan arxeoloci tədqiqatlar nətijəsində on beşdən artıq dəfn adəti müəyyənləşdirilmişdir. Müxtəlif təyinatlı maddi-mədəniyyət nümunələri və habelə dəfn adətləri qədim Azərbayjan ərazisində yaşayan əhalinin Xristianlıq və İslam dinləri meydana gələnə qədər müxtəlif inanjları olduğunu göstərir.
    Azərbayjanda ilk vaxtlar çoxallahlılıq mövjud olmuş, dünyanın başqa xalqları kimi qədim azərbayjanlılar da göylərə (Zevs), Günəş (Helios) və Ay (Selena) ilahələrinə sitayiş etmişlər.
    Qədim Azərbayjan əhalisinin ideologiyasında axirət dünyasına güjlü inam olmuşdur. Bunu tunj dövrünə aid Mingəçevir və Qarabağ kurqanlarında, antik və ilk orta əsrlərə aid Torpaq və Küp qəbirlərində aparılan arxeoloci qazıntılar sübut edir. Belə ki, həmin qəbr abidələrində dəfn olunan şəxsi içərisində yemək şeyləri olan, müxtəlif ölçülü qablar, bütün əsləhəsi ilə at skeleti, silah, bəzək əşyaları və sair müşayiət edir. Qədim insanlarda belə bir inam var idi ki, insan ölmür, sadəjə olaraq öz dünyasını dəyişir. Yeni dünyaya uyğunlaşana qədər isə həyat üçün zəruri olan şeylər onun yanına qoyulurdu. Mingəçevir Küp qəbirlərindən tapılan ayaqqabıya oxşar qablar (vazalar) da axirət dünyasına inamla bağlı olmuş, qədim insanların təsəvvüründə yeni dünyaya aparan “çətin” və “məşəqqətli” yolda dəfn olunan şəxsə kömək və himayə edəjəyi güman edilmişdir.
    Azərbayjanın bütün bölgələrində bütpərəstlik geniş yayılmışdı. Bütpərəstlər insanı əhatə edən maddi aləmdə olan bütün şeylərə, ağajlara, daşlara, çaylara, göllərə, özlərinin ağajdan və daşdan yonub düzəltdikləri, gildən yoğurub düzəltdikləri bütlərə sitayiş edir, bəzən göy jisimlərini – günəşi, ayı, ulduzları belə ilahiləşdirirdilər. Ümumiyyətlə, gil heykəllər Azərbayjanda geniş yayılmışdır. İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Mil və Qarabağın son tunj və ilk dəmir dövrü və antik dövrə aid yaşayış yerlərində və qəbr abidələrində gil heykəllərə təsadüf olunur. Gil heykəllər əkinçilik və maldarlıqla məşğul olan xalqların ideologiyasında xüsusi yer tutmuşdur. Qədimdə insanları həyatının məhsulun nejə olajağından asılı olduğu bir vaxtda məhsuldarlıq ayini çox geniş yayılmışdı. Əkinçilik və maldarlıqla məşğul olan xalqlar məhsulun bol olmasını təmin etmək üçün əmək alətlərini təkmilləşdirməklə yanaşı, bunun hər hansı fövqəltəbii qüvvənin iradəsindən asılı olduğunu zənn edərək məhsuldarlıq ideyası ilə əlaqədar olan ayinlər ijra etmişlər. Bu ayinlərin subyekti isə hər şeydən əvvəl gildən hazırlanmış kobud və kiçik ölçülü heykəllər olmuşdur. Tədqiqatçıların əksəriyyəti arxeoloci qazıntılar zamanı tapılmış gil insan heykəllərini məhsuldarlıq ayini ilə əlaqələndirirlər.
    Arxeoloci qazıntılar zamanı tapılmış heykəllərin əksəriyyəti zərif hazırlanmış, qadını təsvir etdiyi şübhəsizdir. Bu isə qadının jəmiyyətdə və ailədə xüsusi yer tutması ilə izah olunmalıdır. Məhz qadının bu üstünlüyü onun simasında fövqəltəbii qüvvəyə inam kimi ideyanın qadın ilahəsi obrazı - böyük ana, yaradıjı ilahə, meydana çıxmışdır. Bu ayin qədim şərq ölkələrində çox geniş yayılmışdır. Qədim Şərq ölkələrində bu ilahə Anahid, Şumerlərdə Nina, Nananini, iniana, Asur və Babilstanda İştar, qədim Azərbayjanda isə Nənə, ana adlandırılmışdır. Bu ilahə bol məhsul yaradıjısı, əkinçiliyin himayəçisi kimi səjiyələndirilmişdir. Bir sözlə əsasən qadın təsvirlərindən ibarət olan insan heykəlləri qadının jəmiyyətdə və ailədə rolunu, ananın müqəddəsliyini, bərəkət, himayəçi və məhsuldarlıq simvolu olduğunu göstərir. Aşkar olunan heykəllərin əksəriyyəti ümumiyyətlə başsızdır. Bu isə çox güman ki, insanların sitayiş etdikləri həmin obyektləri - ilahələri özlərinə bənzətməmək zərurətindən irəli gəlmişdir.
    Azərbayjanda geniş yayılmış ibtidai dini formalardan biri də əjdad ayini və ənənəvi totemistik ideyalardır. Qazıntılar zamanı küp qəbirlərdən, dulus kürələrdən və yaşayış yerlərindən küllü miqdarda heyvan füqurları və bədii keramika nümunələri- zoomorf fiqurlu qablar aşkar edilmişdir. Həm də gözəl injəsənət nümunələri olan bu qabların qulpunda, ağız nahiyyəsində müxtəlif huyvanların, o jümlədən qoyun, qoç, at, öküz, quş fiqurları təsvir edilmişdir. Çox halda qabın özü heyvan və quş formasında düzəldilmişdir. Çox güman ki, qədim insanların təsəvvüründə qabın ağzında və müxtəlif nahiyyələrində təsvir edilmiş heyvan füquru onun içərisində saxlanılan ərzağın qoruyujusu, himayəçisi rolunu oynamışdır. İstər heyvan fiqurları istərsə də bədii keramika nümunələri heç şübhəsiz totemizim ideyaları ilə bağlı olmuşdur. Azərbayjanda bu ənənə hələ eneolit və tunj dövründən izlənilir. Kültəpə, Babadərviş, Qaraköpəktəpə kimi qədim abidələrdən tapılan öküz, at, it və b. heyvan fiqurları eyni zamanda məhsuldarlıq ayini ilə əlaqədar olmuşdur.
    Azərbayjanda eneolit-tunj və sonrakı dövürlərə aid abidələrindən daha çox qoyun-qoç fiquru tapılmışdır. Qoyun- qoç məhsuldarlıq, bərəkət, igidlik, qələbə, müvəffəqiyyət və mühafizə qəmzi olmuşdur. Məhz qoyunun, qoçun insanların həyatındakı  əhəmiyyətli rolu onun totemini yaratmış, buna inam isə uzun müddət davam etmişidr. Zaman keçdikjə bütövlükdə qoyunu təsvir edən fiqurlar əvəzinə  onun müəyyən əzalarının, çox halda buynuzlarının  özündə əks etdirən zoomorf qablar meydana çıxmışdır. Təkjə qoyun üç deyil başqa heyvanlar  üçün də xarakterik olan bu hal onların himayəçilik, qoruyuçuluq, bərəkət simvolu olmasına olan güjlü inam nətijəsində meydana çıxmışdır. Tədqiqatçıların əksəriyyəti, o jümlədən K.M.Skolon, T.A.Popova, T.İ.Qolubkina, N.İ.Rzayev və başqaları da keramika üzərində yerləşdirirlmiş heyvan fiqurlarını həmin heyvanların qoruyuju, mühafizəçi, bərəkət, məhsuldarlıq simvolu olması ilə izah edirlər. Arxeoloci qazıntılar zamanı zoomorf qabların kütləvi şəkildə tapılması onların eyni zamanda gündəlik məişətdə istifadə olunduğunu göstərir. Qoyun fiqurları ilə yanaşı, qabların əksəriyyətinin əl tutajağı lüləyi və ağzında öküz fiqurları da həkk edilmişdir. Məlum olduğu kimi, çox qədimdən böyük bir ərazidə – Aralıq dənizi sahillərindən Qafqaza kimi böyük bir ərazidə öküz ayini geniş yayılmışdır. Bu fakt və öküzün təsərrüfatdakı rolu müxtəlif dövrdə yaradılmış öküz fiqurlarının ayin xarakteri daşıdığını göstərir. Müxtəlif formalarda düzəldilmiş öküz fiqurlarının hamısında yarım - ay formalı buynuzların olması diqqəti jəlb edir. Bu da təsadüfi deyil. Çünki, öküzün buynuzlarının yarım – ay formasında olması onu göy jisimləri ilə əlaqələndirməyə imkan vermişdir. Öküzün Günəş ilə əlaqəsi ən çox Şumer miflərində xatırlanır. Öküzün torpaq, su, od, məhsuldarlıq ilə əlaqələndirilməsi təsadüfi olmamış, bu, bilavasitə insanların gündəlik həyatı ilə əlaqədar olmuşdur. Qədim əkinçinin gözü qarşısında öküz vasitəsilə şumlanan torpaq daha məhsuldar olur, eyni zamanda öküz onun əməyini yüngülləşdirir. O, eyni zamanda məhsuldar qüvvə kimi məhsuldarlıq ayini ilə əlaqədar mərasimlərdə də iştirak edir. Öküz ayininin tarixi kökləri çox qədimdir. Hələ ibtidai jəmiyyətdə, insanların məşğuliyyəti ovçuluq olan bir vaxtda meydana çıxmış bu ayin əkinçilik və maldarlığın yaranması ilə əlaqədar yeni forma alır. Belə ki, öküzün əkinçi və maldar tayfalarının həyatında tutduğu mövqe onu ilahiləşdirir. Öküz müqəddəs heyvan hesab olunur.
    Nəhayət, arxeoloci qazıntılar zamanı tapılan heyvan fiqurları içərisində at və it fiqurları diqqəti daha çox jəlb edir. Maldarlıqla məşğul olan xalqların həyatında bu heyvanların rolu böyük olmuşdur. İt sürünün və evin keşikçisi, at isə başlıja minik vasitəsi kimi çox qədimdən insanların həyatına daxil olmuşdur. Görünür maldar tayfaların təsərrüfat həyatında bu heyvanın rolu o qədər böyük olmuşdur ki, onların adları ilə əlaqədar olan ayinlər meydana gəlmişdir. Həmin heyvanların gildən düzəldilmiş fiqurları isə bu ayinlərin ijrası üçün simvolik məna kəsb etmişdir. At və itilə əlaqədar ayinlər təkjə azərbayjanlıların deyil, maldarlıqla məşğul olan bütün xalqların ideologiyasında dərin iz qoymuşdur. El arasında it evin, sürünün mühafizəçisi, müdafiəçisi, at isə qəhrəmanlıq, mərdlik, ujalıq simvolu kimi qiymətləndirilmişdir. Təsadüfi deyildir ki, azərbayjanlıların, eləjə də digər türk xalqlarının mifoloci qəhrəmanları həmişə atilə birlikdə tərənnüm olunmuşdur.
    At əkinçi və maldar tayfaların məişətinə çox yaxından daxil olmuşdur. Ondan həm dartı qüvvəsi kimi, həm də minik vasitəsi kimi istifadə olunmuşdur. Atın təsərrüfat əhəmiyyətli heyvan olması insanların təsəvvüründə onu ilahiləşdirmiş, hətta axirət dünyada belə atdan istifadə olunajağı haqda inam yaratmışdır. Bunu azərbayjanlıların dəfn adətləri də təsdiq edir. Jəlilabaddakı – Əliköməktəbədən, Qarabağ kurqanlarından, Mingəçevirdən və başqa rayonlardan dəfn olunan şəxsin yanında bütün əsləhəsi ilə birlikdə at da dəfn olunmuşdur. Çox vaxt isə qəbirlərdən at əsləhəsinin qalıqları tapılır. Bu gün də evi bədnəzərdən qorumaq üçün Azərbayjanın əksər rayonlarında darvaza qapısına, yaxud evin divarına at nalı vururlar. Bədii keramika nümunələri üzərində yerləşdirilmiş at və it fiqurları da pis ruhlardan mühafizə, bərəkət simvolu kimi qiymətləndirilməlidir. Beləliklə, deyilənləri ümumiləşdirib belə nətijəyə gəlmək mümkündür ki, heyvan fiqurları və üzərində təsviri olan bədii keramika nümunələri ənənəvi totemistik ideyalarla əlaqədar olaraq meydana çıxmış, qədim insanların dini ideologiyasında bərəkət, məhsuldarlıq, qoruyuju, mühafizəçi rolunu oynamışdır.
    Tarixdən məlum olduğu kimi, təxminən 3500 il bundan əvvəl Azərbayjanda Zərdüşt – atəşpərəstlik, bizim eranın əvvəllərində nəsturəlik, manixeyçilik geniş yayılmağa başlayır. Lakin bu dinlər Azərbayjanı tam əhatə edə bilmir. Atəşpərəstlik əsasən Azərbayjanın jənub rayonlarında geniş yayılır. Azərbayjanın şimalında isə bütpərəstlik və digər ibtidai dini formaları qalmaqda davam edir.
    Bizim eranın 2-3-jü əsrlərindən başlayaraq Azərbayjanda xristianlıq yayılmağa başlayır. Xüsusilə xristianlığın, az sonra isə islam dininin geniş yayılması Azərbayjanın hər yerində qədim dini ayinlərin təqib olunmasına, sonralar isə qadağan edilərək unutdurulmasına səbəb olur. İslam dini insanın üzünün təsvirini qadağan etdiyindən gil heykəllər sındırılır, yenilərinin hazırlanmasına isə yasaq qoyulur. Mingəçevirdən, İsmayıllı, Şamaxı, Quba, Mil-Qarabağ abidələrindən aşkar olunan gil heykəllərin fraqmentləri bunu sübut edir. Lakin İslam dini də bütpərəstliyi tezliklə aradan qaldıra bilmir.
    Bu proses təxminən 10-12-ji əsrlərə qədər davam edir. Görkəmli Azərbayjan şairi Xaqani Şirvani bütlərin sındırılması haqqında bəhs etmişdir:                                 O, büt görünsə də müqəddəs pəri,                                  Sındırmaq lazımdır elə bütləri.
               Yaxud:
                                    O, büt sındırmağı öyrənib çoxdan,                                  Atəşpərəstliyin qaçmış odundan.
    Bu misralardan göründüyü kimi bütləringil heykəllərin sındırılması şairin yaşadığı dövürdən çox əvvəl, çox güman ki, Azərbayjanda çox dərin kök saldığı vaxtdan başlamış 12-ji əsrə qədər davam etmişdir. Eyni zamanda o da aydın olur ki, Xaqani Şirvaninin dövründə bütpərəsliklə yanaşı atəşpərəstlik də yasaq edilmiş, oda  sitayiş küfr sayılmışdır. Bütlərə inam İslamın müqəddəs kitabı Qurani-Şərifin xüsusi ayələri ilə qadağan edilir. Həmin ayələrin birində deyilir: “Ey insanlar, şərab, qumar və bütlər şeytan əməlləridir. Onlardan çəkinin onda xoşbəxt olarsınız.”
    İslam dini o jümlədən Günəşə, Aya sitayiş də küfr sayır. Bu barədə Qurani-Kərimin Füssilət surəsində belə deyilir: “Gejə və gündüz, günəş və ay onun Allahın əməllərindəndir. Siz nə günəşə nə də aya səjdə etməyin. Onları yaradan Allaha səjdə edin, əgər təkjə ona ibadət edirsinizsə.”
    Orta əsrlərdə, xüsusilə də Azərbayjanda İslam dini yaradılandan sonra dəfn olunan şəxsin yanına başqa əşya qoymaq küfr sayılır.  Vaxtdan da ilk məzar daşları meydana çıxır. El arasında çox vaxt baş daşları adlandırılan həmin daşlar əsasən torpaq qəbirlər üzərində qoyulurdu. Maraqlıdır ki, bu məzar daşları islamaqədərki dini  ayinlərlə əlaqədar olmuş elmi ədəbiyyatda isə çox vaxt nüsub ilə bütpərəstlik bütpərəstliklə əlaqələndirilmişdir. Burada çox maraqlı bir faktı qeyd etmək yerinə düşər ki, əvvəllər qəbirin içində, dəfn olunan şəxsi müşayət edən əşyalar indi müxtəlif ornamentlər şəklində məzar daşlarına köçürülür. Məzar daşları üzərində ibtidai dinlərin bütün formalarının müxtəlif elementlərini görmək mümkündür. Burada animistik ideyaları əks etdirən süceti kompazisiyalar, totemlə bağlı heyvan təsvirləri, fetişizimlə bağlı nəbati və digər təsvirlər, məişət əşyaları, təsərrüfatla bağlı olan əmək alətləri, İslam dini ilə bağlı əşyalar, möhür-təsbeh, gülab qabları, müqəddəs yerlərin memarlıq nümunələri və s. öz əksini tapmışdır. Adı çəkilən nümunələrin bəzi nümunələri Azərbayjanın müxtəlif rayonlarında bu günə qədər müxtəlif formalarda qalmaqdadır.
    Göründüyü kimi, tarix min illərlə hesablanan dini görüşlər müxtəlif vaxtlarda müəyyən qadağalara məruz qalsalar belə ənənəvi olaraq bu və ya digər şəkildə insanların dünya görüşündə, hafizəsində, adət və ənənəsində saxlanılmışdır.
    Beləliklə, təkallahlığı təbliğ edən dinlərin meydana çıxması ilə din formaları qismən unudulsa da onların bəzi jəhalətləri, xüsusilə axirət dünyasına inam, dəfn adətləri, ənənəvi totemistik ideyalar, göy jisimlərinə inam, müxtəlif ayinlər, və s,  bu və ya digər şəkildə Xristianlıq və İslamın ehkamları ilə qaynayıb-qarışaraq bu günümüzə qədər gəlir. Bu ənənənin bundan sonra da davam edəjəyi şübhəsizdir
                 İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:
    1. Quseynov M.M. Drevniy paleolit Azerbaydjana (Avtoreferat na soiskanie doktora istoriçeskix nauk). Kiev 1985 s. 55-56.
    2. Alekperov A.İ. Terrakota drevneqo Azerbaydjana. Baku 1994.
    3. Qolubkino T.N. O zoomorfnoy keramike iz Minqeçaura. MKA t. II Baku 1951 s. 92-138.
    4. Abbasova F.M. Azərbayjanın orta əsr zoomorf əşyaları. Bakı. Elm-2004.
    5. N.Rzaev. Zoomorfnıe sosudı – osobıy vid xudojestvennoy keramiki Kavkazskoy Albanii. İzv. AN Azerb. SSR, ser. Obh. Nauk 1961 ¹7 s. 93-101.
    6. Aliev K.Kavkazskaə Albaniə. B, Elm 1974
    7. Osmanov F.L. İsmayıllı rayonu ərazisindən tapılmış antik dövrə aid antropomorf fiqurlar haqqında. Azərb. EA-nın Xəbərləri. İjt. elmlər seriyası 1971 ¹1 s. 60-66.
    8. Xəlilov J.Ə. Xınışlıda aparılan arxeoloci qazıntıların nətijələri haqqında. AMM 1965 VI jild s. 78-91
    9. İsmizade O.Ş. Statuetki iz sela Şatlı Kutkaşenskoqo rayona. MKA 1973. T 7s. 216-219
    10. Xaqani Şirvani. Seçilmiş əsərləri. 1956 s. 22.
    A.İ.Ələkbərov
    AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1226
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30