Ötən il telekommunikasiya xidməti üzrə 3 ədəd lisenziya verilib
Ötən il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tənzimləmə fəaliyyəti sahəsində də tədbirlərin görülməsi davam etdirilib. “KƏLAMİNFO” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, hesabat dövründə sürətli poçt xidmətləri üzrə 4 ədəd, telekommunikasiya xidməti üzrə 3 ədəd və fərdi məlumatlar üzrə xidmətlərin göstərilməsinə 4 ədəd yeni lisenziya verilib.
Eyni zamanda, telekommunikasiya xidmətləri üzrə 2 ədəd və sürətli poçt xidmətləri üzrə 4 ədəd lisenziyaların qüvvədə olma müddətləri uzadılıb.