Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Rusiya cənub sərhədlərində stabilliyin təmin olunması marağındadır”
    Aydın Mirzəzadə: “Ermənistanın inkişafında ciddi problemlərin yaşanması Moskvanı ciddi addımlar atmağa vadar edir”

    Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə “KƏLAMİNFO”nun suallarını cavablandırıb.

    - Aydın müəllim, ötən gün Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında növbəti Soçi görüşü keçirildi. Bu görüşün əvvəlki görüşlərdən hansısa fərqi varmı?

    - Fərq var və özü də bir neçə vəziyyətdə fərq var. İlk fərq odur ki, əvvəlki görüşlər arasında zaman kəsiyi qısa olsa da, son görüşün baş tutması xeyli zaman çəkdi. Bura onu da daxil eləmək olar ki, əvvəlki görüşlər zamanı ABŞ-dan və Fransadan olan həmsədrlərin görüş üçün müraciətləri də əsas rol oynayırdı. Amma bu dəfə Moskva digər həmsədrlərin iştirakı olmadan bu görüşün təşkilatçısı oldu. İkinci önəmli fərq odur ki, Rusiya prezidentinin səlahiyyət müddətinin bitməsinə cəmi ay yarım qalıb, Rusiyanın kifayət qədər görəcək işi var. Bununla belə, bu cür məqamda Azərbaycan və Rusiya prezidentlərinin görüşünü də vacib saydı. Bu da onu göstərir ki, bütövlükdə görüş Rusiya dövlətinin birbaşa marağındadır. Artıq Moskvanın marağı ortaya çıxır. Yəni Rusiya indiki vəziyyətində yaxın sərhədlərində olan iki ölkə arasında istənilən vəchlə münasibətlərin normallaşmasına çalışır.

    Bu istənilən vəch bəzən Azərbaycanın maraqlarına cavab vermir, çünki biz istənilən halda torpaqlarımızı güzəştə gedən deyilik. Üçüncü fərqli vəziyyət isə odur ki, bu görüşün vaxtı bir neçə dəfə dəyişdi. Bütün bunlar göstərir ki, son Soçi görüşünün ətrafında hazırlıq əvvəlkilərdən ciddi gedib. Özü də fərqli səviyyədə. Yəni əvvəllər görüşdən əvvəl xarici işlər nazirlərinin birgə görüşü olurdu, bu dəfə olmadı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ayrı-ayrılıqda Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüş keçirdi. Təbii ki, sadalananlar kifayət qədər ciddi amillərdir, lakin diplomatiya elə bir işdir ki, hər zaman nə isə ola bilər. Ona görə də son görüşün konkret nəticələrini zaman özü göstərəcək.


    - Görüşdə prezidentlərin qəbul etdiyi birgə bəyanatı necə şərh edə bilərsiniz?

    - Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin əsas prinsiplərinin razılaşdırılmasının sürətləndirilməsi ifadəsi özü onu göstərir ki, bu, sadə hadisə deyil. Əvvəlki bəyanatlarda belə ifadələr işlədilmirdi. Mümkündür ki, artıq həm dövlət başçısı, həm nazirlərin rəhbərliyi ilə ayrı- ayrı nümayəndə heyəti şəklində iki ölkə arasında silsilə görüşlər təşkil olunsun. Yəni belə bir bəyanatın verilməsinin özü böyük məna daşıyır. Mümkündür ki, Rusiya tərəfinin vasitəçiliyi ilə tərəflərin bundan sonra intensiv surətdə görüşməsi üçün daxili razılıq əldə edilmiş olsun.


    - Bu görüşdə Rusiya tərəfdən Dağlıq Qarabağ münaqişəsilə bağlı hansı təkliflərin olması mümkündür?

    - Konkret adı ilə bunu indi demək hələ ki, vaxtsızdır, çətindir. Amma əsas odur ki, Rusiya bir dövlət kimi özü üçün həssas məqamda belə münaqişənin həllində maraqlıdır. Rusiya indi elə bir anlar yaşayır ki, bir prezidentin gedib digərinin gəlməsi məqamıdır. Adətən belə vəziyyətlərdə dövlət üçün ən vacib hadisələr prioritet amil kimi götürülür. Rusiyanın da bu məqamda Dağlıq Qarabağ münaqişəsinə yer ayırması onu göstərir ki münaqişə Moskva üçün prioritet xarakter daşıyır. Eyni zamanda nəzərə alsaq ki, Rusiyada indiki prezidentlə gözlənilən gələcək prezident eyni komandadır, o zaman burada Moskvanın əsas maraqlarının olması ortaya çıxır. Rusiya bu gün cənub sərhədlərində stabilliyin təmin olunması marağındadır. Şimali Qafqazda gedən mürəkkəb proseslər, Rusiyanın bir sıra regional layihələrdən kənarda qalması, onun forpostu olan Ermənistanın inkişafında ciddi problemlərin yaşanması və sair Moskvanı ciddi addımlar atmağa vadar edir.
    Bu gün bizim üçün də münaqişənin hansı tərəfdən həll olunması önəmli deyil, əsas odur ki, problem bizim üçün həll olunsun. Bununla belə, əgər Rusiya tərəfinin təkliflərində son nəticədə ərazi bütövlüyü təmin olunacaqsa, Azərbaycan bu təkliflərə gedəcək.


    - Qeyd olunan görüşdə Azərbaycan və Ermənistan prezidentləri tərəfindən iki ölkə arasında humanitar əlaqələrin qaydaya salınmasında vasitəçilik yardımının edilməsi üçün Rusiyaya müraciət ünvanlanıb. Bu nədən xəbər verir?

    -  Bu, kifayət qədər yeni və ilk olan bir hadisədir. Ona görə də bu məsələdə ilk növbədə rəsmi olaraq dövlət başçılarının açıqlamasını gözləmək lazımdır. Gözləmək lazımdır ki, rəsmi mövqe sahibləri bu məsələni necə izah edəcəklər. Çünki bu, indiyə qədər olmayan tamam yeni bir müraciətdir.


    - Aydın müəllim, hazırda münaqişənin həlli ilə bağlı xalq diplomatiyasının fəallaşdırılması da gündəmdədir. Necə düşünürsünüz, bunun Soçi görüşünə və onun nəticələrinə hansı təsiri ola bilər?

    - Hər halda ortada Azərbaycanın ərazi bütövlüyünün, hüquqlarının tanınması məsələsi əsas rol oynayır. Burada sözün əsl mənasında xalq diplomatiyasından söhbət getməlidir, o zaman qarşı tərəflər kimi bizim də maraqlarımız tam təmin olunar. Lakin göründüyü kimi, Dağlıq Qarabağda erməni icmasının işinə Ermənistan dövləti tərəfindən müdaxilələr olur, təzyiqlər göstərilir, icmalararası görüşlərə buraxmır. Əgər bu problem aradan qalxarsa, əlbəttə ki, xalq diplomatiyasının rolu önəmlidir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 806
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30