Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasında çıxış edib
    Xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasında “BMT və Afrika İttifaqı arasında əməkdaşlıq” mövzusunda keçirilən müzakirələrdə çıxış edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər. E.Məmmədyarov öz sədrliyi altında BMT – Afrika İttifaqı tərəfdaşlığı mövzusunda müzakirələri təşkil etdiyinə görə Cənubi Afrika Respublikasına təşəkkür edib. “Cənubi Afrika Respublikasının Prezidenti cənab Ceykob Zumanın bu mühüm tədbirdə iştirakı təqdirəlayiqdir. “Son onillikdə Afrika İttifaqının və subregional təşkilatların rolu xeyli artıb. Heç də bütün regional təşkilatlar silahlı münaqişələrin əsas səbəblərini anlamaq və onların həllinə effektiv töhfə vermək üçün bacarığı və siyasi iradəsi ilə öyünə bilməz. Ərazisinin əhəmiyyətli hissəsi işğal altında olan və yüz minlərlə vətəndaşının məcburi köçkün olduğu bir ölkə kimi Azərbaycan, Afrika ölkələri daxil olmaqla, həll olunmamış münaqişələrlə yaşayan ölkələrin üzləşdiyi təhdid və çağırışları tam şəkildə dərk edir. Afrika İttifaqı qitədə sülh, təhlükəsizlik və sabitliyin təşviqi üçün ciddi səylər göstərib və liderlik bacarığını ortaya qoyub.

    Afrika Sülh və Təhlükəsizlik Arxitekturası və onun konstruktiv elementlərinin yaradılması, eyni zamanda, Afrika İttifaqının BMT TŞ-nın qərarları ilə həyata keçirdiyi sülhü dəstəkləmə əməliyyatları xüsusilə vurğulanmalıdır. Bu gün Afrikanın üzləşdiyi və BMT TŞ-nın müzakirələrinin əsas tərkib hissəsini təşkil edən çağırışlar kollektiv siyasi və diplomatik səylər vasitəsilə daha uyğun şəkildə həll edilə bilər. Bu günün müzakirələrinə olan böyük maraq beynəlxalq ictimaiyyətin Afrika ölkələrinin qitədə sabitlik yaratmaq və davamlı inkişafa nail olmaq istiqamətində səylərinin dəstəklənməsi üçün götürdüyü parlaq öhdəliyin təzahürüdür. Son illər ərzində biz BMT ilə Afrika İttifaqı arasında sülh və təhlükəsizlik sahəsində strateji münasibətlərin inkişaf etdirilməsi istiqamətində əldə olunan nailiyyətin şahidi olmuşuq. Eyni zamanda, qəbul etməliyik ki, çağırışlar hələ də mövcuddur və Afrikanın kollektiv təhlükəsizlik məsələlərinin effektiv şəkildə həll edilməsi məqsədilə bu strateji münasibətin möhkəmləndirilməsi üçün çox işlər görülə bilər. Münaqişələrin başlamazdan öncə qarşısının alınması üçün birgə səylərimizin daha da möhkəmləndirilməsi çox mühümdür. Münaqişələrin qarşısının alınması və vasitəçilik sahələrinə daha böyük diqqət yetirilməsi əlavə əhəmiyyət kəsb edir. BMT və Afrika İttifaqının Afrikada vasitəçilik üçün ümumi prinsiplərin hazırlaması bu məqsədə nail olmaq üçün töhfə verə bilər. Bütün üzv ölkələrin BMT Xartiyasında göstərildiyi kimi, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dair götürdüyü öhdəliklərə əməl etməsi çox vacibdir. Bu barədə çox mühüm qərar Baş Assambleyanın 22 iyun 2011-ci il tarixli, münaqişələrin sülh yolu ilə həlli istiqamətində vasitəçilik rolunun möhkəmləndirilməsi və münaqişələrin qarşısının alınması və həlli sahəsində qətnaməsində də öz əksini tapıb (A/RES/65/283). Biz münaqişələrin qarşısının alınması və həlli, sülh danışıqları, sülh yaratma, sülhü qoruma, humanitar yardım və post-münaqişə yenidənqurması sahələrində qadınların mühüm rolunu dərk edirik. BMT və Afrika İttifaqı sülh və təhlükəsizlik sahəsində göstərdikləri bütün səylərə qadın və gender perspektivlərinin tam şəkildə inteqrasiya edilməsinin təmin edilməsi üçün çalışmalıdırlar. BMT TŞ və Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasının, eyni zamanda, hər iki təşkilatın katibliklərinin illik görüşlər və intensivləşdirilmiş qeyri-rəsmi kommunikasiyalar da daxil olmaqla, əlaqələrini daha da genişləndirmələri vacibdir. Baş katibin hesabatında da göstərildiyi kimi, Afrika Birliyinin sülhü dəstəkləmə əməliyyatlarının davamlı maliyyələşməsini təmin etmək üçün göstərilən səylər davam etdirilməlidir. Afrika İttifaqının öz maliyyə mexanizmlərini inkişaf etdirmək üçün atdığı addımlar təqdirəlayiqdir, lakin münaqişənin qarşısının alınması, idarə olunması və həlli, eyni zamanda sülhyaratma da daxil olmaqla, BMT və beynəlxalq ictimaiyyətin təmin etdiyi digər vasitələr və şərtlər də əlçatan olmalıdır,”-deyə nazir vurğulayıb. E.Məmmədyarov son illərdə Azərbaycan Afrika İttifaqı və onun üzv ölkələri ilə əməkdaşlığını nəzərə çarpacaq dərəcədə inkişaf etdirdiyini bildirib. “Afrika İttifaqında müşahidəçi statusu ölkəmə bu qarşılıqlı faydalı münasibətləri və dialoqu inkişaf etdirməyə imkan yaradıb. Azərbaycan Afrika üçün müxtəlif yardım proqramlarının tətbiqində fəal iştirak edir. Biz Afrika Burnu və digər Afrika ölkələrində baş vermiş humanitar böhranın aradan qaldırılması məqsədilə təcili yardımın təmin edilməsi üçün ayrı-ayrı hökumətlərin və beynəlxalq təşkilatların çağırışına cavab verdik. Bundan başqa, biz Afrika İttifaqı Komissiyasının İnstitutlar və hazırlığın artırılması Proqramını dəstəkləməyə davam etdik və Afrika ölkələrindən olan diplomatlara Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq üçün təqaüd təklif etdik. Azərbaycan eyni zamanda, Sülhyaratma Komissiyalarından birinin işinə də qoşulmuşdur və bu sahədə öz səylərini davam etdirəcəkdir. Biz ərazilərin minalardan təmizlənməsi sahəsində zəngin təcrübəmizi (ANAMA) Afrikada tətbiq etmək üçün maraqlı tərəflərlə məsləhətləşmələrə başlamışıq. Biz Afrika İttifaqı Komissiyası və Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməyə ümid edərək, BMT və Afrika İttifaqı ilə birgə, Azərbaycanda Afrikanın problemlərinə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi etməyi planlaşdırırıq,”-deyə E.Məmmədyarov qeyd edib. Nazir həmçinin bildirib ki, Cənubi Afrika Respublikasının iki təşkilat arasında effektiv tərəfdaşlıq münasibətləri və əməkdaşlığın inkişaf etdirilməsinə dair Təhlükəsizlik Şurasında irəli sürdüyü qətnamə layihəsinə tam dəstəyimizi ifadə edirəm.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 461
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30