Ötən il Səhiyyə Nazirliyinə 7297 müraciət daxil olub
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə ötən il ərzində 7297 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər.
Daxil olmuş müraciətlərin 3682-si (908-i əsaslı, 2774-ü isə əsassız) şikayət, 2049-u sorğu xarakterli, 403-ü aidiyyəti üzrə deyil, 1163-ü isə cari problemlərlə bağlı olub. “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.