Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qisar " - İmam Əlinin qısa kəlamları qisar" - İmam Əlinin qısa kəlamları
    (Əvvəli ötən saymızda)

    * İmam Əli (ə) əziz övladı İmam Həsənə (ə) tövsiyələrindən: Yeniyetmə qəlbi xam torpaq tək boş-dur. Ona atılan hər bir şeyi qəbul edər. Buna görə də, qəlbin bərkiməmiş və ağlın məşğul olmamış sə-nə tərbiyə və ədəb verməyə tələsdim.
    * İmam Əli (ə)  qarşısına gətirib faludə (un, su və baldan hazırlanmış halva) qoyduqda  buyurmuşdur: "Sənin xoş ətrin, xoşagələn rəngin və ləziz dadın var. Ancaq mən nəfsimi ona adət etmədiyi bir şeyə öyrəşdirmək istəmirəm".


    * İbadətləriniz asanlaşsın deyə,  adətlərinizi dəyəşdirin.
    * İmam Əli (ə) "Ağıllı insan kimdir?" sualına cavabında: "Ağıllı odur ki, hər şeyi öz yerində işlətsin".
    Ərz olundu: "Nadanı bizə təsvir et".  Buyurdu: "Təsvir etdim".
    * İnsanların ağılları altı şeylə ölçülür: qəzəbli olan vaxt səbr, qorxu zamanı dözümlü olmaq, istək və
    meyl olduqda mötədil hərəkət etmək, bütün hallarda Allahdan qorxmaq, xoş davranmaq və söz-söh-
    bəti azaltmaq.
    * İnsanın  ağılı altı şeylə ölçülər: yoldaşlıq, alış-veriş, hökmranlıq etmək, kənara çəkilmək (hakimiy-
    yətdən), imkanlı və yoxsul olmaq.
    * İmam Əli (ə) Bir nəfər yuxarıda xatırlanan ayəni o Həzrətin (ə) hüzurunda oxuyanda buyurdu: "Xə-
    varic bu kəslərdəndir".
    * İnsanın yazısı (məktubu) onun ağlının göstəricisi və fəzilətinin dəlilidir.
    * İnsanların danışığı bədahətən danışdıqda sınanar.
    * İnsan öz düşməni ilə mübarizə apardığı kimi sən də öz nəfsinlə mübarizə apar və rəqib öz rəqibi-
    nə qalib gəldiyi tək, sən də öz nəfsinə qalib gəl. Çünki insanların ən güclüsü öz nəfsinə qalib gələni-
    dir.
    * İnsanın fikri onun ağlının ölçüsüdür.
    * İnsanın xüdpəsəndliyi onun ağlının süstlüyünü göstərir.
    * İzzətin səni aldatdı və bunun sonu sənin zəlilliyin olacaqdır.
    * İlahi! Hamıdan bütünlüklə qopmağı (nemətini) və yalnız sənə üz tutmağı mənə nəsib et. Qəlbimi-
    zin gözlərini özünə baxmağın nuru ilə işıqlandır ki, qəlblərimizin gözləri qaranlıq pərdələri yırtıb (sənin)
    əzəmət və böyüklük mədəninə qoşulsunlar.
    * İmam Əli (ə) (əziz övladı imam Həsənə (ə) tövsiyələrindən): "Hərgah onlardan (nökər və qulluqçu-
    lardan) kimsə günahlarına görə cəzalanmaya layiq olsa, onu yaxşı şəkildə danla. Çünki güzəştlə bir-
    gə danlamaq, ağlı və dərrakəsi plan üçün döyülməkdən daha ağırdır".
    * İmam Əli (ə) (Minacatında) İlahi! Sənin bağışlamağını fikirləşirəm, xəta və günahlarım mənə asan
    gəlir. Sonra sənin cəzalarının ağırlığı yadıma düşür, bəla və narahatlığım mənə böyük görünür.
    * İlahi! Məninlə öz haqqı gözləməyinlə deyil, güzəştinlə rəftar et.
    * İçində Allah zikr edilərək xatırlanmayan hər bir söz, bihudədir. Təfəkkürlə birgə olmayan hər bir sü-
    kut səhvdir. İçində ibrət olmayan hər bir baxış, əbəsdir.
    * İmam Əli (ə) (Münacatında): ilahi! Sənə bəndə olmağımın izzəti mənə yetər. Sənin mənim Allahım
    olmağının fəxri mənə bəs edər.
    * İnsanların ən bəsirətlisi öz eyblərini görən və öz günahlarından əlçəkən şəxsdir.
    * İmam Əli (ə) (öz dostlarından birinə məktubundan): "Ömründən sənə nə qalıbsa əldən vermə və
    "sabah və birigün" demə. Çünki səndən qabaqdakılar öz arzularına arxayın olduqlarına və "bugün-sa-
    bah" etdiklərinə görə məhv oldular. Beləki, Allahın (ölüm) fərmanı bu qafilləri gözlənilmədən haqladı".
    * İmam Əli (ə) (bayramların birində) həqiqətən də, bu bayram Allah oruc-namazını qəbul edən üçün
    bayramdır. Allaha itaətsizlik etmədiyimiz hər bir gün bayramdır.
    * İmam Əli (ə)- Haris Həmdaniyə  yazdığı məktubdan-"Bazarları yığıncaq yerlərindən çəkin ki, ora
    şeytanların toplandığı meydan, fitnə və azğınlıqların yarandığı yerdir".
    * İmam Əli (ə) "Təlhə və Zübeyr ilə nə üçün vuruşurdun?" sualının  cavabında buyurmuşdur: "Çün-
    ki mənimlə olan beyəti pozdular və mənə tabe olan möminləri öldürdülər".
    * İmanın bəlası şirkdir.
    * İtaətin bəlası itaətsizlikdir.
    * İbadətin bəlası riyakarlıqdır.
    * "İşlərin bəlası icraçıların acizliyidir".
    * İmam Əli (ə) (əziz övladı İmam Həsənə (ə) tövsiyəsindən): Əgər elə bir kasıb görsən ki sənin əqi-
    dəni qiyamət gününə qədər çiyninə çəkəcək və sabah həmin azuqəyə ehtiyacı olduqda sənə təhvil ve-
    rəcək, eləsini qənimət bil, öz azuqəni onun çiyninə qoy. Nə qədər bacararsansa bu azuqə yükünü ağır-
    laşdır. Çünki ola bilər ki, gələn dəfə onu axtaranda tapmayasan. İmkanlı olsan və kimsə səndən borc
    istəsə, onun vücudunu qənimət bil ki, kasıblığa düşəndə onu sənə qaytarsın.
    * İmam Əli (ə) Abdulla ibn Abbasa məktubundan: "Elə bir şeyi axtar ki, faydalı olsun boş-boş şeylə-
    ri kənara qoy". Çünki faydasız işləri kənara atmaq xeyirli işlərə çatmağa səbəb olar.
    * İxlas və doğruluq böyük insanların, xalis olmamaq və xəyanət isə alçaq insanların xislətidir.
    * İnsanların böyüklüyə və bağışlanmağa ən layiqlisi odur ki, bağışlayan və kərəm sahibi insanlar
    onunla tanınsın.
    * İmam Əli (ə) "Sünnə, bidət, camaat və təfriqə"nin mənası barədə sualın cavabında: "And olsun Al-
    laha, sünnə həmin Mühəmmədin sünnəsi, bidət ona zidd olan şeydir. And olsun Allaha, camaat, hət-
    ta az olsalar belə haqq əhli ilə birlikdə olmaq, təfriqə isə hətta çox olsalar belə batil əhli ilə əlbir olmaq-
    dır".
    * İmam Əli səhabələrini məzəmmət edərkən: "Nə vaxta qədər sizinlə kürəyində yara olan cavan də-
    vələrvə köhnəlmiş paltarlarla davranılan kimi ehtiyatlı rəftar edəsən?!. - Birtərəfdən tikiləndə o biri tə-
    rəfdən sökülən paltarlar kimi... Mən bilirəm sizi nə islah edər, sizin əyriliyinizi və azğınlığınızı nə düzəl-
    dər. Amma mən sizin islah olunmanızı, özünü xarab etmək bahasına başa gəlməsini  rəva bilmirəm.
    * İmam Əli (ə) "cəbrin" səhv olması barədə buyurmuşdur: "Əgər belə olsaydı, onda savab və cəza,
    - yaxşı işlər görməyə əmr etmək və pis və çirkin əməllərdən çəkindirmək əbəs işə çevrilərdi. Vəd və
    təhbib mənasını itirər, pis əməl sahibi qınanmaz və xeyir əməl sahibi təşviq edilməzdi. Hətta, yaxşı
    əməl sahibi məzəmmətə bəd əməl sahibindən, çirkin əməl sahibi isə savab və mükafata yaxşı əməl
    sahibindən daha layiq olardı. Cəbr əqidəsi bütpərəstlərin və Rəhman olan Allahın düşmənlərinin sözü-
    dür".
    * İmam Əli (ə) cənnəti vəsf edərək buyurub: "Cənnətin bir-birindən üstün dərəcələri və bir-birindən
    fərqlənən mənzilləri var".
    * İslam qoşunu müharibədən qayıdanda o Həzrət (s): "Xoş gəldin deyirəm, cihadi-əsğəri (kiçik ciha-
    di) yerinə yetirənlərə. Ancaq böyük cihad hələ də onların öhdəsində qalmaqdadır" buyurur. Ərz edir-
    lər. "Ey Allahın Rəsulu, böyük cihad nədir?". Həzrət (s) buyurdu: nəfsə qarşı cihaddır". İmam (ə): "Ən
    üstün cihad, insanın iki yanının ortasında gizlənmiş nəfsi ilə cihaddır".
    * "İnsanın düşüncəsi onun dili, ağlı və dinidir".
    * "İman odur ki, insanın ziyanına olmuş olsa belə, doğruluğu, xeyrinə olan yalandan üstün tutsun".
    * İmam Əli (ə): ən yaxşı söz barədə suala cavabında "Allahdan başqa heç bir təbibin olmadığına şə-
    hadət vermək".
    * İmam Əli (ə) əziz oğlu Həsənə (ə) tövsiyəsindən: "Oğlum! Axmaqla dostluq etməkdən çəkin. Çün-
    ki o sənə xeyir vermək istəyər, amma ziyan vurar".
    * İşlərin təhlükəsizliyi üçün oyaq qalmaq dövlətin möhkəmliyinin nişanəsidir.
    * jmam Əli (ə) - "ən dözümlü şəxs barədə" sualın cavabında:  "Qəzəbini boğan kimsədir".
    * İmam Əlinin (ə) Süffeyn döyüşündə ölənlərə görə qadınların fəryad və şivən qoparmalarını eşidə-
    rək buyurduqlarından: "Qadınlarınız eşitdiyim bu ağlaşma səsi ilə sizlərə hakim olub? Nə üçün orların
    bu nalə və fəryadlarının qarşısını almırsınız?"
    * İmam Əli (ə) İmam Həsənə (ə) vəsiyyətindən: "Bil ki, dünya və axirət aləminin xəzinələrinin sahi-
    bi olan Kəs, sənə Onu çağırmağa icazə və sənin duanı qəbul etməyə zəmanət vermişdir. Sənə əmr
    etmişdir ki, onu çağırasan, O da bəxş etsin. O, mehriban və bağışlayandır. Səninlə özü arasında bir hi-
    cab olmamış və səni bir vasitəçiyə ehtiyaca vadar etməmişdir... Sonra öz xəzinələrinin və sərvətləri-
    nin açarı olan duanı və Ondan (nemət) istəməyi sənin ixtiyarına vermişdir. Beləliklə, sən istədiyin vaxt
    dua etməklə Onun xəzinələrinin qapısını açarsan".


    Ərəb və farscadan tərcümə edəni
    Qazi Hacı Mirəziz Seyidzadə

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1309
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30