İran uranın zənginləşdirilməsi üzrə ikinci qurğuni işə salacaq
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi bildirib ki, uranın zənginləşdirilməsi üzrə ikinci qurğu işə salınacaq. Bu, hava zərbələrindən müdafiə edilən yeraltı obyektdə həyata keçiriləcək. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, Abbasi fevral ayının birində sentrifuqalara uran qazının vurulacağını deyib.
İran bu obyektin mövcudluğunu BMT-yə 2009-cu ildə bəyan etmişdi. Obyekt Qum şəhəri yaxınlığındakı dağlıq bölgədə yer altındadır.