Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Naxçıvan MR-ın Bakı nümayəndəliyi Bənəniyar hadisələri ilə bağlı məlumat yayıb
    Naxçıvan Muxtar Respublikasının (MR) Bakıdakı nümayəndəliyi Bənəniyar hadisələri ilə bağlı məlumat yayıb. Muxtar Respublikanın Bakı nümayəndəliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, ötən il dekabr ayının 28-də Culfa rayonunun Bənəniyar kəndində həyatına sui-qəsd etməyə cəhd göstərən şəxs Culfa rayonunun Bənəniyar kənd sakini, 1974-cü il təvəllüdlü Əliyev Yunis Kamal oğlu Naxçıvan MR-in Psixi Xəstəliklər Dispanserində qeydiyyatda olub və müalicə alıb. Bu ailənin digər üzvləri – anası Əliyeva Şərəbanı Qardaşxan qızı, dayıları Quliyev Vasif Qardaşxan oğlu və Quliyev Yusif Qardaşxan oğlu da həmin dispanserdə qeydiyyatda olub, müalicə alıb və həkim nəzarətində saxlanılıblar.

    Y.Əliyevin dayısı Yusif Quliyev 2002-ci ildə qeyd olunan xəstəliklə dünyasını dəyişib. Məlumatda qeyd edlir ki, Y.Əliyevin xəstə halından istifadə etmək istəyən Xalq cəbhəsinin qanunsuz silahlı dəstəsinin üzvü olmuş Rza Nuriyevin başçılıq etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə sərxoş vəziyyətə gətirərək kənd məktəbinin ərazisində və ətrafında fəaliyyətləri dayandırılan yöndəmsiz köşklərin yenidən açılmaları üçün qeyri-qanuni hərəkətlərə təşviq ediblər. Belə ki, Yunis Əliyev dekabrın 28-də, aşura mərasiminin keçirildiyi gün kənd icra nümayəndəsinə “Ya bizə aid olan köşklərin fəaliyyətinə icazə verməlisiniz, ya da mən özümə qəsd edəcəyəm” deyib. Yaxınlıqda olan kənd sakinləri onu sakitləşdirməyə çalışıb, lakin Y. Əliyev sərxoş vəziyyətdə səs-küy salmaqda davam edib, gətirdiyi benzini üstünə tökərək özünü yandırıb. Kənd sakinlərinin və polis nəfərlərinin köməyi ilə hadisənin qarşısı alınıb. Nəticədə, Y.Əliyev üçüncü dərəcəli yanıq xəsarəti ilə Naxçıvan MR Xəstəxanasına çatdırılıb. Bu il yanvar ayının 5-də ailəsinin təkidi ilə o, İran İslam Respublikasının (İİR) Təbriz şəhərindəki xəstəxanaya yerləşdirilib. Hazırda xəstəxanada müalicə alır. Qeyd edək ki, baş vermiş hadisə ilə əlaqədar Naxçıvan MR-nın Daxili İşlər Nazirliyi (DİN) tərəfindən cinayət işi başlanmış, Y.Əliyevi cinayətə və özünə qəsdə təhrik etmiş şəxslər ifadə vermələri üçün DİN-ə dəvət ediliblər. Lakin həmin şəxslər polis işçilərinə hücum edərək küt alətlərlə onlara xəsarət yetiriblər. Bu səbəbdən onların məcburi izahata cəlb edilməsi ilə bağlı qərar qəbul edilib. Həmin şəxslər izahatlarında qanunsuz əməllərini etiraf ediblər və bağışlanmalarını xahiş ediblər. İstintaq zamanı müəyyən edilib ki, özünə qəsd edən Y.Əliyevin və onu bu işə təhrik edənlərin hər birinin ailəsinə dövlət tərəfindən əmək haqqı, təqaüd və sosial yardım formasında 400-600 manat vəsait verilir. Qeyd olunan cinayət əməlindən - xəstə insanın həyatı bahasına məqsədlərinə nail olmaq cəhdlərindən nəticə çıxartmaq əvəzinə izahata cəlb olunanların Bakı şəhərindəki qohumları Culfa rayonunun Bənəniyar kəndində “qanunsuzluğun baş alıb getməsi” ilə bağlı müxtəlif instansiyalara şikayət edir, utanıb-çəkinmədən mətbuat orqanlarına müsahibələr verirlər. Bildirlir ki, hazırda Bənəniyar kəndində vəziyyət sabitdir və bir sıra mətbuat orqanlarında məqsədli şəkildə başlanan kampaniyanın – ictimaiyyətə yalan məlumat vermək cəhdinin heç bir real əsası yoxdur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 559
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30